Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Sülh yolunda növbəti görüş...

Sülh yolunda növbəti görüş...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

İki ölkənin müvafiq strukturları Vaşinqton razılaşmasının detallarını müzakirə edir

Cənubi Qafqazın lideri, regional sabitləşdirici faktor qismində çıxış edən Azərbaycan bölgənin inkişaf tarixinin yeni mərhələsini formalaşdırmaqda qərarlıdır. 44 günlük Vətən müharibəsinidən sonra başlanan, 24 saatlıq antiterror tədbirlərinin ardından daha dəqiq və açıq mahiyyət qazanan danışıqlar prosesi son 2 ildə ikitərəfli formata keçid etməklə müsbət trayektoriya qazanmışdı - nəhayət, bu ilin martında sülh sazişinin detallarının tam razılaşdırılması və avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə prosesin inkişafında əhəmiyyətli bir mərhələ kimi yadda qaldı. Vurğulanmalıdır ki, ötən dövr ərzində mövqelərin yaxınlaşmasında ən mühüm rol həm də iki ölkənin müvafiq strukturlarına məxsusdur  - dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyaslarının fəaliyyəti sözün əsl mənasında real addımlarla seçilib. Vaşinqton razılaşmasının ardından isə bu tip görüşlərin daha əsaslı nəticələrə yol açacağına inam daha da artıb. Beləliklə, yeni dövrdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün mühüm detallardan sayılan delimitasiya və demarkasiya prosesi istiqamətində əsaslı işlərin görüləcəyi gözləniləndir.

Hansı məsələlər müzakirə edilib?

Yeri gəlmişkən, sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub. Bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Komissiyaların müzakirə predmetləri...

Sülh prosesi özünün əhəmiyyətli bir mərhələsini adlayaraq son nəticəyə yaxınlaşmaqdadır. Bu istiqamətdə qeyd edilməli ən vacib məqam isə Vaşinqtonda imzalanan Birgə Bəyannamədir. Müvafiq dövlət komissiyalarının görüşünün də əsas müzakirə predmetləri qeyd edildiyi kimi məhz Vaşinqton razılaşmasının detallarıdır. Belə ki, həmin Birgə Bəyannamənin 3-cü bəndində bildirilir ki, tərəflər regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdi: “Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”. Diqqət yetirsək, müvafiq görüşlə bağlı mətbuata məlumatda da müzakirələrin istiqaməti məhz bu detallara söykənir.

Eləcə də sənədin 5-ci bəndində vurğulanır ki, tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edir. “Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”. Bu isə sülhün geriyədönüşü olmayan bir proses olmasını bir daha təsdiqləyir. Əldə ediləcək bütün razılaşmaların beynəlxalq hüquqa və ədalətə söykənəcəyinə inam yaradır. 

Beləliklə, Vaşinqton sənədi iki ildir ikitərəfli formatda davam edən müvafiq görüşlərin, əldə olunan razılaşmaların doğruluğunu, əhəmiyyətini və effektivliyini bir daha təsdiqləyərək prosesin inkişafına dəstək verir. Bu isə iki ölkə arasında münasibətlərin normallaşması prosesində istiqmətverici xətt kimi önə çıxır, problemlərin daha çevik şəkildə həllinə, delimitasiya və demarkasiya işlərinin aparılmasına yaxından kömək göstərir.

İkitərəfli görüşlərin uğurlu nəticələri...

Bütün bunlarla yanaşı, sentyabrın 5-də baş tutan görüş özünün analogiyalarından müsbət mənada bir çox detalları ilə də fərqlənir - belə ki, Vaşinqtonda əldə olunan razılaşma artıq Zəngəzur dəhlizi (TRİPP) haqqında Ermənistan tərəfindən də qəbul edilmiş tam aydın bir təsəvvür formalaşdırır. Məsələn, əvvələr erməni tərəfi bəzi detallar üzərindən manipulyasiyalara əl atmağa cəhd göstərirdilərsə, 8 avqust razılaşması Azərbaycanın aydın və məntiqli təşəbbüsünün reallıq kimi qəbul edilməsinə yol açdı. Sənədin 4-cü bəndində də Zəngəzur dəhlizinin (TRIPP) reallaşması, bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyət ifadə edilir. Paralel olaraq, Birgə Bəyannamənin 6-cı bəndində göstərilir ki, “Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik”. Bəli, bu qətiyyətin əməli ifadəsi də məhz müvafiq dövlət komissiyaları arasında aparılan işin verdiyi nəticələrdir.

Beləliklə, Vaşinqton görüşü artıq bir müddətdir ki, davam edən, real nəticələrə nail olan ikitərəfli formatda olan görüşlərin həm intensivliyini, həm də daha yüksək etimad mühitində baş tutmasını təmin edir. Dövlət sərhədlərinin müəyyənləşməsi, delimitasiya və demarkasiyanın həyata keçirilməsi sülh şərtlərindən biri kimi münasibətlərin normallaşmasına xidmət göstərir. Hazırkı, sülhlə bağlı açıq mətnli fikirlərin razılaşdırılmasında isə ikitərəfli danışıqlar formatı əsaslı rol oynayır, sözün əsl mənasında problemlərin həlli ilə bağlı mühüm platforma kimi yadda qalır. Qeyd edək ki, bu tip görüşlər bir çox məqamlarda əsaslı nəticələrlə müşayət olunub. - məsələn, 2023-cü ilin dekabrında iki ölkənin müvafiq strukturlarının birgə açıqlama yayması, ardından 2024-cü il 19 aprel tarixli 8-ci görüşdə erməni işğalı altında olan 4 kəndin qaytarılması ilə bağlı razılıq əldə edilməsi bu formatın ən mühüm uğurları kimi seçilir. Heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul edilən bu qərarlar sülhə aparan yolun ən mühüm ştrixləri kimi tarixə yazılıb.

Pərviz Sadayoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see420

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see238

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see220

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see213

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see213

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see210

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see205

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see201

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see199

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see188

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see187

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see185

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see184

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see183

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see182

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see181

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see180

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see173

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see170

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri