Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Sülh sazişi ilə bağlı Azərbaycanın konkret şərti var!

Sülh sazişi ilə bağlı Azərbaycanın konkret şərti var!

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror əməliyyatlarından Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi, həmçinin Cənubi Qafqazda separatçılığa son qoyması nəticəsində regionda tamamilə yeni reallıq yaranıb. Yeni siyasi qaydalarının müəllifi Bakıdır. Bu reallıq regionda sülh və sabitliyin, habelə qarşılıqlı əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Azərbaycan bunun üçün öhdəsinə düşənləri edir. Müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış etməsi rəsmi Bakının humanistliyinin ən ciddi təzahürlərindəndir.

Azərbaycanın bütün cəhdlərinə və ikitərəfli münasibətlərin normallaşmasında qismən yol qət edilməsinə baxmayaraq, hələ də sülh sazişi imzalanmayıb. Bunun əsas səbəbi Ermənistanın qeyri – adekvat mövqeyidir. Belə ki, baş nazir Nikol Paşinyan və komandası dildə sülhdə maraqlı olduğunu və bunu istədiyini desə də, əməldə tamamilə fərqli ritorika ortay qoyur. Buna bariz nümunə kimi rəsmi İrəvanın Azərbaycanda erməni əsilli şəxslərin məhkəməsi haqqında sülh gündəliyinə cavab verməyən açıqlamalarını göstərmək olar. Məsələn, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bir müddət əvvəl Azərbaycanda erməni əsilli məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə guya pis rəftar edildiyini, onların hüquqlarının təmin olunmadığını, məhkəmə prosesinin səhnələşdirildiyini iddia edib. Ermənistan XİN-in bəyanatında, eyni zamanda, bildirilib ki, rəsmi İrəvan hərbi əsirlərə, girovlara və erməni əsilli digər məhbuslara qarşı qadağan olunmuş tədbirlərin tətbiqi barədə məlumatlar almaqda davam edir. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) isə bu bəyanatı rədd edib. XİN-in mətbuat katibi Ayxan Hacızadə cavab bəyanatında bildirib ki, Ermənistan müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıraraq onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Məsələ burasındadır ki, Azərbaycanda saxlanılan və məhkəmələri davam edən terrorçular özləri də hüquqlarının lazımi şəkildə təmin olunduğunu bildirirlər. Bunu deməsələr belə, hər şey göz qabağındadır: onların hüquqlarının təmin olunması üçün yaradılan şərait, məhkəmə çıxışlarındakı ifadələri, etirafları və həm də Ermənistanın siyasi manipulya cəhdləri. Sual yaranır: əgər rəsmi İrəvan terrorçular və hərbi cinayətkarlar Araik Arutunyana, Ruben Vardanyanı və digərlərini bu qədər çox düşünürsə, niyə zamanında onları Azərbaycana qarşı beynəlxalq hüquqa uyğun gəlməyən cinayətlərə cəlb etdilər? Axı sonunun belə olacağını təxmin etməli idilər.

Görünən odur ki, Ermənistan hakimiyyəti adı çəkilən şəxslərdən bir neçə gün il əvvəl istifadə etdiyi kimi, yenə də yararlanır və onların “vəkili” kimi çıxış etməklə “suları bulandırmağa”, süni şəkildə gərginlik yaratmağa çalışır.

Bu azmış kimi, Ermənistan XİN bu günlərdə Sumqayıt hadisələri barədə absurd bəyanat yaydı, Azərbaycanı etnik təmizləmədə ittiham etdi. Yəni İrəvan Bakını təqsirləndirmək üçün hətta tarixi saxtalaşdırmaqdan da çəkinmir. Bu da əslində Ermənistanın siyasətinin ifşası baxımından xarakterikdir. Nəzərə almaq lazımdır ki, vəziyyət tam əksinədir. Əslində soyqırım törədən elə Ermənistan özüdür. Rəsmi İrəvanın cinayətlərini etiraf etmək əvəzinə, Azərbaycanı ittiham etməsi heç bir diplomatik normaya və beynəlxalq hüquqa sığmır.

Başqa məsələ qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı ilə bağlıdır. Ermənistan uzun müddətdir ki, bu məsələni də siyasiləşdirməyə çalışır. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıtması Ermənistanın iddia etdiyindən fərqli olaraq onun təhlükəsizliyi üçün təhdid deyil. Nəzərə almaq lazımdır ki, İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Bu o deməkdir ki, ikitərəfli münasibətlərin normallaşması kontekstində qərbi azərbaycanlıların Qərbi Azərbaycana qayıtması şərtdir. Əgər rəsmi Bakı humanistlik göstərib ermənilərin Qarabağda yaşamasına icazə verirsə, deməli, rəsmi İrəvan da qərbi azərbaycanlıların qayıdışa mane olmamalı, əksinə, prosesə töhfə verməlidir. Bu, Ermənistanın sülh prosesində səmimi olmasının ən ciddi göstəricilərindən olar.

Ermənistanın sülh prosesinə mane olmasının sübutlarından biri də ölkə parlamentinin spikeri Alen Simonyanın  və Paşinyanın ətrafında olan digər siyasi fiqurların Qarabağ ermənilərinə 2023-cü ildə niyə sona qədər kimi vuruşmadığını sorğulaması, Paşinyan administrasiyasının açıq şəkildə Azərbaycanın ərazi  bütövlüyünün təmin olunmasına təəssüf etməsidir. Bu, Paşinyanın və onun komandasının sülh sazişində maraqlı olmaları ilə bağlı bütün bəyanatlarının səmimiliyini sual altına atır.

Bu proseslər bilavasitə Paşinyan hakimiyyətinin siyasi iradəsizliyi ilə bağlıdır. Bu gün müxalifət Ermənistan daxilində sözün əsl mənasında “at oynadır”. Ermənistan iqtidarı ya müxalifətdən öz maraqları naminə istifadə edir, ya da onların iradəsini qıra bilmir.

Ermənistan müxalifətinin liderlərindən olan Robert Köçəryan mətbuat konfransında ölkəsini Minsk Qrupunu ləğv etməməyə çağırması faktı diqqət çəkir.

Məlum olduğu kimi, Azərbaycanın sülh sazişi ilə bağlı əsas şərtlərindən biri məhz artıq faktiki olaraq lazımsız quruma çevrilən Minsk Qrupunun ləğvidir. Ermənistan hakimiyyəti də son zamanlar bu məsələ ilə bağlı pozitiv mesajlar verir. Amma müxalifət prosesə mane olur. Bu, belə düşünməyə əsas verir ki, Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasına mane olan güclər heç də az deyil. Belə olan halda Paşinyan Azərbaycanı ittiham etmək əvəzinə, onları “zərərsizləşdirməlidir”.

Daxildəki müxalifətlə yanaşı, xarici oyunçular da rəsmi İrəvanın konstruktiv mövqeyinə mane olurlar. Ermənistan isə “çalınan havaya oynamağa davam edir”. Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının xüsusilə son zamanlar artan təxribatçı fəaliyyəti, o cümlədən müntəzəm olaraq açıq-aydın Azərbaycan ərazilərini müşahidə etməsi həm də rəsmi İrəvanın “başının altına yastıq qoymaqdır”. Aİ-nin fəaliyyəti ilə bağlı xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, fevralın 25-də Avropa İttifaqı - Ermənistan parlamentlərarası komitəsinin bəyanatı imzalanıb. Anti-Azərbaycan fikirlərin də əks olunduğu sənədi imzalayanlar arasında Paşinyanın partiyasından olan siyasətçilər də var idi. Bu, bir daha onu deməyə əsas verir ki, Ermənistan əslində səmimi deyil, sadəcə vaxt qazanmağa və özünü “sülh göyərçin”i kimi təqdim etməyə çalışır.

Əgər Ermənistan, həqiqətən, sülh sazişində səmimidirsə, “sağ əli ilə sol qulağını” qaşımamalı, düz, hamar yolla irəliləməlidir. Belə ki, sülh sazişi ilə bağlı Azərbaycanın konkret şərti var. Bu, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən mövcud konstusiyaya dəyişiklik, 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin tam yerinə yetirilməsi, həmçinin ATƏT-in Minsk Qrupunun ləğvidir. İrəvan sülh istəyirsə, bu tələbləri yerinə yetirməlidir. Əks halda uydurduğu bütün bəhanə və iddialar “suları bulandırmaq” cəhdindən başqa bir şey deyil.

"Report"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri