Icma.az
close
up
RU
Sülh və barışıq təşəbbüsləri

Sülh və barışıq təşəbbüsləri

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

4 fevral 2026-cı il tarixində Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı müasir beynəlxalq münasibətlər sistemində sülh, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, əldə olunan sülh və barışıq təşəbbüsləri yalnız konkret ölkələr arasında münasibətlərin normallaşması ilə məhdudlaşmır, bütövlükdə regionun təhlükəsizliyinə və sabit inkişafına xidmət edir. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin “Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir” fikri Azərbaycanın xarici siyasətinin mahiyyətini aydın şəkildə ifadə edir. Azərbaycan bu gün beynəlxalq arenada sülhün, dialoqun və qarşılıqlı etimadın təşviqçisi kimi çıxış edir. Ölkəmiz regional əməkdaşlığın dərinləşdirilməsini, münaqişələrin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə həllini əsas prinsip kimi qəbul edir. “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu beynəlxalq platformada səsləndirilən bu mesajlar Azərbaycanın multikulturalizm, tolerantlıq və humanizm dəyərlərinə sadiqliyinin göstəricisidir. Tarixən müxtəlif millətlərin və dinlərin dinc yanaşı yaşadığı Azərbaycan cəmiyyəti bu gün də insan qardaşlığı ideyasını real siyasətdə və praktik addımlarda təcəssüm etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət regional qarşıdurmaların deyil, əməkdaşlıq körpülərinin qurulmasına yönəlib. Dövlətimizin başçısı çıxışında həmçinin beynəlxalq birliyin üzərinə düşən məsuliyyətə diqqət çəkərək bildirdi ki, davamlı sülh yalnız qarşılıqlı hörmət, ədalət və suverenlik prinsiplərinə əsaslandıqda mümkün ola bilər. Bu yanaşma Azərbaycanın beynəlxalq təşəbbüslərində ardıcıl şəkildə öz əksini tapır və ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Azərbaycan üçün sülh anlayışı dar siyasi çərçivələrlə məhdudlaşmır. Bu sülh regional sabitliyə, xalqlar arasında etimada və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə xidmət edən strateji baxışdır. Məhz bu baxış Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və ölkəmizi sülh gündəliyinin fəal iştirakçısına çevirir. Mansur Quliyev YAP Ağdam rayon təşkilatının sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Fevral 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see222

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see210

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see209

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see205

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see196

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see196

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see194

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see190

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see190

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see189

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see184

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see182

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see180

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see178

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see177

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see176

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see175

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri