Icma.az
close
up
RU
“Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib

“Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ADA Universitetində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xəzər Həftəsi çərcivəsində “Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib. Forum çərçivəsində müxtəlif mövzulara həsr olunmuş panel müzakirələr aparılıb.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, tədbirin keçirilməsində məqsəd ətraf mühitlə bağlı əməkdaşlığın sülh və rifahı təşviq etməsi yollarını müzakirə etməkdir.

Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayzanın moderatorluğu ilə “Qarabağın yenidən qurulmasına təkan verən dinc gələcəyin qurulması: Yaşıl enerji həllərinin tətbiqi, dayanıqlı iş yerlərinin yaradılması və ağıllı kəndlərin qurulması” panel müzakirəsi keçirilib. Sessiyada çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, forum ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində təşkil edilib. Burada müzakirə edilən məsələlər Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin iki bəndi - işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi ilə uzlaşır. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma, ağıllı kəndlərin və yaşıl zonaların qurulması məsələləri haqqında da iştirakçılara məlumat verilib.

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov diqqətə çatdırıb ki, COP29 konfransının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu Azərbaycana göstərilən etimadın nəticəsidir. Ölkəmiz enerji keçidində ən böyük indeksi yaradıb. Buna Azərbaycanda tətbiq olunan yeni texnologiyalar vasitəsi ilə nail olmuşuq.

Metyu Brayzanın sözlərinə görə, hazırda Azərbaycan COP29-un təşkili ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmlənməsinə dəstək verir. Və beləliklə biz konfransı əməkdaşlığını iqlim dəyişikliyi göstəricilərinin araşdırılması və ətraf mühitin qorunması, ölkələrdə sülhün tənzimlənməsinə köməklik göstərməsi üçün təşkil etmək istədik. İşğaldan azad edilmiş ərazilərdə lazımlı infrastruktur yaradılması çox çətin məsələ olduğu və Azərbaycan hökumətinin böyük işlər gördüyü diqqətə çatdırılıb. Hökumətin məcburi köçkünlərin öz evlərinə qayıtmasına hərtərfli kömək göstərdiyi, onların həyatını rahatlaşdırmaq üçün hərtərfli tədbir gördüyü diqqətə çatdırılıb.

Forumda geniş təcrübəyə malik yerli və xarici ekspertlər çıxış ediblər. Ekoloji mühitdə baş verən dəyişiklikləri araşdırmaq üçün mütəxəssislər bir araya toplaşıb. Həmçinin burada kənd təsərrüfatının qorunması ilə bağlı problemlərə və həll yollarına da toxunulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri