Icma.az
close
up
RU
Regional təhlükəsizlik və sülh təşəbbüsləri

Regional təhlükəsizlik və sülh təşəbbüsləri

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Səyyad Mirzəyev    

YAP Ağdam rayon təşkilatının əməkdaşı                                                                                                                         

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə regional təhlükəsizlik və sülh təşəbbüsləri xüsusi yer tutdu. Dövlət başçısının bu mövzu ətrafında səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşmış yeni reallıqlar fonunda Azərbaycanın prinsipial, ardıcıl və məsuliyyətli siyasətini bir daha nümayiş etdirdi.

Ölkə Prezidenti vurğuladı ki, Azərbaycan regionda müharibəyə son qoymuş və təhlükəsizlik üçün real əsaslar yaratmış dövlətdir. Onun sözlərinə görə, münaqişənin hərbi mərhələsi artıq tarixdə qalıb və indi əsas vəzifə əldə edilmiş nəticələri möhkəmləndirmək, davamlı sülh mühitini təmin etməkdir. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz təhlükəsizliyini yalnız bəyanatlarla deyil, konkret siyasi, diplomatik və hərbi mexanizmlərlə təmin edir.Bu yanaşma regional təhlükəsizliyin yalnız xarici vasitəçilər hesabına deyil, region ölkələrinin birbaşa məsuliyyəti çərçivəsində formalaşmalı olduğunu göstərir. Müsahibədə Prezident cənab İlham Əliyev Azərbaycanın sülh təşəbbüslərinin mahiyyətini də açıqladı. Dövlət başçısı qeyd etdi ki, rəsmi Bakı sülhü şərtsiz kapitulyasiya və ya birtərəfli güzəştlər kimi deyil, beynəlxalq hüquq, qarşılıqlı suverenliyin tanınması və ərazi bütövlüyü prinsipləri əsasında görür. Prezidentin fikrincə, yalnız bu əsaslar üzərində qurulan sülh uzunömürlü və dayanıqlı ola bilər. O, açıq şəkildə bildirdi ki, Azərbaycan regionda revanşizm meyillərinin qarşısını almaq üçün həm siyasi ayıqlıq, həm də güclü təhlükəsizlik sistemi saxlayır. Dövlət başçısı regional təhlükəsizliyin iqtisadi və nəqliyyat əməkdaşlığı ilə birbaşa bağlı olduğunu da xüsusi vurğuladı. Onun sözlərinə görə, kommunikasiya xətlərinin açılması, tranzit layihələrinin inkişafı və iqtisadi inteqrasiya region ölkələri arasında etimadı gücləndirən əsas amillərdir. Prezident İlham Əliyev bu kontekstdə Azərbaycanın regionda sabitlik yaradan təşəbbüslərin əsas müəlliflərindən biri olduğunu qeyd edərək, ölkəmizin heç bir dövlətə qarşı ərazi iddiasının olmadığını, əksinə, əməkdaşlığa açıq olduğunu bildirdi. Müsahibədə səsləndirilən mühüm mesajlardan biri də Azərbaycanın təhlükəsizlik siyasətində güc və diplomatiya balansının qorunması oldu. Prezident İlham Əliyev vurğuladı ki, sülh yalnız xoş niyyət bəyanatları ilə deyil, real güc balansı və milli maraqların qəti müdafiəsi ilə mümkündür. Bu yanaşma Azərbaycanın regional proseslərdə passiv müşahidəçi deyil, aktiv və məsuliyyətli iştirakçı olduğunu göstərir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində regional təhlükəsizlik və sülh təşəbbüsləri ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə əsas strateji xəttini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının mesajları göstərir ki, Azərbaycan sülhün tərəfdarı olmaqla yanaşı, öz təhlükəsizliyini qorumağa qadir, prinsipial və uzaqgörən siyasət yürüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Yanvar 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri