Icma.az
close
up
RU
Sülhün ilk bəhrəsi: Ermənistan Azərbaycandan keçən yoldan qazanır

Sülhün ilk bəhrəsi: Ermənistan Azərbaycandan keçən yoldan qazanır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanla sülh və əməkdaşlıq prosesi artıq Ermənistanda da praktik müstəvidə hiss olunmağa başlayıb. Ölkəmiz sayəsində Ermənistana bu mərhələdə taxıl idxalının daha qısa müddətdə və ucuz qiymətə çatdırılması bunun bariz nümunəsidir.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin oktyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirmişdi:

“Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Bu, sülhün artıq kağız üzərində deyil, praktik müstəvidə də reallaşdığının göstəricisidir”.

Artıq Azərbaycan təkcə Qazaxıstandan deyil, Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı tətbiq edilən məhdudiyyətləri də aradan qaldırıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Bakı Rusiya məhsullarının Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranzitini təsdiqləyib. Bu çərçivədə Rusiyadan 1048 ton 800 kiloqram buğda daşıyan 15 vaqon rəsmiləşdirilərək Ermənistana yola salınıb.

Azərbaycan üzərindən yüklərin daşınması Ermənistan üçün vaxt və maliyyə baxımından xeyli sərfəlidir. Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan da bunu təsdiqləyərək deyib:

“Ümid edirəm ki, bundan sonra Ermənistan buğdanı yalnız dəmir yolu ilə idxal edəcək. Qazaxıstan və Rusiyadan idxal iqtisadi baxımdan çox məqsədəuyğundur, çünki bu, buğdanın dəyərini əhəmiyyətli dərəcədə azaldır”.

Baş nazir Nikol Paşinyan da “Orbeli: sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı beynəlxalq forumda çıxışı zamanı vurğulayıb ki, Azərbaycan vasitəsilə tranzit Ermənistanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində yeni mərhələ açır və ümumən Avrasiya İqtisadi İttifaqı daxilində əlaqələrə müsbət təsir göstərir:

“Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə edilən razılaşmalar təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı ölkələri üçün yeni perspektivlər yaradır. Bu razılaşmalardan sonra əvvəllər mümkün olmayan bir çox şey reallığa çevrildi. Bu, həmin razılaşmaların verdiyi üstünlüklərin əyani nümunəsidir”.

Paşinyan əlavə edib ki, Ermənistan Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də iqtisadi əlaqələri dərinləşdirməyə çalışır, lakin bu yolda logistik çətinliklər qalmaqdadır. Onun fikrincə, Azərbaycanla razılaşmaların həyata keçirilməsi bu problemlərin həllinə kömək edir və iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə yol açır.

Beləliklə, Ermənistan artıq Azərbaycanla münasibətlərin normallaşmasının bəhrəsini görməyə başlayıb. Əgər sülh müqaviləsi imzalanar və Zəngəzur dəhlizi açılarsa, Ermənistan bu münasibətlərdən daha böyük dividendlər əldə edə bilər. Bunun üçün İrəvan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalı və Zəngəzur dəhlizinin açılışını sürətləndirməlidir.

Bu istiqamətdə irəliləyiş Azərbaycanın da maraqlarına uyğundur. Sülh sazişinin reallaşması halında Bakı Ermənistanın enerji və digər sahələrdə təhlükəsizliyini təmin edə, onu regional layihələrə cəlb edə bilər.

Ermənistan tərəfi indi etiraf edir ki, ölkənin uzunmüddətli iqtisadi və siyasi təcridi məhz onun işğalçılıq siyasətinin nəticəsi olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın torpaqlarını işğal etməklə İrəvan təkcə qonşu ölkəyə qarşı təcavüz etmədi, həm də özünü regionun iqtisadi layihələrindən kənarda qoydu.

Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru xətti və Bakı–Tbilisi–Qars dəmir yolu kimi strateji layihələr Ermənistanı yan keçdi. Bu isə ölkənin iqtisadi inkişafını ciddi şəkildə məhdudlaşdırdı, xarici investisiyaların cəlb olunmasını çətinləşdirdi və nəticədə Ermənistan illərlə asılı vəziyyətdə qaldı.

Ancaq Azərbaycanın 2020-ci ildə qazandığı Qələbə regionda yeni reallıq yaratdı. İndi sülh sazişinin imzalanması və kommunikasiya xətlərinin bərpası Ermənistan üçün tarixi fürsət hesab olunur.

Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirmək məqsədi daşımır. Bu dəhliz həm də Ermənistanın regional nəqliyyat sisteminə inteqrasiyası üçün unikal imkandır. Onun vasitəsilə Ermənistan Türkiyə və Azərbaycan üzərindən həm Avropa, həm də Asiya bazarlarına çıxış əldə edə bilər. Bu isə yeni investisiyalar, iş yerləri və tranzit gəlirlərinin artımı deməkdir.

Paşinyan da bunu anlayaraq bildirib ki, artıq İrəvan və Vaşinqton Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisi barədə danışıqlar aparır:

“Niyə məhz ABŞ? Çünki bu ölkə ‘Tramp marşrutu’ layihəsinin ayrılmaz hissəsidir”.

Rusiya səfiri Mixail Yevdokimov isə Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında qeyd edib:

“Yolun uzunluğu 44 kilometrdir. Tunellər dağılmayıb, təqribən iki ilə bərpa mümkündür. Yolun kim tərəfindən və necə bərpa ediləcəyi əsas məsələ deyil. Əsas olan onun tezliklə istifadəyə verilməsidir”.

Bütün bunlar göstərir ki, Ermənistanın təcriddən çıxışının ən real, praktik və davamlı yolu Azərbaycanla münasibətlərin tam bərpasından keçir. Bu münasibətlər inkişaf etdikcə, regionda iqtisadi inteqrasiya dərinləşəcək və Cənubi Qafqaz sabitlik və inkişaf məkanına çevriləcək.

Azərbaycanın strateji baxışı və təşəbbüskarlığı isə bu prosesin uğurla həyata keçirilməsində əsas hərəkətverici qüvvə olaraq qalır.

MTM Analitik Qrupu 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see239

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see234

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see228

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see199

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see172

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see167

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see164

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see150

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see147

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see142

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see140

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see140

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see138

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see137

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see135

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see134

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see132

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see127

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see126

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri