Icma.az
close
up
RU
Sülh müqaviləsi təhdid altında

Sülh müqaviləsi təhdid altında

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda istefaya göndərilən məmurların yerinə yeni təyinatların olması Baş nazir Nikol Paşinyanın kabinet üzvlərindən narazılığını aradan qaldırmadı. 

Ermənistanda bir həftədir baş verənlər idarəetmə sistemində ciddi problemlərin yarandığını göstərir. “Hraparak” qəzeti Ermənistan hökumətində növbəti istefaların gözlənildiyini yazıb. “Rəsmi mənbələrin verdiyi məlumata görə, ixtisarların ikinci dalğası olacaq”,-deyə qəzet qeyd edir. 

Adıçəkilən nəşr hədəfdə olan digər məmurların sosial məsələlər naziri Narek Mkrtçyan və səhiyyə naziri Anahit Avanesyan olduğunu bildirir. “Mkrtçyana gəlincə, yeri gəlmişkən, bu, ötən il hökumət dairələrində müzakirə olunub. 

Lakin Qarabağdan köçən ermənilərin Ermənistanda məskunlaşması və bunun nəticəsində sosial blokun üzərinə düşən yük, eləcə də bu sahəni yeni sınaqlara məruz qoymamaq zərurəti Mkrtçyanın işdən çıxarılmasını təxirə salmaqla xilas edib. Paşinyan ondan narazıdır. Çünki Parakardan olan (tarixi adı Şirabad-red.) Narek Mkrtçyan doğma kəndində vəziyyətə təsir göstərə və onu idarə edə bilmədi. 

Parakar icmasında keçirilən son seçkilərdə “Vətəndaş Müqaviləsi” Partiyası səs çoxluğu qazana bilməmişdi və yalnız razılaşma sayəsində icma lideri vəzifəsini 2 il müddətinə hakim siyasi qüvvəyə verdilər. Onlar ən az səs toplamışdılar və sonra cinayət təqibi ilə bu mövqeyi birtəhər “Minasyan” blokundan qopardılar. Lakin may ayında təyin etdikləri icma lideri bu yaxınlarda atışmada yaralandı və qalmaqallı cinayət hadisəsinin mərkəzində özü olduğundan istefa verdi. 

Anahit Avanesyana gəlincə, mənbələr bildirir ki, bu sistem ən azı dövlət idarəçiliyi baxımından, acınacaqlı vəziyyətdədir və tibbi sığortanın tətbiqi məsələsi iflasa uğrayıb. İstefalar dalğası qubernator təbəqəsindən də yan keçməyəcək”,-deyə “Hraparak” yazır. 

Ermənistan hökumətində istefaların davam edəcəyini Nikol Paşinyan noyabrın 21-də hökumətin iclasındakı çıxışı və məmurları növbəti dəfə danlaması da deməyə əsas verir. Baş nazir Armavir rayonunda modul tipli uşaq bağçasının açılışının gecikdirilməsi ilə bağlı ciddi narazılığını bildirib. Bundan başqa, hökumət başçısı ümumi istifadədə olan avtomobil yollarına icazəsiz ziyan vurma hallarının artmasını kəskin tənqid edərək, belə hadisələrin qarşısının alınmadığını deyib. 

Göründüyü kimi, son bir həftədə iki dəfə keçirilən iclas sırf sosial məsələlərə həsr olunur. Baş nazirin çıxışları mövcud problemlərə görə icra strukturlarının rəhbərlərini sərt tənqid etməklə və onları vəzifədən çıxartmaqla yadda qalıb. Bununla da Paşinyan məsuliyyəti məmurların üzərinə atmaqla əhali arasında yaranmış narazılığı səngitməyə çalışır. Ermənistan hökumətində baş verən kadr dəyişikliklərinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Paşinyanın telefon söhbətinin nəticəsi olduğu deyilsə də, bu prosesin gələcək parlament seçkilərinə hesablandığı ehtimalı daha yüksəkdir. 

Yəni, Nikol Paşinyan məmurları “qurban” verməklə cəmiyyətdə xeyli aşağı düşmüş siyasi reytinqini artırmaq və 2026-cı ildə keçiriləcək seçkilərdən qalib çıxmaq istəyir. Mövcud situasiyada Paşinyana etimad göstərən Ermənistan vətəndaşlarının sayı getdikcə azalsa da, müxalifətə qarşı da inamsızlığın yüksək olması Baş nazirə siyasi proseslərin fövqündə qalmağa imkan verir. Lakin son günlər Ermənistan hökumətində istefaların davamlı hal alması hakim komandada 2018-ci ildən sonra mövcud olan monolitliyin aradan qalxdığına işarədir. 

Paşinyan işdən çıxartdığı kadrları tərif və təşəkkür dolu sözlərlə yola salmaqla siyasi ziddiyyətin qarşısını almağa çalışsa da, onun mərhələli şəkildə Nazirlər Kabinetini tam tərkibdə istefaya göndərmək istəyi açıq görünür. Bu isə hökumət böhranına gətirib çıxara bilər. Qovulanlar siyahısına qubernatorların da daxil edilməsi fikir ayrılığının hakim komandanın ən yuxarı pilləsindən aşağılara qədər yayılmasına səbəb olar. 

Hazırda Ermənistan siyasi elitasında müşahidə olunan sabitliyin 2026-cı ilin əvvəllərində, yəni seçkilər öncəsi açıq qarşıdurma mərhələsinə keçəcəyi istisna olunmur. Paşinyanla siyasi ortaqlığına son qoyulmuş məmurların hakim partiyadan ayrılaraq alternativ yeni təşkilat yaradacağı mümkün variantlardan biridir. 

Yəni, son illər Ermənistan cəmiyyətində yeni müxalifətə ehtiyacın artması və belə bir siyasi qüvvənin məhz hakim komandanın içərisindən çıxacağına dair proqnozlar tez-tez səslənir. 2026-cı ilin iyun ayında gözlənilən parlament seçkiləri Paşinyandan ayrılmış şəxslərin qeyd edilən prosesi reallaşdırması üçün əlverişli imkandır. Bütün bunlar isə qarşıdan gələn seçkilərin Paşinyanın nəzərdə tutduğu kimi, heç də sabit keçməyəcəyi qənaətini yaradır. 

Ancaq Ermənistanın hakimiyyət düşərgəsində getdikcə dərinləşən ziddiyyətlər perspektivdə yalnız ölkədaxili münasibətlərlə kifayətlənməyəcək. Çünki ölkədə yeni, güclü müxalifətin yaranması Nikol Paşinyanın qələbə şanslarını azaldacaq. Bu halda, həm Paşinyanı, həm də Köçəryan-Sarkisyan “klanı”nı qəbul etməyən protest elektorat yeni müxalifətin ətrafında birləşə bilər. 

Hadisələrin belə inkişafı Azərbaycan-Ermənistan sülh prosesinə də təsirsiz ötüşməyəcək. Əgər seçkilərə qədər Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamasa, bunun 2026-cı ilin ikinci yarısında və ondan sonra baş tutacağını söyləmək çətindir. Çünki Paşinyan özü də üçüncü dəfə seçkilərdə qalib gəlib baş nazir seçiləcəyinə  əmin deyil. Post-Paşinyan dövründəki hakimiyyətin bu məsələdə obyektiv mövqe nümayiş etdirəcəyini isə birmənalı şəkildə demək olmaz. 

Xüsusilə də 2026-cı ildə hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə iki ölkə arasında həm çərçivə sənədinin, həm də yekun sülh müqaviləsinin imzalanması üçün vacib şərt olan Ermənistan konstitusiyasına dəyişikliyin ediləcəyi sual altına düşə bilər. Paşinyan isə yalnız seçkilərdən sonra-2027-ci ildə konstitusiyaya dəyişiklik təklif edəcəyini vəd edir. Amma bunun baş tutacağı Paşinyanın istəyindən deyil, seçkilərin nəticəsindən asılı olacaq. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri