Icma.az
close
up
RU
Sülh, tolerantlıq və bəşəri dəyərlərin təcəssümü

Sülh, tolerantlıq və bəşəri dəyərlərin təcəssümü

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Novruz milli-mənəvi dəyərlərə malik olan, tarixi yaddaşı yaşadan və cəmiyyəti birləşdirən unikal bayramdır. Bu bayram əsrlər boyu formalaşaraq xalqın həyat tərzinə inteqrasiya olunmuş və milli şüurun ayrılmaz hissəsinə çevrilmişdir. Novruz həm də humanizm, bərabərlik və mənəvi dəyərlərin qorunması baxımından bəşəriyyətin ortaq mirasıdır.Ulu Öndər Heydər Əliyev bu bayramın Azərbaycan xalqı üçün əhəmiyyətini yüksək dəyərləndirərək qeyd etmişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.Novruz bayramı cəmiyyətin fərqli təbəqələrini birləşdirən sosial körpü funksiyası daşıyır. Bu bayram sosial bərabərlik prinsipinin ən gözəl nümunəsidir. Sosial qütbləşmənin artdığı müasir dövrdə bu cür mərasimlər cəmiyyətin birliyinin qorunması baxımından mühüm önəmlidir. Novruz həm də insanların daxili dünyasına yönələn və onu saflaşdırmağa yönəlmiş mənəvi məzmun daşıyır, xalqın qədim adət-ənənələrini yaşadan mənəvi dəyərlərin təcəssümüdür.Novruz qədim dövrlərdən gələn fəlsəfi düşüncəni və həyat fəlsəfəsini ehtiva edir. Su, od, hava və torpaq ünsürləri sadəcə təbiətə aid elementlər deyil, həm də insan həyatının müxtəlif dövrlərini və xarakter tipologiyasını simvolizə edir. Bu simvolların Novruzda yaşadılması qədim dünyagörüşünün bu gün də yaşadığını və onun yeni nəsillərə ötürüldüyünü sübut edir. Həmçinin, Novruz bayramı xalqın tarixi yaddaşını yaşadan bir mədəni institutdur. Bayram vasitəsilə nəsillərarası bağlılıq təmin olunur, milli kimlik qorunur və gələcək nəsillər üçün keçmişin dəyərləri aktuallaşdırılır. Əsrlərdir yaşadılan bu ənənələr həm milli ruhun, həm də mədəni kimliyin formalaşmasında mühüm rol oynayır.Müasir dövrdə Novruz bayramı yalnız qədim adət-ənənələrin qorunması ilə məhdudlaşmır. Eyni zamanda, bu bayram cəmiyyətin birliyi baxımından mühüm əhəmiyyət daşıyır. Rəqəmsallaşan dünyada fərdiləşmə və izolasiya meylləri artdıqca, Novruz kimi bayramlar insanların bir-biri ilə ünsiyyətini gücləndirir, cəmiyyətin bütövlüyünü daha da möhkəmləndirir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra Novruz tonqalları işğaldan azad edilmiş doğma torpaqlarımızda qalanır. Bu illər ərzində dövlət başçısının iştirakı ilə Novruz bayramı yüksək təntənə ilə 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə isə Xankəndidə qeyd olunub. Bu mərasimlər təkcə milli-mənəvi dəyərlərimizin təntənəsi deyil, həm də bərpa olunmuş torpaqlarımızda həyatın dirçəlməsinin, əzəli yurd yerlərimizə qayıdışın simvoluna çevrilib. Digər tərəfdən, Novruz bayramı ərəfəsində dövlət başçısının imzaladığı əfv sərəncamları da humanizm və mərhəmət prinsiplərinə əsaslanan dövlət siyasətinin bariz nümunəsidir. Hər il yüzlərlə ailənin sevincinə səbəb olan bu qərarlar cəmiyyətə sosial həmrəylik və insanpərvərlik çağırışıdır.Novruz bayramı müxtəlif ölkələrdə yaşayan xalqlar arasında ortaq mədəni dəyər kimi qəbul olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyləri nəticəsində 28 sentyabr - 2 oktyabr 2009-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruzun qlobal miqyaslı bayram kimi qeyd olunması onu beynəlxalq humanitar dəyərə çevirir. Bu isə xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rola malikdir.Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.Novruz bayramının tarixi, mənəvi aspektlərinin öyrədilməsi gənc nəslin milli-mədəni identikliyinin formalaşmasına töhfə verir. Bu cür tədbirlər həm də vətəndaş tərbiyəsinin vacib komponentlərindən biridir. Mənəvi dəyərlərə hörmət, birlik və sosial məsuliyyət hissi cəmiyyətdə daha da möhkəmlənir.Dərin tarixi köklərə malik olan Novruz bayramı təkcə təbiətin yenilənməsi deyil, cəmiyyətin birliyinin möhkəmlənməsi və tarixi dəyərlərin yaşadılmasıdır. Novruz dünəni bu günə bağlayan mənəvi körpü, insanlara sabaha ümid, birliyə çağırış və mənəvi kamilliyə yol göstərən bir mədəni irsdir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri