Icma.az
close
up
RU
Sülh prosesində iki çətin məsələ hansıdır? Detallar açıqlandı

Sülh prosesində iki çətin məsələ hansıdır? Detallar açıqlandı

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nikol Paşinyan Ermənistanın müstəqillik bəyannaməsinin reallıqla əlaqəli olmadığını bildirib. O iddia edir ki, bu, indiki Ermənistanın reallığından çox uzaqdır. Sözsüz ki, onun bu cür yanaşması heç də Azərbaycanın haqlı tələbləri ilə bağlı deyil. Paşinyan vaxtaşırı belə gedişlər etməklə diqqəti başqa istiqamətlərə yönəltməyə çalışır.

Bu sözləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Zaman-zaman Paşinyan bir-birini təkzib edən mövqelər sərgilədiyinə görə onun nə edəcəyi ilə bağlı konkret təsəvvürlər yoxdur. Real addımlardan sonra nəsə demək olar. Əgər sülh istiqamətində zəruri addımlar atılacaqsa, hansısa bir nəticə olacaq. Hələlik isə Paşinyandan nəticəsiz, boş, mənasız bəyanatlar eşidilir”, - deyə deputat söyləyib.

Partiya sədri hesab edir ki, Paşinyanın bu günlərdə Azərbaycan və Ermənistanın guya kommunikasiya xəttləri məsələsində ortaq məxrəcə yaxın olması ilə bağlı açıqlaması da məntiqdən uzaqdır:

“Bütün bunlar əslində onu göstərir ki, Ermənistandan yaxın müddətdə heç bir addım gözləməyə dəyməz. Sülh məsələsində də onlar ancaq manipuliyasiya və fikirləri başqa səmtə yönəltməklə məşğuldurlar”.

Asim Mollazadənin fikrincə, sülhlə bağlı Ermənistan baş nazirinin iki bənd üzrə danışıqların davam etməsinə diqqət çəkməyə çalışması da absurd görünür:

“Paşinyanın ehtimallarından, danışıqlarından heç nə anlamaq mümkün deyil. O hər zaman fərqli, həqiqətdən uzaq olan mövqe sərgiləyir. Ona görə də bu cür fikirlərə etimad etmək çox çətindir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri