Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
“Sülhə nail olmaq istiqamətində danışıqlarda irəliləyiş yalnız Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündən sonra mümkün ola bilər”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
Nazirin sözlərinə görə, Kiyev sülh səylərini irəli aparmaq məqsədilə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqların təşkili üçün hazır olduğunu dəfələrlə təsdiqləyib:
“İstəyimiz budur ki, bu görüş mümkün qədər tez keçirilsin. Sülhə yaxınlaşmaq üçün hər bir imkandan, hətta ən kiçik fürsətdən belə istifadə edəcəyik. Amma sülh səylərində yeni və ya keyfiyyətcə fərqli dinamikanın yaranması baxımından ən təsirli və ən düzgün addım Putinin Zelenski ilə görüşü olardı. Bu görüş Trampın iştirakı ilə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə də keçirilə bilər. Belə bir görüşə hazırıq. Həmin görüşün nəticəsi olaraq təqdim edə biləcəyimiz konkret məsələlər də var”.
Sibiqa vurğulayıb ki, aşağı səviyyəli nümayəndə heyətləri arasında keçirilən görüşlərdə tərəflər çox vaxt dəfələrlə eyni məsələlərin müzakirəsinə qayıdırlar. Onun fikrincə, ən mürəkkəb məsələlərə yekun qərarı məhz prezidentlər verə bilər:
“Əgər söhbət yeni dinamikadan, yeni perspektivdən və müharibənin başa çatması üçün yeni zaman çərçivəsindən gedirsə, hesab edirəm ki, liderlər səviyyəsində görüş keçirilməlidir”.
Xarici işlər naziri əlavə edib ki, Ukrayna, prezident və xalq ölkənin ərazi bütövlüyü və suverenliyi hesabına əldə ediləcək heç bir razılaşmanı qəbul edilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 12 Oktyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















