Icma.az
close
up
RU
Sülh danışıqları son mərhələdədir POLİTOLOQ

Sülh danışıqları son mərhələdədir POLİTOLOQ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Demək olar ki, sənədin imzalanması istiqamətində ciddi əngəllər qalmayıb


Qulamhüseyn Əlibəyli:  “ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir”


Azərbaycan dövlət başçısı İlham Əliyev Ermənistan hökumətinin Baş naziri Nikol Paşinyanla Vaşinqtonda görüşəcək. Məlumatlar artıq rəsmən təsdiqlənib. Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 7-8-də ABŞ-yə səfər edəcəyi bildirilib. Qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh danışıqları ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş üçtərəfli görüş keçirəcək. "Washington Post" qəzeti yazıb ki, Prezident İlham Əliyev və Baş nazir N.Paşinyanın görüşündən sonra tərəflər arasında sülh sazişi elan edə bilərlər. İyulun 19-da Azərbaycan Prezidenti də bəyan edib ki, Bakı və İrəvan sülh müqaviləsi imzalamağa yaxındırlar. 


Məlumata görə, bu görüş Prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir. Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar. Gözlənilən görüşün mümkün nəticələri ilə bağlı "Şərq"in suallarını cavablandıran politoloq Qulamhüseyn Əlibəyli deyib ki, budəfəki görüşün ABŞ-də keçirilməsi müəyyən səbəblərlə bağlıdır. 


 - Qulamhüseyn bəy, Ağ Evdə Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutacaq görüşü necə dəyərləndirirsiniz? 

 - ABŞ Prezidenti Donald Tramp sülhpərvər prezident kimi tarixdə qalmaq istəyir. Hətta Trampı Nobel Sülh mükafatına da namizəd kimi irəli sürürlər. ABŞ rəhbəri bir sıra bölgələrdə mövcud olan münaqişələrin həllində rol oynamaqla siyasi nüfuzunu artırmağa çalışır. Doğrudur, Rusiya-Ukrayna müharibəsində D.Trampın niyyəti baş tutmadı. Amma Ağ Ev sahibi başqa vasitələrlə hələlik reallaşmayan vədini kompensasiya etməyə çalışacaq. İndi ABŞ prezidentinin diqqəti Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına yönəlib. Reallıq odur ki, Bakı və İrəvan arasında sülh danışıqları son mərhələdə, son addımlıqdadır. Demək olar ki, sənədin imzalanması istiqamətində ciddi əngəllər qalmayıb. Düzdür, Ermənistan hökuməti hələ də Bakının iki mühüm şərtini yerinə yetirməyib. Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi məsələsi gündəmdədir. Lakin qəbul edək ki, sözügedən məsələlərlə bağlı bir günün içində qərar vermək və mövcud əngəlləri aradan qaldırmaq mümkündür. Digər mühüm məqam ABŞ-nin geosiyasi maraqları, Cənubi Qafqaza diqqətindən irəli gəlir. Nəzərə alaq ki, Tramp siyasətçidən öncə biznesmendir, kommersant prezidentdir. Tramp üçün prioritet həm öz bisnesi, həm də ABŞ-nin iqtisadiyyatıdır. ABŞ-yə məxsus şirkətin Zəngəzur dəhlizini 99 illiyinə icarəyə götürməsi məsələsi də daha çox iqtisadi təşəbbüsdür. ABŞ-nin də Zəngəzur dəhlizinə "əl qoyması"nın yeganə yolu sülh sazişinin imzalanmasından keçir. İstənilən halda Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü müsbət nəticələr verə bilər. 


 - Danışıqlarda hazırda gəlinən nəticə birbaşa ikitərəfli dialoqun nəticəsidir. Vaşinqtonda keçiriləcək görüşdə ABŞ vasitəçi rolunda çıxış edir, yoxsa sadəcə görüş məkanı təklif edir? 


 - Görüşün, danışıqların gedişində bunu daha aydın sezmək mümkün olacaq. Amma ABŞ elə bir ölkədir ki, sadəcə görüş məkanı təklif etmir. Əgər üçtərəfli görüş də nəzərdə tutulursa, bu, onu göstərir ki, ABŞ sülh prosesində yaxından iştirakda maraqlıdır. Ən azından Ağ Ev rəhbərinin tərəflərə sülh çağırışı və s. mümkündür. ABŞ-nin doktrinasını izah etmək bir qədər çətindir. Bunu kimlərsə vasitəçilik kimi də təqdim edə bilər. 


 - İddialardan biri də sülh sazişi sənədinin paraflanması ilə bağlıdır. İndiki halda sənədin paraflanması ehtimalı nə qədərdir? 


 - Paraflanma saziş layihəsinin ilkin olaraq razılaşdırılmış mətnidir. Əslində, sülh sənədinin sazişi ilə bağlı ciddi problem yoxdur. Rəsmi Bakı da vurğulayıb ki, sülh sənədi imzalana bilər. Amma bundan öncə Azərbaycanın iki şərti mütləq icra olunmalıdır. Paraflanma öncədən ona görə edilir ki, sülh sazişi imzalanan günədək sənədin mətni eyni qalsın, hansısa dəyişiklik müzakirə edilməsin. O baxımdan mövcud sənədin paraflanması ehtimalı yüksəkdir. Ermənistan hökuməti Konstitusiya islahatını qısa zamanda, bir neçə gündə reallaşdıra bilər. Parlament də dəyişikliyi təsdiqləyər. Bizi narahat edən məsələ də elə Ermənistan parlamenti tərəfindən qəbul olunub. O cümlədən Minsk qrupunun ləğvinə dair birgə müraciəti də kifayət qədər asanlıqla həyata keçirmək mümkündür. İrəvan hökuməti isə bunları etməkdən boyun qaçırır. 


 - Rusiya və İran ABŞ şirkətinin Zəngəzur dəhlizində boy göstərməsinə ciddi etirazını bildirir. Moskva və Tehranı dəhliz məsələsində tamamilə kənarda saxlamaq mümkündürmü?


 - Rusiya çalışır ki, Zəngəzur dəhlizi Kremlin nəzarətində olsun. Əslində, İranın da mövqeyi bənzərdir. Tehran hökuməti də özünün kənarda qalmasına gətirib çıxaracaq layihələrə qısqanclıqla yanaşır. Azərbaycan və Ermənistan isə dəhlizə nəzarətin Rusiyanın əlində olmasını istəmir. Bakı və İrəvan üçün Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi, daha doğrusu, nəzarət yox, müşahidə etməsi daha məqsədəuyğundur. Hesab edirəm ki, bunun reallaşması Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmağın önəmli addımlarından sayıla bilər. Vaşinqton görüşündə prinsip etibarı ilə Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsinin ABŞ-yə məxsus şirkətin nəzarətinə verilməsi müzakirə oluna bilər. Azərbaycan o şərtlərdə buna müsbət yanaşar ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana gedəcək insanlar və yüklər maneəsiz və yoxlamasız hərəkət edə bilsinlər. Zəngəzur dəhlizi sadəcə iqtisadi deyil, həmçinin, geosiyasi maraqları da özündə ehtiva edir. Bu baxımdan bəzi şərtlərlə razılaşmaq olar. 


 - Paşinyan hökuməti ciddi təzyiqlərə məruz qalır. Rusiyanın açıq dəstək verdiyi revanşistlər, Kilsə baş nazirə qarşı mübarizəni sərtləşdirir. 2026-cı ildə keçiriləcək seçkiyə qədər Paşinyanın hakimiyyətini itirməsi, seçkidə məğlub olması ehtimalı varmı?

 - Əgər Paşinyan hökuməti Kilsə və revanşistlərin hücumlarına tab gətirə bilməsəydi, Rusiya çoxdan Paşinyanı devirmiş, çevriliş etmişdi. Moskva Ermənistanda hakimiyyətə özünə yaxın adamı gətirməkdə hər zaman maraqlı olub. Paşinyan hökuməti müxalifət məsələsində özünə arxayındır. Amma baş nazir də vaxtı mümkün qədər uzatmağa çalışır. Paşinyan 2026-cı ildə keçiriləcək seçkilərdə qalib gəldikdən sonra sülh sazişini imzalamaq, Zəngəzur dəhlizini açmaq və sərhədlərin delimitasiya və demarkasiyasını davam etdirmək niyyətindədir. Çünki hazırda ictimaiyyətin reaksiyasından ehtiyatlanır. Erməni toplumu xəstədir. Hələ də əhalinin kifayət qədər önəmli kəsimi Azərbaycan və Türkiyə ilə qalıcı sülhə, normal qonşuluq əlaqələrinə hazır deyil, bunu istəmirlər, qarşı çıxırlar. Paşinyan da çalışır ki, erməni əhalisini mərhələli şəkildə sülhə hazırlasın. ABŞ-nin məsələyə əl qoymasından sonra Ermənistanla bağlı problemlər də müəyyən qədər həllini tapa bilər. Əgər Vaşinqtonda da ciddi irəliləyiş olmazsa, o halda yekun sülh sənədinin imzalanması 2026-cı ilədək uzanar. Rusiya isə hər vasitə ilə sülh danışıqlarını pozmağa, prosesi tormozlamağa çalışacaq. Ancaq sülh əldə olunarsa, Zəngəzur dəhlizi də reallaşarsa, Rusiya Cənubi Qafqazdan əlini çəkmək məcburiyyətində qalacaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Avqust 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see309

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see270

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see255

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see253

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see248

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see239

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see221

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see219

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see216

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see215

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see215

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see215

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see215

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see206

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see205

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see202

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see201

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see198

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see192

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri