Sülh şəraitində yaşamağı öyrənmək postmünaqişə reallığıdır ŞƏRH EDİLDİ
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Prezident İlham Əliyevin “biz sülh şəraitində yaşamağı öyrənirik” fikri postmünaqişə dövrünün mahiyyətini dəqiq ifadə edən siyasi-diplomatik mesajdır. Bu yanaşma onu göstərir ki, uzunmüddətli müharibə və qarşıdurma şəraitində yaşamış cəmiyyətlər üçün sülh təkcə hüquqi sənədlər və bəyanatlarla məhdudlaşmır, eyni zamanda siyasi davranışların, təhlükəsizlik düşüncəsinin və regional münasibətlərin yenidən formalaşdırılmasını tələb edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, otuz ildən artıq davam etmiş münaqişə tərəflər arasında dərin etimadsızlıq, hərbiləşmiş siyasi ritorika və sıfır məbləğli yanaşmalar formalaşdırıb: "Prezidentin bu ifadəsi postmünaqişə mərhələsində əsas çağırışın məhz psixoloji və institusional transformasiya olduğunu göstərir. Sülhə keçid mərhələsi tərəflərdən qarşılıqlı məsuliyyət, səbr və real siyasi iradə tələb edir. Azərbaycan bu mərhələdə regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq imkanlarının yaradılması və təhlükəsizlik arxitekturasının yenidən qurulması təşəbbüsləri ilə çıxış edir. Bu kontekstdə “sülh şəraitində yaşamağı öyrənmək” anlayışı həm də dövlətlərin hərbi qələbədən sonra davranış modelini dəyişməsi anlamına gəlir. Azərbaycan regional hegemonluq iddialarından deyil, beynəlxalq hüquqa əsaslanan sabitlik və əməkdaşlıq modelindən çıxış etdiyini nümayiş etdirir. Bu, ölkənin beynəlxalq imicinə müsbət təsir göstərməklə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün əsaslı zəmin yaradır. Eyni zamanda bu mesaj beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Sülh prosesinin davamlı olması üçün yalnız tərəflərin deyil, beynəlxalq aktorların da məsuliyyətli mövqe tutması vacibdir. Prezident İlham Əliyevin vurğuladığı “xüsusi hiss” sülhün formal deyil, real və yaşanan prosesə çevrilməsi niyyətini əks etdirir. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə konstruktiv və gələcəyə yönəlik siyasi xəttinin ideoloji əsasını təşkil edir".
Baxış sayı:117
Bu xəbər 06 Fevral 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















