Icma.az
close
up
RU
Sülh imzalansa...

Sülh imzalansa...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Heç kəs qaçmaz!

Paşinyan etiraf etdi: Mühacirətin səbəbləri 90 faiz bizim regional siyasətlərimizlə bağlıdır

Ermənistanda iqtisadi və sosial vəziyyətin günü-gündən ağırlaşması həm ölkədaxili gərginliklərin artmasına, həm də mühacirət dalğasının genişlənməsinə səbəb olur. Demoqrafik balansa, iqtisadi inkişafa və siyasi sabitliyə mənfi təsir göstərən bu proseslər Ermənistanın qarşısında duran əsas çağırışlardan biridir. Sirr deyil ki, Ermənistanın iqtisadiyyatı əsasən xarici maliyyə dəstəyi və diasporun göndərdiyi vəsaitlərdən asılıdır - bu vəziyyət isə daxili iqtisadi müstəqilliyin təmin olunmasını çətinləşdirir. Yaranan mühit öz növbəsində insanların ölkədən qaçmasına mühüm əsaslar yaradır. Son dövrlərdə aparılan sosial sorğular göstərir ki, mühacirət Ermənistanda ənənəvi olaraq ağır iqtisadi və sosial şəraitin qaçılmaz nəticəsi sayılır. Ölkədən qaçmanın əsas səbəbləri kimi isə:

- İşsizlik və aşağı maaş səviyyəsi;

- Təhlükəsizlik problemləri və siyasi qeyri-sabitlik;

-Xaricdə daha yaxşı sosial xidmətlərə çıxış imkanı və bu kimi amillər göstərilir.

9 milyardlıq xarici borc, 100 minlik mühacir “ordusu”...

Post-müharibə dövründə, xüsusilə son 2 ildə Ermənistan vətəndaşlarında  yeni iqtisadi mühitin yaranacağı ilə bağlı ümidlər formalaşmışdı - hər kəs anlayır ki, Azərbaycanla sülhün imzalanması Ermənistanın da regionun ümumi inkişaf səviyyəsinə çatmasına yol aça bilər. Amma bu proses ölkənin siyasi rəhbərliyinin apardığı manipulyativ siyasət nəticəsində reallaşmır. Nəticədə isə son iki ildə Ermənistanda iqtisadi və sosial problemlərdə artan temp müşahidə olunub. Bu dövr ərzində iqtisadi durğunluq, işsizlik və sosial gərginlik ciddi miqyas alıb. Məsələn, Ermənistanın xarici borcu 2024-cü ildə rekord səviyyəyə çataraq təxminən 9 milyard dolları keçib. Eyni zamanda, inflyasiya səviyyəsi yüksək olaraq qalmaqdadır və ərzaq qiymətləri əhalinin əksəriyyəti üçün əlçatmazdır. İnsanlar hakimiyyətin fərqli xarici dairələrin və dövlətlərin imitativ oyunlarına qapılaraq sülhdən yayınmasına ölkəni tərk etməklə “etiraz” edirlər. Rəsmi məlumatlara əsasən, son iki ildə Ermənistanı təxminən 100 min insan tərk edib. Onların böyük əksəriyyəti gənclər və mütəxəssislərdir. İqtisadi çətinliklər, işsizliyin yüksək səviyyəsi və perspektivlərin olmaması isə əsas səbəblər sırasındadır.

Ölkədə ədalət və gələcək yoxdur...

Bu fakt artıq Ermənistan hakimiyyəti tərəfindən də etiraf edilir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 3-də yerli parlamentin iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin yekun variantını təqdim edərkən bildirib ki, Ermənistandan mühacirətin səbəbləri 90 faiz regionda formalaşmış münaqişə mühiti ilə bağlıdır. “Mühacirətin səbəblərini izah etməyə çalışarkən biz müxtəlif nümunələr veririk: sosial və hüquqi ədalətsizlikdən tutmuş biznes mühitinə qədər. Düzünü desəm, bütün bu səbəblər yalnız 10-15 faizini təşkil edir. Nəhayət, etiraf edək ki, mühacirətin səbəbləri 90 faiz bizim regional siyasətlərimizlə bağlıdır. Axı biz bu münaqişə şəraitində öz üzərinə çox böyük məsuliyyət götürmüş insanların cəmiyyətdaxili davranışından, statusundan, vətəndaş statusundan danışmamışıq”, - deyə Paşinyan deyib.

O bildirib ki, Ermənistanın bir çox vətəndaşı ölkədə ədalətin olmadığını, gələcəyin olmadığını deyərək tərk edirlər.

Əhali qaçır, iqtisadiyyat dağılır, demoqrafik vəziyyət ağırlaşır...

Bəli, Ermənistanda real mənzərə belədir - əmək bazarında işsizliyin yüksək olması xüsusilə gənclər arasında ciddi narazılıqlara səbəb olur, iqtisadi imkanların məhdudluğu gəncləri ölkəni tərk etməyə vadar edir. Paralel olaraq əsas gəlir sahəsi sayılan kənd təsərrüfatı dağılmaq üzrədir. Ermənistanın qeyri-konstruktiv mövqeyi isə regional ticarət imkanlarının məhdud olmasına yol açır ki, bu da adıçəkilən sektoru zəiflədir. Ermənistanda yoxsulluğun səviyyəsi yüksək olaraq qalır. Sosial təbəqələr arasında narazılıq durmadan artır. Nəzərə alsaq ki, Ermənistanı tərk edən mühacirlər arasında yüksək təhsilli və peşəkar kadrlar da var, bu, ölkənin iqtisadi və sosial inkişaf perspektivini tamam yoxa çıxarır. Əmək qabiliyyətli əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi, ailə strukturlarının dağılması, demoqrafik böhranın dərinləşməsi  - doğum səviyyəsinin azalması və yaşlanan əhali strukturu ölkənin gələcəyini təhlükə altına alır.

50 min insan müharibə qorxusu ilə qaçıb...

Çıxış yolu isə mövcuddur. Bunun üçün Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etməli, yəni ölkə Konstiusiyasından qondarma iddiaları özündə əks etdirən müddəalar çıxarılmalı və digər öhdəliklərə əməl olunmalıdır. Hazırda Ermənistanın mövqeyi daha çox yeni eskalasiya üçün “münbit” sayılır ki, bu da Paşinyanın dediyi kimi, mühacirətin əsas səbəbi kimi özünü göstərir. Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda təxminən 10-12 min nəfər fərarilik etmişdi - 2020-ci ildən sonra isə hərbi xidmətə çağırışdan yayınanların sayı xüsusilə artıb. Müharibə dövründə ölkəni tərk edənlərin sayı 50 min nəfərə yaxın olmuşdu və onların əksəriyyəti təhlükəsizlik səbəbilə “qaçmışdılar”.

Ermənistanın zamanı daralır...

Beləliklə, Ermənistan qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaqla və ticari-iqtisadi əlaqələri inkişaf etdirməklə hşazırki situasiyadan çıxmaq olar. Nəzərə alsaq ki, ortadakı problemlər təcili və səmərəli həllər tələb edir, Ermənistanın sülhə gəlmək üçün az zamanı var. Əks halda, mühacirətin artması və daxili gərginliklər ölkənin inkişaf perspektivlərini daha da zəiflədəcək.

P. İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri