Icma.az
close
up
RU
Sülh sazişinin Türkiyədə imzalanması daha məqsədəuyğun olar AÇIQLAMA

Sülh sazişinin Türkiyədə imzalanması daha məqsədəuyğun olar AÇIQLAMA

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Görünən odur ki, Ermənistan da sülh prosesinin irəliyə getməsində maraqlıdır. Artıq hər iki tərəf, yəni Ermənistan da Azərbaycan kimi Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır".

Bu sözləri politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan və xarici siyasət idarənin başçısı Ararat Mirzoyanın sülhlə bağlı açıqlamalarını dəyərləndirən siyasi şərhçi bildirib ki, Türkiyənin də bu prosesdə mühüm rol oynadığı nəzərə alınmalıdır:

"Ankara maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında yekun razılaşmalar və sülh sazişinin imzalanması məhz Türkiyədə olsun. ABŞ prezidenti Donald Tramp və Rusiya rəhbəri Vladimir Putin də zaman-zaman sülhdə özlərini ən ideal vasitəçi kimi görürlər. O mənada sülh sazişinin qardaş Türkiyədə imzalanması daha məqsədəuyğun olar”.

Müsahibimiz bildirib ki, amma indiki halda Ermənstan hökumətinin Azərbaycanın bütün şərtlərinə qeyd-şərtsiz əməl edib-etməyəcəyini bilmirik. Dediyinə görə, bir tərəfdən İrəvan hökumətinin başçısı və digər rəsmilər sülhə çox yaxın olduqlarını, müqaviləni imzalamağa hazır olduqlarını bildirirlər. Ancaq digər tərəfdən Azərbaycanın şərtlərinə tam uyğun cavablar vermirlər.

Turab Rzayev: Qısa zamanda yekun sülhlə bağlı ortaq mövqeyə gəlmək mümkünsüzdür

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan Konstitusiya Məhkəməsi sülh müqaviləsinin imzalanmasına müsbət rəy verib:

"Ona görə də İrəvan hökuməti Konstitusiyanı tələsik dəyişməyə ehtiyac duymur. Lakin Azərbaycan tərəfi haqlı olaraq düşünür ki, gələcəkdə Konstitusiya Məhkəməsinin rəyi dəyişə bilər. O baxımdan Konstitusiyanın özünün dəyişməsi sülhə daha çox qarantiya verər. Görünür, bu məsələdə fikir ayrılıqları bir müddət davam edəcək. Ən azından qısa zamanda yekun sülhlə bağlı ortaq mövqeyə gəlmək mümkünsüzdür. Amma ziddiyyətləri aradan qaldırmaq mümkündür. Xüsusən, Türkiyənin vasitəçiliyi, İrəvanla təmasları sülhü sürətləndirə bilər".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see308

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see188

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see155

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see154

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see150

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see142

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see141

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see139

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see137

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see127

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see124

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri