Icma.az
close
up
RU
Sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda...

Sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir

Çin ilə Azərbaycan bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərini bəyan edir...

Yeni siyasi-iqtisadi nizamın yaradıcı və istiqamətləndirici komponentləri arasında bərabərtərəfli əməkdaşlıq, beynəlxalq hüquqa hörmət, qlobal təhlükəsizliyin təmininə töhfə, regional maraqların müdafiəsi kimi aparıcı ünsürlər xüsusi əhəmiyyət daşıyır. Dövlətlər və təşkilatlar üçün strateji əməkdaşlıq düsturu sayılacaq bu tezislər bütövlükdə geosiyasi mənzərəni aydınlığa qovuşdurur: formalaşan yeni reallıqların “siyasi premyerası” qismində qəbul edilən əməkdaşlıqlar qısa zaman kəsiyində oturuşmuş ikitərəfli əlaqələrə çevrilir və özlüyündə yeni nizamın mühüm bir parçası kimi qəbul olunur. Bu münasibətlər isə paralel olaraq həm siyasi, həm də iqtisadi meyarları ən üst səviyyəyə qaldırır.

Əlaqələrin daha da möhkəmlənməsi üçün münbit şərait...

Etiraf edilməlidir ki,  Avrasiyanın mərkəzində yeni nizam strukturlaşması 2020-ci il Vətən müharibəsinin nəticələri ilə aydınlığa qovuşdu. Başqa sözlə, Qərb ilə Şərqi, Şimal ilə Cənubu həm siyasi, həm də iqtisadi tellərlə bir-birinə bağlayan Cənubi Qafqazda Azərbaycanın diqtəsi ilə yaradılan təhlükəsizlik arxitekturası əlaqələrin daha da möhkəmlənməsi üçün münbit şərait yaratdı. Azərbaycanın qazandığı hərbi-siyasi qələbə Cənubi Qafqazla yanaşı Mərkəzi Asiyanın, Çin-Qərb münasibətlərinin, Qlobal Cənubun gələcək perspektivi üçün yol açdı. Daha doğrusu, Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı təhlükəsizlik mühiti Şərq-Qərb tranziti baxımından mühüm yolların aktuallaşması üçün zəmin formalaşdırdı. Bu isə öz növbəsində yeni əməkdaşlıq, yeni əlaqələr və yeni münasibətlər demək idi. Bu gün Azərbaycanın və Çinin timsalında Qlobal Cənubun aparıcı aktorları qarşılıqlı inteqrasiyasının mühüm bir coğrafiyada yeni iqtisadi əməkdaşlıq mühiti üçün nə qədər vacib olduğunu ortaya qoyurlar. Xəzərin şərq sahili ilə qərb sahili arasında əlaqələr geniş anlamda yeni reallıqlara söykənir...

Dünya nizamının birgə dəstəklənməsi əzmi...

Bəli, günümüzün ən mühüm çağırışları məhz əməkdaşlığa və ortaq dəyərlərin bölüşülməsinə hədəflənir - çoxtərəfli platformalarda sıx əməkdaşlıq üçün yaradılan zəmin bəşəriyyətin ümumi problemlərinin həllində açar rolunu oynayır. Qlobal nizamın əsas dayaq nöqtələri isə müasir transformasiyaya uyğun olaraq tənzimlənir - etiraf olunur ki, qlobal problemlərin həllində, beynəlxalq iqtisadi-siyasi əlaqələrin oturuşmasında, hətta ən kəskin kataklizmlərin və toqquşmaların qarşısının alınmasında Qlobal Cənubun rolu artır. Bu gün etiraf edilir ki, beynəlxalq ədalətin səmərəli şəkildə müdafiəsində aparıcı funksiyanı məhz Qlobal Cənub üstlənib. Azərbaycan və Çin isə bu mühüm tabloda özünəməxsus, olduqca vacib, ən əsası isə strateji tərəfdaşlığa söykənən bir konsepsiya nümayiş etdirir. Ötən il Astanada iki ölkə arasında imzalanan Birgə Bəyannamə yeni nizamın nümunəvi əməkdaşlıq dekreti də sayıla bilər - hər iki ölkə çoxtərəfli əlaqələrin qarşılıqlı maraqlarla uzlaşdırılmasının faktoloji sənədləşməsini ortaya qoydu. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində bildirib ki, ötən il Astanada biz ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik: “Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik. Bizim tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu”.

Dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasət...

Beləliklə, Azərbaycanın yeni qlobal proseslərdəki rolunun artması, yeni perspektiv əməkdaşlıqların meydana çıxması bir daha onu göstərir ki, rəsmi Bakı aparıdığı siyasi-iqtisadi strategiyada uzaqgörənlik, operativlik, çevik dəyərləndirmə kimi mühüm ştrixlərə söykənir. Əlaqələrin inkişaf etdirilməsi isə yeni iqtisadi-siyasi situasiyanın üfüqlərinin genişlənməsidir. İndiki halda Qlobal Cənubun dünya düzənindəki rolunun artmasına yol açan bu kimi addımlar nəticəsində illər öncə xəyal belə edilə bilməyən məsələlər reallığa çevrilir:

- Zəngəzur xətti ilə “vahid iqtisadi-siyasi yol” predmeti ön plana çıxır;

- Dünyanın iqtisadi - ticari nüvəsinin coğrafi parametrləri dəyişir (bu məsələdə Çin də birmənalı olaraq yeni situasiyanın yanında yer alır);

Azərbaycan apardığı geniş siyasi mahiyyətlə regionda beynəlxalq münasibətlər sistemini oturuşdurur. Bölgənin təhlükəsizlik immuniteti gücləndirilir, qlobal proseslərə müdaxilə imkanları yaranır. Bu amili biz qlobal pandemiya dövründə daha bariz şəkildə görmüş olduq. Azərbaycan həm o dövrdəki TDƏŞ (hazırkı TDT) üzərindən və rəhbərlik etdiyi Qoşulmama Hərəkatının xətti ilə qlobal problemin aradan qalxmasına mühüm dərəcədə dəstək verdi. Bu addımlar isə Azərbaycanın fərdi nüfuzu ilə yanaşı həm regional, həm də qlobal maraqların çarpazlaşma nöqtəsində uzlaşma meyillərini gücləndirir. Bununla da, yeni dövr üçün aktuallıq daşıyacaq əməkdaşlıq platformaları gündəmə gəlir, mövcud olanlar isə gücləndirilir.

Azərbaycanın yaratdığı bu mənzərə həm də ortada olan imkanlardan yararlanmaq üçün fürsət deməkdir. Nəticə etibarı ilə, qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prinsipləri əsasında qurulması cəhdləri dəstəklənir. Çoxtərəfliliyin təşviqi, regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən siyasi gündəm Azərbaycanın ətrafında böyük bir dostluq masası formalaşdırır. Bu isə Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin də coğrafi miqyasını genişləndirir -  beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri Azərbaycanın illərdir yürütdüyü dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətini təqdir edir. Prezident İlham Əliyev müsahibəsində deyib ki, Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik: “Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-nin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Aprel 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri