Sülh sazişinin gizlinləri: Bir sözü dəyişmək… Məmmədyarov əsas şifrəni açdı
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşü regionda sülh prosesi baxımdan mühüm mərhələ kimi qiymətləndirilir. Görüşdən sonra tərəflərin sülh sazişinin mətni üzərində razılığa gəlməsi, sənədin paraflanması və növbəti addımların müzakirəsi prosesin həlledici mərhələyə daxil olduğunu göstərir.
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, paraflanmış sənədə dəyişiklik etmək mümkün deyil, yalnız tam şəkildə qəbul etmək və ya ləğv etmək olar:
Həmçinin oxuyun:
Erməniləri sevindirən, Rusiyanı qəzəbləndirən dəyişiklik: Dəhliz buna görə TRIPP oldu
“Paraflamadan sonra sazişi ya tamamilə ləğv edirlər, ya da bir sözünə, bir nöqtəsinə belə toxuna bilmirlər. Məsələn, Ermənistan və Türkiyə vaxtilə sülh protokolları imzaladılar, amma proses sonadək çatmadı. Sənəd nə Ermənistanda, nə də Ankarada təsdiqləndi və nəticədə ləğv olundu. Bu da o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan indiki mətndən razıdır və onu təsdiqləyir. Bu, böyük və hərtərəfli əhəmiyyətə malik məsələdir. İndi əsas şərt odur ki, Ermənistan öz Konstitusiyasını dəyişsin. Bu addım nə qədər tez atılsa, bir o qədər yaxşıdır”.
Məmmədyarov həmçinin əlavə edib ki, ABŞ-ın bu prosesə cəlb olunması siyasi və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 10 Avqust 2025 07:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















