Ermənistan və İsrail Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Qüdsdə İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Eden Bar Tal ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bu ölkənin xarici işlər nazirliyinə istinadən məlumat yayıb.
Görüş zamanı tərəflər Cənubi Qafqaz və Yaxın Şərqdəki cari proseslər barədə fikir mübadiləsi aparıblar.
"Eyni zamanda Vaan Kostanyan və Eden Bar Tal iki ölkə arasında münasibətlərin aktivləşdirilməsinə hazır olduqlarını vurğulayıblar. Yüksək texnologiyalar, tibb, kənd təsərrüfatı və turizm sahələri qarşılıqlı maraq doğuran və əməkdaşlıq üçün ən böyük potensiala malik sahələr kimi seçilib", - məlumatda qeyd olunub.
Səfər çərçivəsində Ermənistan və İsrail XİN-ləri 12-ci siyasi məsləhətləşmələr keçiriblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 27 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















