Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Saqqızı udsanız bədəninizə nə baş verir?

Xərçəng xəstələrinin sayı 67% artacaq

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Sülhün sondan əvvəlki nöqtəsi

Sülhün sondan əvvəlki nöqtəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq münasibətlər nəzəriyyəsində sülh adətən prosesin “son nöqtəsi” kimi təqdim olunur. Lakin real siyasətdə sülh çox vaxt sondan əvvəlki nöqtədir – müharibənin bitməsi ilə sabitliyin başlaması arasında yerləşən mürəkkəb, riskli və eyni zamanda transformativ mərhələ.

Fevralın 4-də Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimi mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər məhz bu mərhələnin siyasi-fəlsəfi mahiyyətini açıq şəkildə ortaya qoyur.

Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi fikirlər sülh anlayışına daha dərin siyasi-fəlsəfi məna yükləyir. Dövlət başçısının çıxışında sülh müharibənin mexaniki şəkildə bitməsi və ya tərəflər arasında sənəd imzalanması ilə əldə olunan vəziyyət kimi təqdim olunmur. Əksinə, sülh öyrənilən, formalaşdırılan və idarə olunan sosial-siyasi reallıq kimi xarakterizə edilir. “Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik” fikri post-münaqişə dövrünün ən həssas məqamına – cəmiyyətlərin və dövlət institutlarının müharibə psixologiyasından çıxışına – birbaşa işarə edir.

Dövlət başçısının etirafı, əslində, sülh prosesinin nə qədər mürəkkəb və çoxqatlı olduğunu açıq şəkildə göstərir. Müharibə şəraitində formalaşmış siyasi reflekslər, təhlükə qavrayışları və “düşmən” obrazı bir anda yox olmur. Sülh davranış modellərinin dəyişməsini, qarşı tərəfə yönəlik təhlükə əsaslı düşüncənin tədricən funksional əməkdaşlıq məntiqi ilə əvəzlənməsini tələb edən uzunmüddətli transformasiya prosesidir. Dövlətlər bu mərhələdə öz siyasi düşüncə sistemlərini də yenidən dizayn etməli olurlar.

Prezidentin çıxışında vurğulanan altı aylıq dövr məhz bu transformasiyanın praktik mərhələsini əks etdirir. Bu müddət ərzində atılan addımlar sülhün konkret qərarlar və risklər üzərindən qurulduğunu nümayiş etdirir. Nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması və enerji ixracı kimi addımlar tərəflərin bir-birini artıq potensial tərəfdaş kimi qəbul etməyə başladığının göstəricisidir. Məhz bu mərhələdə sülh prosesi ən həssas nöqtəsinə çatır. Etimad quruculuğu tədbirləri adlandırılan bu addımlar klassik diplomatik alətlərdən daha çox, siyasi iradənin davamlılığını test edən mexanizmlərdir. Əgər bu mərhələ uğurla keçilməzsə, sülh tez bir zamanda formal statusdan boş konsepsiyaya çevrilə bilər.

“Sondan əvvəlki nöqtə” anlayışı klassik münaqişə–sülh ikiliyindən fərqli olaraq, keçid xarakterli siyasi vəziyyəti ifadə edir. Bu mərhələdə müharibə faktiki olaraq bitmiş sayılır, lakin sülh hələ tam mənada sosial və siyasi norma halına gəlməyib. Məhz bu səbəbdən bu nöqtə həm ən ümidverici, həm də ən riskli mərhələdir. Çünki burada prosesin istiqaməti siyasi şüurun və davranışın istiqaməti ilə müəyyən olunur.

Müharibənin bitməsi avtomatik olaraq düşmən obrazının aradan qalxması demək deyil. Uzun illər ərzində formalaşmış kollektiv yaddaş, travmalar və qarşılıqlı itki narrativləri ictimai şüurda hələ də aktiv qalır. Çünki sülh müqavilələri siyasi elitalar arasında imzalansa da, düşmən obrazı cəmiyyətlər səviyyəsində yaşamağa davam edərsə, sülh dayanıqlı struktur qazana bilmir. “Sondan əvvəlki nöqtə” məhz bu paradoksu ehtiva edir: hərbi qarşıdurma yoxdur, lakin psixoloji müharibə tam bitməyib. Mərhələnin ikinci əsas xüsusiyyəti siyasi iradənin mövcudluğu ilə onun kövrəkliyi arasındakı ziddiyyətdir. Azərbaycan və Ermənistan liderlərinin çıxışlarında sülhə yönəlik açıq siyasi qərar və məsuliyyət hissi aydın görünür. Lakin post-münaqişə reallığında siyasi iradə hər addımda yenidən təsdiqlənməli və konkret qərarlarla möhkəmləndirilməlidir. Əks halda, daxili siyasi təzyiqlər, radikal ritorika və ya regional geosiyasi dəyişikliklər geri dönüş riskini daim gündəmdə saxlayır.

“Sondan əvvəlki nöqtə”nin üçüncü və həlledici komponenti beynəlxalq legitimlik faktorudur. “Zayed İnsan Qardaşlığı Mükafatı” bu baxımdan sülh prosesinə verilən beynəlxalq siyasi zəmanət kimi çıxış edir. Belə bir legitimasiya sülhün pozulmasını beynəlxalq reputasiya itkisi riskinə çevirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın bu mükafatla bağlı səsləndirdiyi fikir də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Onun mükafatı münaqişənin geridə qaldığının təsdiqi kimi təqdim etməsi ilk növbədə daxili auditoriyaya ünvanlanan strateji mesajdır. Uzun illər ərzində Ermənistanın daxili siyasi diskursu münaqişə üzərində qurulmuş təhlükəsizlik narrativinə söykənib. Müharibə daxili siyasi identikliyin əsas dayaqlarından biri olub. Belə bir şəraitdə sülhə yönəlmiş hər addım avtomatik olaraq “güzəşt”, “məğlubiyyət” və ya “təhlükəsizlik zəifliyi” kimi təqdim olunmaq riski daşıyır. Paşinyanın mükafatı beynəlxalq ictimaiyyətin dəstək aktı kimi çərçivələndirməsi bu riski neytrallaşdırmaq məqsədi daşıyır. O, sülhü, beynəlxalq səviyyədə təsdiqlənmiş və qəbul edilmiş siyasi xətt kimi göstərir. Ermənistan baş nazirinin yanaşması daxili auditoriya üçün beynəlxalq legitimliyə malik rasional seçim kimi təqdim olunur. Eyni zamanda bu açıqlama daxili siyasi opponetlərə yönəlmiş dolayı cavabdır. Münaqişənin “artıq geridə qaldığını” vurğulamaq, revanşist ritorikanın və keçmişə qayıdış çağırışlarının siyasi perspektivsizliyini göstərmək məqsədi daşıyır.

Əbu-Dabidə keçirilən mərasimin məkanı və ideoloji çərçivəsi sülh prosesinin mahiyyətinə dair mühüm siyasi mesaj daşıyır. Birləşmiş Ərəb Əmirlikləri son illərdə özünü humanitar diplomatiyanın qlobal platforması kimi təqdim edir. Dinlərarası dialoq və “insan qardaşlığı” konsepti üzərində qurulan bu mühitdə Azərbaycan–Ermənistan sülhünün gündəmə gətirilməsi düşünülmüş normativ strategiyadır.

Prezident İlham Əliyevin çıxışında Əl-Əzhərin böyük imamına və Roma Papasına xüsusi təşəkkür etməsi münaqişənin interpretasiya çərçivəsini dəyişir. Prezidentin bu jesti Cənubi Qafqazda baş vermiş uzunmüddətli qarşıdurmanın dini və ya sivilizasiya əsaslı qarşıdurma kimi təqdim olunmasının qarşısı alır. Eyni zamanda, bu vurğular Cənubi Qafqaz sülhünü qlobal etik diskursun tərkib hissəsinə çevirir. Sülh insan ləyaqəti, birgəyaşayış və qarşılıqlı hörmət kimi universal dəyərlərlə əsaslandırılan normativ model kimi təqdim olunur.

Humanitar diplomatiya burada klassik diplomatiyanı tamamlayan mexanizm rolunu oynayır. Əgər ənənəvi diplomatiya maraqların uzlaşdırılmasına fokuslanırsa, humanitar diplomatiya bu maraqların hansı dəyərlər çərçivəsində reallaşdırılacağını müəyyən edir. Məhz bu çərçivə daxilində Azərbaycan–Ermənistan sülhü beynəlxalq normaya çevrilən davranış modeli kimi təqdim edilir.

Əbu-Dabidə səsləndirilən çıxışların alt qatında açıq şəkildə görünən əsas xətt ondan ibarətdir ki, Azərbaycan–Ermənistan sülhü spontan proses və ya tarixi zərurətin nəticəsi deyil. Sülh şüurlu şəkildə seçilmiş siyasi kursun məhsuludur. Hər iki liderin ritorikasında sülh alternativlər içində ən rasional və strateji seçim kimi təqdim olunur.

Siyasi seçim xüsusilə daxili müqavimətlərin mövcud olduğu şəraitdə daha böyük əhəmiyyət kəsb edir. Uzunmüddətli münaqişələr cəmiyyətlərin şüurunda da möhkəm səngərlər yaradır. Belə bir kontekstdə sülhə yönəlik qərar vermək siyasi risk deməkdir. Liderlər bu riski üzərinə götürərək sülhü strateji məsuliyyətin predmeti kimi təqdim edirlər. Eyni zamanda, bu iradə xarici dəstək və legitimasiya ilə möhkəmləndirilir. Beynəlxalq ictimaiyyətin açıq dəstəyi sülh prosesini ikitərəfli razılaşma çərçivəsindən çıxararaq daha geniş siyasi arxitekturanın bir hissəsinə çevirir.

Prezident İlham Əliyevin “bizim nümunəmiz yol xəritəsi ola bilər” fikri uzunmüddətli münaqişələrin struktur transformasiyasının mümkün və zəruri olduğunu iddia edən qlobal yanaşmadır. Burada sülh siyasi münasibətlərin, iqtisadi qarşılıqlı asılılığın və təhlükəsizlik anlayışının yenidən qurulması kimi təqdim olunur.

Əbu-Dabi çıxışları göstərir ki, Azərbaycan–Ermənistan münasibətləri artıq müharibənin bitib-bitməməsi sualı ilə ölçülmür. Əsas meyar sülhün necə idarə olunduğu və qorunduğudur. Bu mərhələ kompromisin strateji düşüncənin nəticəsi olduğunu, əməkdaşlığın isə alternativ təhlükəsizlik mexanizmi kimi işləyə biləcəyini ortaya qoyur. Ən əsası isə aydın olur ki, sülhü əldə etməkdən daha çətin olan onu davamlı hala gətirməkdir.

Son olaraq qeyd edək ki, silahlar susub, lakin tarix hələ tam səssizləşməyib. Keçmişin yükü, kollektiv yaddaş və qarşılıqlı etimadsızlıq hələ də prosesin üzərində kölgə kimi qalır. Bundan sonrakı mərhələ yalnız güclü və ardıcıl siyasi iradə, institusional davamlılıq və cəmiyyətlərin sülh şəraitinə adaptasiya qabiliyyəti ilə mümkündür. Əgər bu şərtlər təmin olunarsa, sülh yeni regional nizamın başlanğıc nöqtəsinə çevrilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:425
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see619

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see421

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see283

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see272

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see267

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see265

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see249

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see240

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see237

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see230

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see230

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see228

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see217

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see215

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see211

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see193

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see190

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see188

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see179

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri