Icma.az
close
up
RU
Sülh müqaviləsi formal xarakter daşımamalıdır

Sülh müqaviləsi formal xarakter daşımamalıdır

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının mütləq qələbəsi ilə başa çatdıqdan sonra regionda məhz Prezident İlham Əliyevin təşəbbüsləri ilə sülh prosesi başlanmış və ötən dövr ərzində bu istiqamətdə istər normallaşma prosesinin metodologiyası, istər normativ hüquqi bazası, istərsə də praktik addımların atılması baxımından müəyyən irəliləyişlərə nail olunub.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, ötən dövr ərzində Azərbaycan və Ermənistan vasitəçisiz, birbaşa təmaslara start vermiş, bu çərçivədə sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində konkret razılaşmalar əldə olunub. Bununla yanaşı, sülh müqaviləsinin şərtləri razılaşdırılmışdır:

“Bir daha qeyd edilməlidir ki, Azərbaycan və Ermənistan arasında müşahidə olunan bu irəliləyiş birmənalı şəkildə Azərbaycanın sülh niyyətləri və zəfərlərindən doğan gücünün diktəsi ilə baş verib. Çünki cənab İlham Əliyevin də dediyi kimi, Ermənistan cəmiyyəti və idarəçiliyi aktiv və passiv revanşistlərdən ibarətdir”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, İrəvan ötən dövr ərzində davranışları ilə göstərir ki, əslində vaxt qazanmağa çalışır və regionda mifik, təcavüzkar iddialarından əl çəkmək niyyətində deyil.

 “Yəni 6 il əvvəl "Qarabağ Ermənistandır, nöqtə" deyən Paşinyan bu gün sülh bəyanatlarını və Azərbaycanın ərazi bütövlüyünə dair aşkar mövqeyini beynəlxalq hüquqa olan hörmətindən irəli gələrək söyləmir, sadəcə Azərbaycan Prezidenti elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, Ermənistan beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə, bu çərçivədə Azərbaycanın ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına hörmətlə yanaşmağa məhkumdur”.

Deputat əlavə edib ki, qeyd olunanlar fonunda, bu gün əminliklə demək olar ki, Azərbaycan və Ermənistan arasında sülh tarixin heç bir dövründə olmadığı qədər realdır.

“Lakin, görünən odur ki, Ermənistan bu prosesdə də manipulyativ davranmaqda, Ermənistan konstitusiyasının mövcud mətni ilə ziddiyyət təşkil edən sülh müqaviləsini imzalamağa tələsməklə həm özünün sülhpərvər imicini formalaşdırmaq niyyəti güdür, həm də imzalanacaq sazişin hüquqi qüvvəsinin sual altında qalmasını hədəfləyir. Bu cür kövrək və dayanıqsız əsaslara söykənən sülh müqaviləsi isə bölgəyə heç bir formada praktik sabitlik vəd edə bilməz. Azərbaycan Respublikasının da mövqeyi ondan ibarətdir ki, regionda sülh formal xarakter daşımasın”.

O, həmçinin qeyd edib ki, möhtərəm Prezidentin də dəfələrlə ifadə etdiyi kimi, Ermənistan konstitusiyasındakı Azərbaycana ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması və Ermənistanın münaqişənin başa çatması ilə barışması, yəni münaqişəni həll etmək üçün mandat verilmiş ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı açıq mövqeyini ifadə etməsi zəruridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyul 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri