Icma.az
close
up
RU
Multikulturalizmin Azərbaycan modeli: milli həmrəylik və ortaq kimlik kontekstində ŞƏRH

Multikulturalizmin Azərbaycan modeli: milli həmrəylik və ortaq kimlik kontekstində ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər multikulturalizmin müasir beynəlxalq münasibətlər sistemindəki roluna, mədəniyyətlərarası dialoqun əhəmiyyətinə və müxtəlif cəmiyyətlərdə birgəyaşayışın təmin olunması məsələlərinə həsr olunmuş mühüm siyasi mesajlar kimi qiymətləndirilə bilər. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forum çərçivəsində dövlət başçısı mədəni və dini müxtəlifliyin qorunması, qarşılıqlı anlaşmanın gücləndirilməsi, ayrı-seçkiliyin qarşısının alınması və xalqlar arasında etimadın möhkəmləndirilməsi məsələlərinə diqqət çəkib.

Prezident İlham Əliyevin çıxışında əsas vurğulardan biri multikulturalizmin yalnız nəzəri və ya deklarativ yanaşma deyil, konkret dövlət siyasəti və ictimai münasibətlər sistemi kimi həyata keçirilməsinin vacibliyi ilə bağlıdır. Dövlət başçısının mövqeyinə görə, müxtəlifliyin qorunması cəmiyyətin parçalanmasına deyil, əksinə, ümumi dəyərlər və ortaq vətəndaşlıq məsuliyyəti əsasında milli həmrəyliyin möhkəmlənməsinə xidmət etməlidir.
Ötən əsrin ikinci yarısında multikulturalizm bir sıra Qərb dövlətlərində ictimai münasibətlərin tənzimlənməsi və müxtəlif icmaların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm yanaşmalardan biri kimi qəbul edildi. Mədəni, dini və etnik fərqliliklərin qorunması, tolerantlıq və qarşılıqlı ehtiram bu modelin əsas prinsipləri sırasında yer alırdı. Bununla belə, müasir dövrdə bəzi ölkələrdə sosial parçalanma, inteqrasiya çətinlikləri və icmalararası münasibətlərdə yaranan gərginliklər multikulturalizmin tətbiqi ilə bağlı müzakirələri daha da aktuallaşdırır. Prezident İlham Əliyevin çıxışında da bu məqamın siyasi və sosial əhəmiyyətinə diqqət yetirilərək vurğulanır ki, müxtəlifliyin mövcudluğu özlüyündə cəmiyyətdə möhkəm birlik yaratmaq üçün kifayət etmir. Bunun üçün ortaq dəyərlərin, qarşılıqlı etimadın və ümumi vətəndaş məsuliyyətinin formalaşdırılması zəruridir.
Azərbaycanın multikulturalizm təcrübəsi məhz bu baxımdan diqqətəlayiqdir. Ölkəmizdə müxtəlif etnik və dini mənsubiyyətlərə malik insanların birgəyaşayışı yalnız hüquqi və institusional çərçivələrlə məhdudlaşmır, eyni zamanda tarixi ənənələrə və formalaşmış ictimai münasibətlərə əsaslanır. Müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi, dini icmaların fəaliyyət göstərməsi və fərqli ənənələrin qorunması Azərbaycan cəmiyyətinin sosial-mədəni mənzərəsinin mühüm xüsusiyyətlərindəndir. Dövlət başçısı bu reallığı Azərbaycanın beynəlxalq müstəvidə təqdim etdiyi multikulturalizm modelinin əsas üstünlüklərindən biri kimi önə çəkir.
Bu modelin dayanıqlılığını təmin edən əsas amillərdən biri azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarını ümumi dövlətçilik mənafeyi, vətənə bağlılıq və ortaq gələcək düşüncəsi ətrafında birləşdirən milli kimlik anlayışıdır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkilən mühüm məsələlərdən biri də məhz milli kimliklə mədəni müxtəliflik arasında ziddiyyətin mövcud olmamasıdır. Əksinə, azərbaycançılıq ideyası müxtəlifliyin vahid cəmiyyət daxilində qorunmasına, insanlar arasında həmrəyliyin möhkəmlənməsinə və ümumi dövlətçilik məqsədlərinin müəyyənləşməsinə xidmət edir.
Azərbaycan xalqının birlik və həmrəylik ənənələri ölkəmizin müstəqillik tarixində baş verən mürəkkəb hadisələr fonunda da özünü göstərib. Ermənistanın hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalı, eləcə də 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı cəmiyyətin müxtəlif təbəqələrinin ortaq məqsəd ətrafında səfərbər olması milli birliyin əhəmiyyətini nümayiş etdirdi. “Dəmir yumruq” ifadəsi də həmin dövrdə dövlətin suverenliyi və ərazi bütövlüyü naminə nümayiş etdirilən iradənin, həmrəyliyin və qətiyyətin rəmzinə çevrildi. Bu məqam Prezidentin çıxışında milli həmrəyliyin yalnız daxili ictimai sabitlik deyil, həm də dövlətin müstəqilliyinin və təhlükəsizliyinin əsas dayaqlarından biri kimi qiymətləndirildiyini göstərir.
Azərbaycan modelinin fərqləndirici cəhətlərindən biri də mədəni müxtəlifliyin ümumi milli kimliyə zidd qarşıdurma kimi deyil, onu zənginləşdirən amil kimi qəbul edilməsidir. Ölkənin mədəni irsi müxtəlif xalqların tarixi təcrübəsinin, dini ənənələrin, regional xüsusiyyətlərin və qarşılıqlı mədəni təsirlərin nəticəsində formalaşıb. Bu zənginlik ümumi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir və cəmiyyətin mənəvi bütövlüyünə töhfə verir. Prezident İlham Əliyev bu yanaşma ilə Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsindəki təcrübəsinin yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də əhəmiyyət daşıdığını diqqətə çatdırır.
Dövlət başçısının çıxışında digər mühüm məqam mədəniyyətlərarası dialoqun qlobal təhlükəsizlik və sülh məsələləri ilə əlaqələndirilməsidir. Müasir dünyada dini və etnik zəmində qarşıdurmaların, islamofobiyanın, irqçiliyin, ksenofobiyanın və ayrı-seçkiliyin artması fonunda dialoq mexanizmlərinin gücləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Azərbaycan özünü müxtəlif sivilizasiyalar arasında əməkdaşlığı təşviq edən, qarşılıqlı anlaşmanı dəstəkləyən və beynəlxalq dialoq platformaları yaradan dövlət kimi təqdim edir.
Beləliklə, multikulturalizmin uğuru yalnız fərqli mədəniyyətlərin mövcudluğunun tanınması ilə ölçülə bilməz. Əsas məsələ həmin fərqliliklərin qarşılıqlı hörmət, bərabərhüquqluluq, ictimai etimad və ortaq məsuliyyət əsasında uzlaşdırılmasıdır. Prezident İlham Əliyevin Forumdakı çıxışında diqqət çəkdiyi əsas məqamlar göstərir ki, Azərbaycanın multikulturalizm modeli milli kimliyin qorunmasını, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsini və mədəni müxtəlifliyin yaşadılmasını vahid siyasi və ictimai konsepsiya çərçivəsində birləşdirir. Azərbaycanın təcrübəsi milli kimliyin qorunması ilə mədəni müxtəlifliyin yaşadılmasının bir-birini tamamlayan proseslər ola biləcəyini göstərir. Müasir dünyada mədəniyyətlərarası dialoqun davamlı sülhə, qarşılıqlı etimada və beynəlxalq əməkdaşlığa xidmət etməsi üçün bu prinsiplərin qorunması xüsusi əhəmiyyət kəsb edir.

Elnur Məmmədov
AMEA-nın Gəncə Bölməsinin əməkdaşı
YAP Gəncə şəhər 2 saylı ərazi
partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri