Icma.az
close
up
RU
Sülh müqaviləsinin mətni üzərində prosesin başa çatması hələ sülh üçün təminatın olması demək deyil

Sülh müqaviləsinin mətni üzərində prosesin başa çatması hələ sülh üçün təminatın olması demək deyil

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı bəndlərin razılaşdırılması hələ sülh sazişinin imzalanması mənasına gəlmir. Hər şeydən öncə nəzərdə tutulan müddəaların hər birininin real platformada icrası lazımdır. Bunların başında Ermənistan Konstitusiyası gəlir. Nə qədər ki, Ermənistan Konstitusiyasına dəyişiklik edib Azərbaycana qarşı ərazi iddialarını sənəddən çıxarmayıb, bir o qədər sözügedən ölkə sülhü yalnız xəyal edə bilər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun ləğv olunması vacib məsələdir:

"Çünki heç bir səmərəli fəaliyyət göstərməyən bu qurumun mövcud olması sülhə təhdiddir. Qrup ona görə yaradılmışdı ki, hansısa münaqişəni həll etsin, amma o münaqişə artıq yoxdur. Azərbaycan Minsk Qrupunun əvəzinə özü bunu həll etdi. Belə olan halda, Qrupun mövcud olması həmişə sülhü təhdid edən faktor olaraq qalacaq. Çünki o yaranan reallığın özünə təhdiddir".

Parlamentari xatırladıb ki, Avropa İttifaqının Monitorinq Missiyası bu gün də Azərbaycan-Ermənistan sərhədində qalmaqda davam edir.

"Missiya Ermənistanın lehinə hərbi kəşfiyyat fəaliyyəti həyata keçirir. Belə olan halda artıq bəlli olur ki, biz hələ sülhdən çox uzağıq. Üstəlik, kommunikasiya xətlərinin açılması da çox vacib məsələdir. Bu da sülhün əsas, prinsipial məsələlərindən biridir. Ancaq bunun əvəzinə Ermənistanın Baş naziri "sülh kəsişməsi" adlı, əslində isə sülhə zidd olan layihədən danışır. Bütün bunları analiz etsək, görəcəyik ki, sülh hələ çox uzaqdadır. Bunun səbəbkarı, günahkarı Ermənistandır. Ona görə də Ermənistan sülh istəyirsə, Monitorinq Missiyasının ölkədən çıxarılması ilə bağlı Aİ-yə müraciət etməlidir. Daha sonra BMT Təhlüksizlik Şurasına müraciət edib ATƏT-in Minsk Qrupuna verdiyi mandatın ləğvini tələb etməlidir", - o vurğulayıb.

Hikmət Babaoğlu əlavə edib ki, indiki vəziyyətdə sülhdən danışmaq, əlbəttə ki, tezdir.

"Üstəlik, Azərbaycana qarşı hərbi cinayətlər törədənlər hələ də Ermənistanın siyasi sistemində Azərbaycan əleyhinə ittihamlar səsləndirirlər. Bunlar Köçəryan və Sarkisyan cütlüyüdür. Onların ədalət məhkəməsinə çıxarılması mütləq vacibdir. Və nəhayət, Qarabağı talan etmiş Ermənistan onun əvəzinə təzminat ödəməlidir. Ermənistan sülh istəyirsə, yuxarıda sadalanan addımları bir-bir və qısa müddətdə atmalıdır", - deyə deputat fikrini tamamlayıb.

Milli Məclisin deputat Elçin Mirzəbəyli isə Trend-ə açıqlamasında deyib ki, sülh müqaviləsinin mətni üzərində prosesin başa çatması hələ sülh üçün təminatın olması demək deyil:

"Təminatlı sülh əldə etmək üçün ilkin növbədə etimadlı münasibətlərin formalaşmasına ehtiyac var. Bunun üçün də Ermənistan tərəfi etimadın pozulmasında fundamental, əsas rol oynayan bir ölkə kimi etimadın qurulması üçün də müvafiq addımlar atmalıdır. Ermənistan tərəfi birinci növbədə Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini hüquqi-normativ aktlar səviyyəsində sübuta yetirməlidir. Prinsipial olaraq Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadən Konstitusiyanın preambula hissəsində yer alan iddialarından əl çəkdiyini ortaya qoymalı, Konstitusiyada müvafiq dəyişikliklər etməlidir".

Deputat vurğulayıb ki, digər amil tarixin qaranlıq səhifələrinin ədalətli formada qapadılmasıdır:

"Yəni, Ermənistan tərəfi Azərbaycan ərazilərində törədilən, xüsusilə də ağır müharibə cinayətləri, o cümlədən etnik təmizləmə, soyqırımı cinayətlərinə görə təqsirli bilinən şəxslərin Azərbaycanın ədalət məhkəməsi qarşısında dayanmasını təmin etməlidir. Bu, əsas, vacib faktlardan biridir. Paradoksal olardı ki, bir dövlət özünün Konstitusiyası və digər hüquqi-normativ aktları çərçivəsində başqa bir dövlətin ərazisinə iddia etdiyi halda onunla sülh müqaviləsi imzalasın".

Elçin Mirzəbəyli xatırladıb ki, Azərbaycan hər zaman beynəlxalq hüquq və sağlam məntiqə söykənərək siyasət yürüdüb.

"İndiki şəraitdə Ermənistanın bütün bu tələblər yerinə yetirilmədən tələsik şəkildə sülh müqaviləsini imzalamağa cəhd göstərməsi tamamilə məntiq, hüquqa zidd bir addımdır. Bu aspektdən Ermənistan tərəfinin atdığı addımlar Azərbaycana qarşı sülh müqaviləsinin imzalanması prosesinin tez bir zamanda həyata keçirilməsi müstəvisində təzyiqlərin təşkil edilməsinə cəhd göstərilməsi heç bir halda etimadlı və təminatlı sülhün formalaşmasına xidmət edə bilməz. Bunu nə dövlətimiz, nə də xalqımız qəbul edəcək", - deyə o qeyd edib.
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Mart 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri