Icma.az
close
up
RU
Sülh yolundan geri dönüş yoxdur

Sülh yolundan geri dönüş yoxdur

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;- 

2026-cı il seçkiləri narahatlıq yarada bilər, amma normallaşma prosesi axsamayacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2026-cı ildə Ermənistanla sülh müqaviləsinin imzalanması ehtimalının böyük olduğunu vurğulayıb. Nazir bu barədə İTV-yə müsahibəsində deyib: "Əlbəttə ki, heç kim 100 faiz zəmanət verə bilməz, amma mən bu ehtimala nikbin yanaşıram. Azərbaycanla sülh prosesinin başa çatması Ermənistanın özünün maraqlarına uyğundur, ona görə də inanıram ki, belə bir ehtimal çox yüksəkdir". C.Bayramovun sözlərinə görə, bunun asan olacağını düşünmür. Onun fikrincə, əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq. Nazir hesab edir ki, iki ölkə arasındakı münasibətlərin tarixi nəzərə alınmaqla, sülh müqaviləsinin imzalanmasının qısa müddət sonra Azərbaycan və Ermənistan arasında sıx dostluq və tamhüquqlu mehriban qonşuluq münasibətlərinə gətirib çıxarması ehtimalı azdır: "Və bu, anlayışla qəbul edilməlidir". Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, son iki ildir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir: "Belə qısa müddət ərzində inanıram ki, qalib ölkə ilə məğlub ölkə arasında normallaşdırma prosesi çox sürətlə gedir". C.Bayramov həmçinin “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinin Azərbaycan və Ermənistan arasında ortaq iqtisadi maraqların yaranmasına səbəb olacağı fikrini ifadə edib. Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar bir sıra razılıq əldə olunub, sülh sazişi layihəsi paraflanıb. Bu razılıqlara uyğun olaraq 1 sentyabr 2025-ci il tarixindən etibarən ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar qəbul edilib. Rəsmi Bakının tələbinə görə, yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, onun preambula hissəsində Azərbaycana qarşı olan ərazi iddiası çıxarılmalıdır. Son aylarda Azərbaycan və Ermənistan arasında dialoq istiqamətində mühüm, lakin səssiz addımlar atılır. Bir müddət əvvəl azərbaycanlı beş nəfərlik ekspert heyəti dövlətə məxsus xüsusi təyyarə ilə İrəvana gedib. Bu səfər ictimaiyyətə əvvəlcədən açıqlanmayıb. İrəvanda “Azərbaycan” yazılmış təyyarəni görən hava limanı əməkdaşları təəccüb içində qalıblar. Eyni ekspertlərdən Rusif Hüseynov ötən həftə yenidən İrəvanda keçirilən beynəlxalq toplantıda iştirak edib. On gün ərzində ikinci dəfə Ermənistan paytaxtına gələn ilk azərbaycanlı kimi qeyd olunub. Təhlükəsizlik məqsədilə azərbaycanlı nümayəndələrə İrəvanda geniş mühafizə qrupu ayrılıb. Gələcəkdə beş erməni mütəxəssisin də Bakıya səfər edəcəyi gözlənilir. Hər iki tərəf bu səfərlərin davamlı olacağını bildirir. Digər tərəfdən, Azərbaycan ötən aya qədər Ermənistan istiqamətinə karqo daşımalarına icazə vermirdi. Lakin bu məhdudiyyət aradan qaldırılıb. Beləliklə, Qazaxıstandan çıxan buğda yükü ilk dəfə Azərbaycan üzərindən keçərək Ermənistan ərazisinə çatıb. İrəvanda keçirilən konfransın açılışında çıxış edən Nikol Paşinyan qeyd edib ki, siyasi baxımdan Azərbaycanla Ermənistan arasında münaqişə başa çatıb, lakin hələ də psixoloji və sosioloji maneələr qalır. Baş nazirin sözlərinə görə, “barış” anlayışı hər iki xalq üçün hələ də yad qavramdır. O, uzun illər davam edən düşmənçilikdən sonra cəmiyyətlərin barışa hazırlanmasının vacibliyini vurğulayıb. Hazırda rəsmi Bakı postmünaqişə dövründə sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması və bölgədə davamlı sabitliyin təmin olunması istiqamətində diplomatik səylərini davam etdirir. Şübhə yox ki, 2025-ci ildə olduğu kimi, gələn il də dövlətimiz beynəlxalq hüquqa, tarixi coğrafi xəritələrə uyğun olaraq Ermənistanla sərhəd xətlərinin delimitasiya və demarkasiyasını davam etdirəcək. Ermənistanla əldə olunan sülh razılaşmalarının həyata keçirilməsi Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən olacaq. Gələn il Avropa İttifaqının Ermənistandakı sərhəd müşahidə missiyasını ləğv ediləcəyini də proqnozlaşdırmaq olar. Çünki bu missiya patrulluq müddətdə Azərbaycan tərəfindən hansısa ciddi sərhəd pozuntusu aşkar etməyib. 2026-cı il ərzində Azərbaycanın əsas şərtlərindən biri olan Ermənistan Konstitusiyasından ərazi iddialarının aradan qaldırılması da gözlənilir. Çünki rəsmi Bakı dəfələrlə birmənalı bəyan edib ki, İrəvan üzərinə götürdüyü öhdəlikləri icra etmədən, ələlxüsus ərazi iddialarından qanunvericilik müstəvisində vaz keçmədən yekun sülh sənədinin imzalanması ehtimalı sıfırdır. Digər mühüm məqamlardan biri isə Zəngəzur dəhlizi ilə bağlıdır ki, gələn il çərçivəsində "TRİİP" layihəsi üzərində də Ermənistan tərəfinin daha ciddi addımlar atacağı iddia olunur. Ermənistan hökuməti 15 sentyabr tarixindən etibarən ölkəyə giriş-çıxış möhürlərində yer alan Ağrı dağı simvolunu ləğv edib. Bu qərar İrəvanda mübahisələr doğurub. Müxalifət addımı Türkiyənin təzyiqi ilə əlaqələndirsə də, Baş nazir Nikol Paşinyan uzun müddətdir Ağrı dağı ilə bağlı qadağaları (və ya toxunulmaz mövzuları) sındırmaq siyasəti aparır. Paşinyan hesab edir ki, Ermənistanın kimliyinin ölkə sərhədləri xaricində – Ağrı dağı üzərində qurulması “gerçəkçi” yanaşma deyil. Onun məqsədi Ermənistan üçün yeni və daha realist milli hekayə formalaşdırmaqdır. Türkiyə ictimaiyyətində isə bu simvol dəyişikliyi barədə geniş müzakirə aparılmayıb. Analitiklər bunu Ankaranın Bakının mövqeyinə zidd addım atmaq istəməməsi ilə izah edirlər.

Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə deyib ki, Azərbaycan bir çox sahədə olduğu kimi Ermənistanla sülh prosesinin irəliləməsində də kifayət qədər böyük uğurlar, nailiyyətlər əldə edib. Deputat vurğulayıb ki, artıq tərəflər arasında sülh prosesi yola çıxıb və geriyədönməz hal alıb: "Sülh prosesini dayandırmaq qeyri-mümkündür. Artıq sülh prosesini, yəni bu sahədə irəliləyişi dayandırmaq Ermənistan hökumətinin də iradəsindən, imkanlarından kənardadır. Çünki bu prosesdə Amerika Birləşmiş Ştatları da əsas iştirakçılardandır. Zəngəzur dəhlizinin açılması yönündə işlər gedir. Azərbaycan 2020-ci ildə əldə etdiyi qələbəsini bu gün də qətiyyətlə davam etdirir. Azərbaycan regionda özü yaratdığı reallığı daha da möhkəmləndirir. Ona görə hesab edirəm ki, hazırda sülhün önündə ciddi əngəl görmürəm. Hazırda bizi müəyyən qədər narahat edən məsələ Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisidir. Ancaq düşünürəm ki, bu məsələ də sülh prosesinə mane ola bilməz. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası da gedir. Zəngəzur dəhlizinin hazırlanması istiqamətində işlərə start verilib. Yəni hazırkı sülh prosesində Ermənistandan çox az asılı olan məsələlər var. Ermənistanın yola düşmüş bu karvanın önünü kəsməsi qeyri-mümkündür". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri