Icma.az
close
up
RU
Sülh olmayacaq genişmiqyaslı müharibə başlaya bilər

Sülh olmayacaq genişmiqyaslı müharibə başlaya bilər

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Globalinfo.az türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstaninin növbəti yazısını təqdim edir:

Yaxın Şərq döngüsü

Yaxın Şərqdə bir böhranın bitməsi ilə digər birisi başlayır.

Qəzzada HƏMAS və İsrail arasında atəşkəsin bölgəyə rahatlıq gətirəcəyi gözlənilirdi ki, İsrail Livanın dərinliklərində hərbi əməliyyatlara başladı.

Son 10 gündə Livanın cənubuna İsrail tərəfindən təxminən 60 dəfə zərbə endirilib.

Bu hadisələrlə eyni vaxtda İsrail Ordusu Kuneytra və Deraadakı bir neçə kənd və şəhəri işğal edib.

Bu arada, yeni Suriya hökumətinin rejim dövründən qalan bəzi sursatları Livan Hizbullahına satması ilə bağlı qalmaqal ortaya çıxdı.

Suriya hökuməti mübahisələrin qarşısını almaq üçün araşdırma apardıqlarını bildirsə də, hələlik heç bir konkret addım atılmayıb.

Bu qalmaqalın miqyası bölgənin yaxın gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərir.

İddia edilirdi ki, Rusiyaya səfər edən Şaraanın İranla münasibətlər qurması üçün Rusiya vasitəçi kimi çıxış edə bilər.

Bu iki məlumat “İranın Suriyada təsirini artırması ehtimalı varmı?” sualını doğurur. Əgər belə bir vəziyyət baş verərsə, İsrail İrana və İranın dəstəklədiyi qruplara qarşı vuruşacaq və bu müharibələrdə, keçmişdən fərqli olaraq, atəşkəs ehtimalı hər zaman aşağı olacaq və İraq, Livan və Suriyanı əhatə edən genişmiqyaslı münaqişə ehtimalı ortaya çıxacaq.

Bu ehtimallara əlavə olaraq, ötən həftə yeni qurulan Suriya hökumətinə qarşı iqtisadi əsaslı etirazlar keçirildi. Etirazçılar fərqli baxışlara malik insanlar idi: İdlibdəki radikal dindarlar və Dəməşqdəki mülayim baxışlı (dünyəvi) sünnilər. Məsələ Suriya daxilində iqtisadi sabitliyin təmin edilməməsi ilə yanaşı, təhlükəsizliklə bağlı vəziyyətin getdikcə pisləşməsi problemi ilə bağlı idi.

Suriya prezidenti Suriyada təhlükəsizliyi və iqtisadi sabitliyi təmin edə bilmədiyi halda hakimiyyətini itirməkdən qorxur. Bu narahatlıq Şaraanı təkcə Səudiyyə Ərəbistanına aparmadı, həm də Şaraanı “Səudiyyə Ərəbistanı bizim üçün ən vacib ölkədir və Məhəmməd bin Salman da bu vacib ölkənin və bizim öndərimizdir” deməyə vadar etdi.

Deniz Büstani

Qəzzada atəşkəs, İsrailin Livanda həyata keçirdiyi sui-qəsdlər və Suriyadakı etirazlar baş verdiyi vaxt İordaniya Kralı diqqətçəkən bir açıqlama verdi.

İordaniya Kralı xalqa müraciətində dedi: “Düzdür, sizin kralınız narahatdır, amma mən yalnız Allahdan qorxuram”. 2022-ci ildən bəri İordaniyada rejimin dəyişə biləcəyi barədə davamlı söhbətlər gedirdi.

Bunun qarşısını almaq üçün İordaniya Kralı II Abdullah 2022-ci ildə Əsəd rejimi ilə təhlükəsizlik müqaviləsi imzaladı. Saziş narkotik qaçaqmalçılığı və terrorizmə qarşı mübarizəni əhatə edirdi.

İraqdan İordaniyaya gələn insanlar daha diqqətlə yoxlanılmağa başladı. 2023-cü ildə isə İordaniya hökumətinin ən vacib qonşu hesab etdiyi Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətlər qurması hədəf seçildi. Ticarət və siyasi münasibətlər heç vaxt İordaniyanın istədiyi səviyyəyə çatmadı. Nəticədə, onlar ailəvi əlaqələr qurdular və dayıları Səud ailəsindən olan Racva Əl Seyf ilə Kralın oğlu Hüseyn evləndi.

Toy bütün İordaniyada əks-səda doğurdu. Küçələr vəliəhd şahzadə Hüseynin və onun Səudiyyəli həyat yoldaşının fotoşəkilləri ilə bəzədilirdi.

Şərhçilər bu evliliyin siyasi olduğunu vurğuladılar. Bu addımla İordaniya Kralı həm ən vacib qonşusu olan Səudiyyə Ərəbistanı ilə münasibətləri ailəvi səviyyəyə qaldırmağı, həm də oğlu Hüseyni prezidentliyə hazırlamağı hədəfləyirdi.

İordaniya hökumətinin strategiyası 2025-ci ildə çox dəyişməsə də, Kral Abdullahın bu sözləri İordaniya üçün təhlükələrin qaçılmaz olduğuna işarə kimi şərh edildi.

Yaxın Şərqdəki hər bir sülh müharibəyə verilən fasilədir. Burada yazdıqlarımız son bir həftədə baş verənlərdir. Yaxın Şərqdə hər gün bir kitaba sığar və hər saat gələcək onilliklərə təsir edəcək inkişaflarla doludur…
Ölkələrimizin və millətlərimizin birliyinin daimi olması arzusu ilə hər həftə burada inkişaflar barədə məlumat verməyə və şərh etməyə davam edəcəyik.

Tərcümə etdi: Gülnar Səlimova
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri