Icma.az
close
up
RU
Sülh istəyən ölkə niyə silahlanır? Paşinyan təklif edir ki...

Sülh istəyən ölkə niyə silahlanır? Paşinyan təklif edir ki...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ermənstan özünü "sülh göyərçini" kimi təqdim etməyə çalışsa da, faktiki olaraq bu gün sülh məsələsində real heç bir addım atmır. Ermənistanın 2020-ci ilədək olan xarici siyasəti necə idisə, bu gün də eyni qaydada davam edir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.  

Onun sözlərinə görə, Ermənistan davamlı olaraq Azərbaycanı ittiham edir: 

"İrəvan özünü elə təqdim edir ki, guya sülh istəyir və bunun üçün addımlar atır, amma Azərbaycan sülhün əleyhinədir. Reallıqda vəziyyət tamam başqadır. Azərbaycanın mövqeyi tam aydındır. Biz şərtlərimizi irəli sürmüşük. Sülh müqaviləsinin razılaşdırılmamış 2 bəndi mütləq Ermənistan tərəfindən nəzərə alınmalıdır".

Müsahibimiz deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransada, ABŞ-də keçirdiyi görüşlərdə təklif edir ki, razılaşdırılmış bəndlər üzrə sülh sazişi imzalansın. Ancaq razılaşdırılmamış bəndlər olduqca önəmlidir və mütləq həllini tapmalıdır:

"Buradan da aydın görünür ki, Ermənistan sülh istəmir. Əgər həqiqətən sülh istəsəydi, nə üçün hərbi büdcəsini bir neçə dəfə artırır? Nə üçün Fransadan, Hindistandan uzaqmənzilli öldürücü silahlar alır?"

Ceyhun Məmmədov: Fransa kimi dövlətlərin təhriki ilə Ermənistan çalışır ki, bölgədə gərginliyi saxlasın

Deputat vurğulayıb ki, son dövrlərdə Ermənistan xeyli silah alıb: 

"Niyə Azərbaycanla sərhədlərdə yeni səngərlər qazır, yeni hərbi hissələr yaradır? Paşinyan bunu "müdafiə" ilə əsaslandırır. Kimdən, nədən müfadiə edirlər? Dəfələrlə vurğulanıb ki, Azərbaycanın müharibə etmək niyyəti yoxdur. Kiminsə torpağında da gözümüz yoxdur".

C.Məmmədova görə, Fransa kimi dövlətlərin təhriki ilə Ermənistan çalışır ki, bölgəmizdəki gərginliyi saxlasın:

"Avropa İttifaqının "mülki missiyası"nın fəaliyyətinin legitimləşdirilməsinə səy göstərir. Göstərməyə çalışırlar ki, guya Azərbaycan hücuma hazırlaşır. Bu, İrəvanın beynəlxalq ictimaiyyəti aldatmasının növbəti imitasiyasıdır".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Fevral 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see336

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see312

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see309

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see271

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see271

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see267

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see255

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see252

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see188

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri