Icma.az
close
up
RU
Sülh maskası arxasında: Cənubi Qafqazda gizli kəşfiyyat

Sülh maskası arxasında: Cənubi Qafqazda gizli kəşfiyyat

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Avropa İttifaqının Ermənistandakı mülki missiyası kollektiv Avropanın guya Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərdə sabitliyi dəstəkləmək üçün yaratdığı missiyadır. Missiya mülki adlansa da onun tərkibi daha çox keçmiş və indiki hərbçilərdən, polis və xüsusi xidmət əməkdaşlarından formalaşıb. Missiyanın əsas məqsədi rəsmən Ermənistanla Azərbaycan arasında kı şərti sərhəddə müşahidə aparmaq, atəşkəsin pozulması faktlarını qeydə almaq və sənədləşdirmək son nəticədə iki dövlət arasında sülh prosesinin üçün müvafiq şəraitin yaradılmasını dəstəkləmək və bu prosesə yardımçı olmaq kimi müəyyənləşib. Lakin missiyanın daha çox Azərbaycan ordusunun hissələrinin dislokasiyası, silahları və digər məsələlər barədə kəşfiyyat xarakterli məlumat toplaması diqqəti çəkir”.

Ölkə.az xəbər verir ki, bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

O  bildirib ki, əslində missiyanın yaradılması və Azərbaycanla razılaşdırılmadan səlahiyyət müddətinin 2027-ci ilə qədər uzadılması elan olunan rəsmi məqsədlə yanaşı kollektiv Avropanın regionda geosiyasi maraqlarının təmin olunması istəyi ilə şərtlənir: “Avropa İttifaqı məhz mülki missiya adı altında Cənubi Qafqaz regionuna daxil olmaq, möhkəmlənmək istəyir. Bu istək isə Avropa İttifaqının bir tərəfdən Cənubi Qafqazda geosiyasi və geoiqtisadi maraqlarının təmin olunması, o cümlədən Zəngəzur dəhlizinin imkanlarından yararlanması Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, Türkiyənin bölgədə artan nüfuzunun qarşısının alınması ilə əlaqədardır. Qeyd edək ki, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, Türkiyənin bölgədə artan nüfuzunun qarşısının alınması məsələsində Avropanın mövqeləri Ermənistanın mövqeləri ilə uzlaşır.

Bu gün artıq müşahidə missiasının fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyac yoxdur. İki ilə yaxın bir müddət ərzində Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə hər hansı insidentin qeydə alınmaması, keçən ilin avqust ayının 8-də Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə, sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi (TRİPP) barədə əldə olunan razılaşmalar, xüsusən də onun icrası üzrə çərçivə sənədinin imzalanması bu missiyanın mövcudluğunu və fəaliyyətini əhəmiyyətsiz edib”.

 Q.Əlibəyli əlavə edib ki, belə bir vəziyyətdə Aİ-nin mülki missiyasının rəhbərinin sülh sazişi imzalanadan sonra Ermənistanla sərhəddən çıxmaq, lakin sərhədyanı kəndlərə vaxtaşırı monitorinq üçün gəlmək barədə bəyanatı bu qurumun hansısa formada Ermənistanda və onun vasitəsilə Cənubi Qafqazda qalmaq və Zəngəzur dəhlizinin imkanlarından bacardıqları qədər yararlanmaq niyyətinin göstəricisidir.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri