Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Sülh üçün hələ çox iş görülməlidir RƏY

Sülh üçün hələ çox iş görülməlidir RƏY

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Əsas məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür, təbliğat və ictimai işlər aparılmalıdır

"Ermənilər və azərbaycanlılar arasında dialoq ritorikanı dəyişdirməyi hədəfləyir". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, iki ekspert görüşü 37 illik münaqişənin bütün problemlərini həll edə bilməz: "Dəyişikliyin baş verməsi üçün bir proses olmalıdır. Dialoqun olmaması o deməkdir ki, ermənilər Azərbaycandakı müəyyən dairələrin, azərbaycanlılar isə Ermənistandakı müəyyən dairələrin ritorikasında heç nəyin dəyişmədiyini görürlər".

Siyasi şərhçi Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan və Azərbaycan arasında gedən sülh prosesi səmərəli şəkildə irəliləyir. Ekspert vurğulayıb ki, bu yöndə dövlət siyasətinin strategiyasının doğru qurulması öz töhfəsini verir:

"Hər iki dövlətin rəhbəri arasında Vaşinqtonda müvafiq bəyanatın paraflanmasından sonra daha da aktiv fazaya keçən sülh prosesi öz səmərəsini göstərir. Bu prosesin tərkib hissəsi olaraq hər iki dövlət rəhbərləri və parlament spikerləri, habelə xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilir. Lazımi məsələlər müzakirə olunur, gedişata uyğun qarşıya çıxan nüanslarla bağlı müvafiq addımlar atılır. Bununla yanaşı hər iki ölkənin vətəndaş cəmiyyətinin nümayəndələri də qarşılıqlı səfərlər edir, görüşür. Müxtəlif zümrələrdən olan vətəndaş cəmiyyəti nümayəndələrindən ibadət qrupların arasında bu cür səfərlərin, görüşlərin baş tutması sülh prosesinin daha əhatəli və sağlam davamlılığına dəstəkdir. Gələcəkdə din xadimləri, yazarlar, jurnalistlər və mədəniyyət - incəsənət mənsublarının da görüşlərinin, səfərlərinin baş tutması ümumi işin xeyrinə olardı. Siyasi və diplomatik sülh prosesi ilə yanaşı vətəndaş cəmiyyəti arasında belə təmasların olması vacibdir. Mülki insanların da bu prosesə hazır olması zəruridir. Əsasən də erməni cəmiyyətində revanşist qüvvələrin hələ də mövcudluğunu, sülh əleyhinə çıxışların mövcudluğunu nəzərə alsaq deyə bilərik ki, hələ çox işlər görülməlidir". 

Analitik hesab edir ki, əsas məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür: "Ona görə ki, əhalinin sülhə hazır olması üçün müvafiq işlər görülməli, təbliğat aparılmalıdır. Zori Balayan kimi qatı daşnak ruhluların cəmiyyətə təsirini minimuma endirməlidir. Lakin bütün bunlara baxmayaraq, sülhün baş tutmasına mane olan qüvvələr də var, bunlar əsasən kənar təsirlər nəticəsində prosesə müdaxilə etmək istəyirlər. Vətəndaş cəmiyyəti, yaxud mədəniyyət nümayəndələri arasında baş tutan təmasları birmənalı qarşılamamaqla paralel bunu şişirdib sülhdən əvvəlki ritorikanı qoruyub saxlayırlar. Ermənistanda əsasən hələ də tənzimlənməmiş Kilsə - dövlət qarşıdurması və Rusiya təsirində olan qüvvələrin fəaliyyəti nəticəsində sülh prosesinə əks təsir göstərmək istəyənlər var. Gərək Ermənistan hakimiyyəti bütün bu prosesləri həll etsin. Söhbət sülhdən gedirsə, sülhə aparan vasitələrdən istifadə edilməlidir". 

T.İrfan qeyd edib ki, müəyyən zümrələr sülh prosesindən doğan reallıqlara qarşı dözümsüzlük göstərə bilər: "Lakin belə məsələləri də şişirtməmək, bundan sülhə xələl gətirə biləcək həddə sui-istifadə etməmək lazımdır. Hər halda danışıqlarda, gedən müzakirələrdə bu kimi məsələlər də yəqin ki, mövzuya daxil edilir. Əslində, bu sülh üçün Ermənistan hakimiyyəti, eyni zamanda vətəndaş cəmiyyəti daha çox səylər göstərməlidir. Çünki təcavüzkar tərəf onlar olub və bu gün Azərbaycanda milyonlarla erməni zülmündən əziyyət çəkmiş insan var. Elə formada sülhə daxil olsunlar ki, həmin insanların da mənəvi rahatlığı təmin olunsun. Ümumiyyətlə, bu sülh prosesi zamanla öz həllini tapacaq və inanırıq ki, dövlətin yürütdüyü siyasət nəticəsində tam, hərtərəfli şəkildə öz bəhrəsini verəcəkdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri