Icma.az
close
up
RU
Sülhün sərhədi olmur!

Sülhün sərhədi olmur!

Icma.az bildirir, Ayna portalına istinadən.

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına daha 30 il lazım ola bilər, sülh müqaviləsi üçün bunu gözləməliyik?

Əvvəllər dilə çətin yatan bu iki ifadə indi dillərdən düşmür: delimitasiya, demarkasiya. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında münaqişənin köklü həllinə doğru atılacaq ən mühüm addımlardan, sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən biri, hətta birincisi kimi qiymətləndirilir. Ancaq bunu deyərkən siyasətçilər, yazarkən media həmin prosesin nə qədər uzun və mürəkkəb olacağını təsəvvürünə gətirirmi? Fərqinə varırmı ki, məsələn, Gürcüstanla 30 ildir  aramızdakı sərhədləri xəritə üzərində dəqiq müəyyənləşdirməyə (delimitasiya) və yerində işarələməyə (demarkasiya) çalışırıq, bununla belə, işin üçdə biri hələ qabaqdadır. Baxmayaraq ki, bizim ölkələrimizin hər hansı torpaq mübahisəsində ortaq məxrəc tapması Ermənistanla Azərbaycanın razılığa gəlməsindən müqayisəolunmaz dərəcədə asandır. 

Delimitasiya prosesini sürətləndirmək üçün Avropa İttifaqı metodoloji yardım göstərəcəyini, Rusiya isə bölgünü düz aparmaq üçün lazım olan irimiqyaslı hərbi xəritələr verə biləcəyini söyləyir. Allah razı olsun, amma bu da bir çox sərhəd mübahisələrinin qısa müddətdə aradan qaldırılacağına zəmanət vermir. Əgər təkmil metodologiya problemin həllidirsə, nədən Avropa İttifaqı Fransa ilə İtaliyanın Monblan zirvəsində balaca bir mağara üstündə illərlə davam edən sərhəd mübahisəsini bitirmir? Yaxud Xorvatiya ilə Sloveniya, Yunanıstanla Türkiyə arasında nəinki torpaq, qayalıqlar üstündə çəkişmələrə son qoymur? Bəs o dəqiq hərbi xəritələr Arktikada, Kuril adalarında sərhədlərin delimitasiyası məsələsində Rusiyanın öz karına niyə gəlmir?

Çünki əsas çətinlik metodologiya və xəritələrdə deyil, sərhəd dirəklərinin yerini müəyyənləşdirərkən ədalət, təhlükəsizlik, rasionallıq və ən yaxın keçmişimizin səhvlərini aradan qaldırmaq baxımından iki ölkənin öz arasında razılığa gəlməsindədir. İş başlayan kimi bunun üçün incəliklərinə qədər araşdırılmalı onlarla məsələ ilə qarşılaşacağıq. 

Azərbaycanla Ermənistan müstəqil dövlətlər kimi dünya xəritəsinə düşən gündən bu iki ölkənin münasibətlərindəki  ziddiyyətlər kompleksi onlar arasında sərhədlərin, belə demək mümkünsə, sürüşkənliyinə səbəb olub. Əvvəlcə AXC hakimiyyəti dövründə, sonra Sovet imperiyasının tərkibində olduğu ilk onilliklərdə Azərbaycan müxtəlif təzyiqlər altında Qazaxdan tutmuş Naxçıvana qədər bir sıra ərazilərdən Ermənistanın xeyrinə imtina edib. Qonşuların iddiaları bununla bitməyib. 1940-cı, 50-ci, 60-cı illərdə qısa fasilələrlə yenidən qaldırılıb. 

1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk günlərdən ermənilərin ərazi iddiaları ilə üzləşdiyini deyən Heydər Əliyev o dövrdə yaranmış vəziyyəti belə xatırlayırdı:

“Azərbaycanla sərhəd rayonlarında bəzi torpaqları Ermənistan özünə birləşdirmək istəyirdi. Onlar 28-ci, ya 29-cu ilin köhnə xəritələrini ortaya çıxarırdılar. Danışıqlar iki-üç il davam etdi. Bu danışıqları Vəli Axundovla Məmməd İskəndərov, Ənvər Əlixanov və ikinci katib Yelistratov aparırdılar. Təəssüf ki, danışıqların nəticəsində 1969-cu ilin mayında Azərbaycan Ali Soveti həmin sərhəd ərazilərinin həqiqətən Ermənistana məxsusluğu və ona verilməli olduğu barədə qərar çıxardı. Mən bilirəm, o vaxt belə ədalətsiz qərar necə qəbul olunmuşdu… Amma demək istəyirəm ki, Vəli Axundov, əlbəttə, həmin torpaqların verilməsini istəmirdi. Lakin yuxarıdan, yəni, Moskvadan təzyiq, sağdan-soldan sıxışdırmalar belə qərarın qəbul edilməsinə səbəb oldu. İyulda Azərbaycana rəhbər təyin ediləndən sonra bir ay ərzində məsələləri öyrəndim və nəticədə belə qərarı yerinə yetirməkdən imtina etdim. Onlar məsələni öz xeyirlərinə həll etməyə yenə də çox çalışdılar, mən imkan vermədim… Onlar bunu açıq demirdilər, ancaq rəhbər işçilər vasitəsi ilə mənə çatdırırdılar ki, Azərbaycanla Ermənistanın xəritələrini dəqiqləşdirmək lazımdıq, çünki 20-ci illərdə müəyyən səhvlərə yol verilib. Mən hamıya cavab verirdim ki, bizim sərhədlərimiz bəllidir, müəyyənləşibdir və nəyisə dəyişməyə ehtiyac yoxdur”.

Amma bu da ermənilərin ərazi iddialarına son qoyulması demək deyildi. Sərhəd münaqişələri 1970-ci, 80-ci illərdə də baş qaldırırdı və heç də həmişə onlardan itkisiz ötüşmək alınmırdı.

Qarabağ müharibəsinə qədər sonuncu belə hallardan biri 1983-cü ildə baş verdi. Bu, Qazax rayonunun Kəmərli kəndinin 1675 hektar meşə örtüklü torpaq sahəsi ilə bağlı idi.

Ermənistan SSR Noyemberyan rayonunun (indi Tavuş vilayəti) Doveq kəndi ilə həmsərhəd Kəmərli kəndinin əhalisi torpaqların onlardan alınıb qonşulara verilməsinə kütləvi etiraz bildirdi. Moskvanın göstərişi ilə 1984-cü il oktyabrın 24-də Kəmərliyə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Rasizadə, Qazax rayon Partiya Komitəsinin birinci katibi Süleymanov, Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini Movsesyan, Noyemberyan rayon Partiya Komitəsinin katibi Mamyan və daha dörd nəfərdən ibarət komissiya göndərildi. Qəzəblənmiş əhali Bataqlı bulaq deyilən yerdə komissiya üzvlərinin maşınlarını aşırdı, özlərini zorla kəndə gətirdi. Burada onlara torpağın Kəmərliyə məxsus olması və heç kəsə verilməyəcəyi barədə akt tərtib etdirib imzalatdılar. Yalnız bundan sonra buraxdılar.

Bu hadisə SSRİ-də nadir hal idi. Etirazları söndürmək, vəziyyəti normallaşdırmaq, günahkarları məsuliyyətə cəlb etmək üçün Qazax rayonuna Moskva və Bakıdan yüksək partiya nümayəndələri, DİN və DTK-nın rəhbər işçiləri göndərildi. SSRİ prokurorluğu baş istintaq idarəsinin prokuroru Astaşinin rəhbərlik etdiyi və hər iki respublika prokurorluğunun əməkdaşlarının daxil olduğu istintaq qrupu təşkil edildi. Partiya və hüquq-mühafizə orqanlarının hazırladıqları arayışlar məsələnin mahiyyətini əks etdirmirdi, münaqişənin əsl səbəbini kölgədə qoyurdu. 

Azərbaycan KP MK Bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” məsələ müzakirə edildi və Moskvanın göstərişləri əsasında Ermənistanın ərazi iddiası təmin olundu, Kəmərlinin bəzi sakinləri cəzalandırılmaqla problemə nöqtə qoyuldu.

Nəhayət, 1980-ci illərin sonunda torpaq mübahisələri ortaq tariximizdə ən qanlı müharibəyə çevrildi. Onun yekununda isə təzə bir iddia yarandı. İndi daha Azərbaycan Ermənistandan özünün yeddi rayonunu tələb etmir, Ermənistan şikayət edir ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Azərbaycan bu ölkənin 50 kv.km-lik ərazisini əlindən alıb, ona görə sərhədlərini geri çəkməlidir. Üst-üstə gələndə çoxlu sayda belə mübahisələr, qarşılıqlı iddialar toplanıb. Delimitasiya mərhələsində onların hər biri masaya gələcək, çözülməsi üçün vaxt və müzakirələr lazım olacaq. Bəzi hallarda nə avropalıların metodologiyası, nə də rusların xəritələri kara gələcək, başqa faktorlar həlledici rol oynayacaq.  

Əlbəttə, delimitasiya və demarkasiya qonşu ölkələr arasında münasibətlərin dayanıqlılığı baxımından mütləq həyata keçirilməli olan proseslərdir. Ancaq sülh yaradılması, ərazi bütövlüyünün qarşılıqlı tanınması və diplomatik əlaqələrin qurulması üçün onların başa çatdırılmasını gözləmək lazım deyil. Belə bir şərtin müəyyənləşdirilməsi sülh müqaviləsinin imzalanmasını onilliklərlə sonraya atmaq deməkdir. Məntiqlə əksinədir: delimitasiya və demarkasiyanı yalnız sülh şəraitində uğurla həyata keçirmək mümkündür.

Sülhün sərhədi olmur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri