Icma.az
close
up
RU
“Sülh Şurasının taleyi fələstinlilərin mövqeyindən asılı olacaq” Politoloq

“Sülh Şurasının taleyi fələstinlilərin mövqeyindən asılı olacaq” Politoloq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb. Lakin o, hələlik şurada hansı ölkələrin iştirak etdiyini bildirməyib.

İngiltərənin “Teleqraf” qəzeti isə iddia edir ki, “Sülh Şurası”na Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyədən nümayəndələr daxil olacaq.

Bəs bu ölkələr doğrudanmı belə bir qurumda iştirak etməyə razılıq verəcəklər və bu şura Qəzza problemini həll edə biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirdi ki, Qərb ölkələri - Böyük Britaniya, Fransa, Almaniya və İtaliya prinsip etibarilə Qəzzada münaqişədən sonrakı mərhələdə beynəlxalq nəzarət və yenidənqurma ideyasına müsbət baxırlar:

"Bu dövlətlər artıq humanitar yardım, bərpa və siyasi keçid məsələlərində fəallıq göstəriblər. Lakin onların razılığı avtomatik deyil. Bu ölkələr üçün əsas şərt şuranın beynəlxalq hüquqa uyğunluğu, BMT mexanizmləri ilə ziddiyyət təşkil etməməsi və İsrail-Fələstin münaqişəsində balanslı mövqenin qorunması olacaq. Əks halda, “xarici idarəçilik” təəssüratı yaradan model Avropa ictimai rəyində ciddi tənqidlərə səbəb ola bilər.
Səudiyyə Ərəbistanı, Qətər və Misir kimi regional aktorlar üçün isə məsələ daha həssasdır. Misir Qəzza ilə birbaşa sərhədə malik olduğu üçün təhlükəsizlik və qaçqın riski baxımından prosesdə iştirak etməyə məcburdur. Qətər artıq uzun müddətdir Qəzzada maliyyə və humanitar vasitəçi rolunu oynayır. Səudiyyə Ərəbistanı isə regional liderlik iddiasını gücləndirmək və ABŞ ilə münasibətlərində siyasi dividend qazanmaq baxımından belə bir şuraya maraq göstərə bilər".

Müsahibimiz əlavə etdi ki, bu ölkələrin hamısı Fələstin ictimai rəyini və HƏMAS amilini nəzərə almağa məcburdur:

"Əgər şura fələstinlilərin iradəsindən kənar bir struktur kimi təqdim olunarsa, ərəb dövlətlərinin iştirakı ciddi daxili və regional təzyiqlərlə üzləşə bilər. Türkiyənin mövqeyi də xüsusi diqqət tələb edir. Ankara özünü Fələstin məsələsində prinsipial və humanitar mövqedə olan aktor kimi təqdim edir. Türkiyə bu şuraya yalnız o halda qoşula bilər ki, qurum Qəzzanın gələcək siyasi statusunu fələstinlilərin özlərinin müəyyən etməsi prinsipini qəbul etsin və İsrailin birtərəfli üstünlüyünə xidmət etməsin. Eyni zamanda, gələcək mərhələdə şuranın tərkibinin genişlənməsi də mümkündür. Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Küveyt kimi ölkələr, eləcə də BMT və onun ixtisaslaşmış qurumları prosesə cəlb oluna bilər. Bu, şuraya daha çox legitimlik və beynəlxalq qəbul qazandıra bilər. Odur ki, “Sülh Şurası” ideyası kağız üzərində geniş beynəlxalq konsensus təsiri bağışlasa da, onun real həyata keçməsi iştirakçı ölkələrin siyasi şərtlərindən, regional balansdan və ən əsası, fələstinlilərin mövqeyindən asılı olacaq. Əks halda, bu təşəbbüs effektiv idarəetmə mexanizmindən daha çox, simvolik və mübahisəli siyasi layihə kimi qalma riski daşıyır".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri