Icma.az
close
up
RU
“Sülh müqaviləsi hazırdır, lakin Ermənistanın iki öhdəliyi qalır” Razi Nurullayev

“Sülh müqaviləsi hazırdır, lakin Ermənistanın iki öhdəliyi qalır” Razi Nurullayev

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə dair istinad təbii ki, danışıqlarda əsas mövzudur. Artıq bir neçə dəfədir ki, Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan Konstitusiyasından həmin istinad çıxarılmadığı təqdirdə, sülh müqaviləsinin bağlanması gələcək nəsillər üçün problemin saxlanılması anlamına gəlir".

Bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev Redaktor.az-a açıqlamasında bildirdi. Onun sözlərinə görə, hazırda sülh müqaviləsinin mətni razılaşdırılıb:

"Lakin bununla yanaşı, Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı iki əsas şərti masadadır və bu şərtlər müqavilənin imzalanmasından əvvəl həll edilməlidir.

Birinci şərt Ermənistan Konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə zidd istinadın çıxarılmasıdır. İkinci isə, ATƏT-in Minsk qrupunun rəsmi olaraq buraxılmasıdır. Bu səbəbdən bu iki məsələ hazırda danışıqların əsas mövzusunu təşkil edir. Çünki sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və onunla bağlı əlavə razılaşmaya ehtiyac qalmayıb. Hazırda ortada qalan yeganə məsələ məhz bu iki şərtin yerinə yetirilməsidir. Bu məsələ doğrudan da ciddi şəkildə tərəflər arasında müzakirə olunur və onun bəzi təfərrüatları artıq mətbuata da sızır".

Millət vəkili qeyd etdi ki, Ermənistan tərəfi konstitusiyanın dəyişdirilməsini yalnız bu ilin sonundan və ya gələn ildən başlaya biləcəyini bəyan edir.

"Paşinyan isə konstitusiyanın dəyişdirilməsini Azərbaycanın tələbinə cavab olaraq deyil, yeni dövrün çağırışlarına uyğun yeni konstitusiyaya ehtiyac olduğunu əsas gətirərək həyata keçirmək niyyətindədir. Bu, Azərbaycanın maraqları baxımından fərq etmir – Ermənistan bu problemi hansı formada və hansı arqumentlə həll edir-etsin, nəticə etibarilə məsələ həll olunmalıdır. Hazırda Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə istinadın çıxarılması danışıqların əsas predmetidir. Bu iki məsələ ilə bağlı işlər aparılır. İndi Azərbaycan öz tələblərini ortaya qoyub, məsələ isə Ermənistan tərəfindən həll olunmalıdır. Bu məsələlər nə zaman həll olunsa, yəqin ki, ondan sonra sülh müqaviləsi də imzalanacaq.

Lakin bu iki əsas məsələ hal-hazırda sülh müqaviləsinin bağlanmasına maneə yaradır",- deyə müsahibimiz qeyd etdi.

R.Nurullayev bununla belə hesab edir ki, sülh müqaviləsinin bağlanması ərəfəsində əlavə sənədlərin də imzalanması ehtimalı yüksəkdir:

"Çünki qarşıda duran digər məsələlər – Ermənistan tərəfindən kompensasiya, Qərbi Azərbaycanla bağlı tələblər və başqa mövzular – çox güman ki, ayrıca sənəd şəklində sonrakı mərhələlərdə müzakirəyə çıxarılacaq. Ola bilər ki, bu məsələlər sülh müqaviləsinin çərçivəsində də aparılsın. Yəni, sülh müqaviləsi bağlandıqdan sonra bu mövzularla bağlı əlavə sənədlər imzalansın və ya danışıqlar aparılsın ki, gələcəkdə həmin məsələlərə qayıtmaq mümkün olsun".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see669

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see325

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see294

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see280

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see258

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see233

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see209

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see181

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see173

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see157

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri