Icma.az
close
up
RU
Sülhün iki şərti

Sülhün iki şərti

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistan rəhbərliyinin populizmi kontekstində

Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov ermənistanlı həmkarı, hakim “Vətəndaş sazişi” partiyasının təmsilçisi Sarkis Xandanyanı “populist” adlandırmaqda lap düz edib. Sarkis, sözün əsl mənasında, populistdir. Amma, bu, təkcə ona xas olan keyfiyyət deyil. Bütövlükdə, Ermənistan iqtidarı populistlərdən ibarətdir.

Xatırladaq ki, S.Xandanyan bir müddət əvvəl S.Seyidova sülh müqaviləsinin mətni ilə bağlı parlamentlərarası müzakirələr aparmağı təklif etdiyini demişdi. Cənab Seyidovun cavabını diqqətə çatdırdıq. Bir məsələ də var ki, özünün “populist” adlandırıldığını iddia edən Xandanyandır. Yəni, bilmək olmaz, azərbaycanlı deputat belə bir ifadəni işlədib, yoxsa yox. İkincinin məsələyə reaksiyası yoxdur. Əslində, reaksiya heç lazım da deyil. Həm də ona görə lazım deyil ki, S.Xandanyan “populist”in təhqir olmadığı qənaətindədir. Əlbəttə, Sarkis belə düşünə bilər.

Hələlik onu deyək ki, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri olan bu şəxsin Prezident İlham Əliyev tərəfindən yenidən səslənmiş sülh müqaviləsi şərtlərinə münasibətindəki ayrı-ayrı tezislər cənab Seyidovun Xandanyan barədə çox yumşaq fikir bildirdiyini söyləməyə əsas verir. Yəni, Sarkis, əslində, təkcə populist yox, eyni zamanda, həyasızın yekəsidir. Problem ondadır ki, Ermənistanda iqtidar komandası, əslində, həyasızlar yığnağıdır.

Əlqərəz, ölkəsinin sülh prosesinin inkişafı üçün konstruktiv addımlar atdığını deyən S.Xandanyan bildirib ki, İrəvan Bakının həm konstitusiyanın dəyişdirilməsi, həm də ATƏT-in Minsk qrupunun buraxılması tələbinə dəfələrlə cavab verib. Onun sözlərinə görə, Ermənistanın əsas qanununda Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. İkinci məsələyə gəlincə, erməni komissiya sədri Minsk qrupunun ləğvinin paralel olaraq və ya sülh müqaviləsi imzalandıqdan sonra həyata keçiriləcəyini açıqlayıb: “Bunun üçün (Minsk qrupunun buraxılması – red.) institusional səviyyədə sülhün bərqərar olması, yəni sülh müqaviləsinin imzalanması lazımdır. Yalnız, bu, münaqişənin aradan qaldırılmasına yönəlmiş mexanizmlərdən imtina etməyə imkan verəcək. Prosesin necə bitəcəyini zaman göstərəcək”.

Əslində, Xandanyanın söylədikləri, böyük ölçüdə, yenilik deyil. İndiyədək də rəsmi İrəvan eyni mövqeyi açıqlayıb. Baş nazir Nikol Paşinyan dəfələrlə bu barədə söz açıb. Ancaq erməni parlamentarinin dilə gətirdiklərində bir vacib nüans var. O, “münaqişənin aradan qaldırılmasına yönəlmiş mexanizmlərdən imtina” məntiqini qabardıb. Bu məntiq ATƏT-in Minsk qrupunun mövcudluğunun Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının qalması olduğunun təsdiqidir. Hesab edirik ki, məsələyə belə yanaşma həm ziddiyyətli və səmimiyyətdən uzaqdır, həm də təhlükəlidir. Ziddiyyətlidir ona görə ki, Ermənistan rəsmiləri, o cümlədən Paşinyan dəfələrlə Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suvereliyini tanıdığını bəyan edib. Deməli, bu fikirlər səmimiyyətdən uzaq imiş.

İrəvanın Xandanyanın dili ilə ifadə olunmuş mövqeyi təhlükəlidir o səbəbdən ki, ölkəmizə qarşı ərazi iddiasının Ermənistanın üçün hansı acınacaqlı aqibəti yaşatdığını bütün dünya gördü. Azərbaycan isə həmin Azərbaycandır. Hətta indi 44 günlük müharibədə olduğundan daha güclüdür. Bəlkə, Xandanyana və təmsil etdiyi iqtidar komandasına yeni müharibə lazımdır?

***

Bütün bəndlərinin razılaşdırılması başa çatdırılmış sülh müqaviləsi mətinin imzalanması üçün Azərbaycanın Ermənstana qarşı irəli sürdüyü iki şərt bir-birini tamamlayır. Yəni, iki şərtin bir başlıca məramı var. Söhbət ərazi iddiasının, yəni, işğalçılıq təmayülünün tamamilə sıradan çıxmasından və belə halların təkrarlanmaması üçün tutarlı təminatdan gedir. Buna görə də Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib – BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir?”.

Göründüyü kimi, Prezident İlham Əliyev ölkəmizin ATƏT-in Minsk qrupunun rəsmən ləğvi məsələsini nə üçün sülh müqaviləsinin imzalanması şərti kimi irəli sürdüyünə yetərincə geniş və təfsilatlı aydınlıq gətirib. Əslində, dövlətimizin başçısının digər fikirləri də bu baxımdan vacibdir. Məsələn, Azərbaycan Prezidenti Ermənistanın hazırkı rəhbərliyinin vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə danışıqlar prosesinin pozduğunu, müharibəyə səbəb olduğunu açıqlayıb. S.Xandanyanın diqqətə çatdırdığımız “münaqişənin aradan qaldırılmasına yönəlmiş mexanizmlərdən imtina” fikri isə o deməkdir ki, hazırkı durumda rəsmi İrəvan sülh müqaviləsini Qarabağ münaqişəsindən kənar tutur.

Bəli, nəzərə alsaq ki, Ermənistan rəhbərliyinin 2020-ci ilin 44 günlük müharibədən əvvəl həm “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, həm də Azərbaycanın Qarabağdakı keçmiş separatçı rejimlə danışıqlar aparmasına dair sərsəmləməsi olmuşdu. O zaman kim təminat verə bilərdi ki, rəsmi İrəvan barış sazişi imzalandıqdan sonra Bakının ATƏT-in Minsk qrupunun ləğvinə dair şərtini yerinə yetirəcək? Aydındır ki, belə bir təminat yoxdur. Üstəlik, N.Paşinyanın 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən öncə “Qarabağın özünün seçkili hakimiyyəti var”, – deməsi də yaddan çıxmayıb. Hələ rəsmi İrəvanın “Qarabağ ermənilərinə beynəlxalq təminat” oyunu da olub. Ümumən, erməni iqtidarının oyunları saysız-hesabsızdır.

Deməli, sülh müqaviləsi Qarabağ münaqişəsinin unudulması, konfliktin ayrı prizmada qiymətləndirilməsinə şərait yaradacaq ehtimalların saxlanılması ilə ərsəyə gələ bilməz. Ən azından ona görə ki, hazırda olmayan barış mühitinin, baş vermis iki müharibənin səbəbkarı elə həmin münaqişə, daha böyük ölçüdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır. Bu iddianın aradan qalxdığını paşinyanların, xandanyanların və digər yanların sözlü bəyanatları sübuta yetirə bilməz. Ölkəmizə gerçək təminat lazımdır. Təminatın ilk kazusunu isə Bakının və İrəvanın ATƏT-in Minsk qrupunun rəsmən ləğvi üçün müştərək müraciət ünvanlaması təşkil edir.

***

Ermənistan konstitusiyasının dəyişdirilməsi də təminatdır. Prezident İlham Əliyev Almaniya lideri ilə birgə jurnalistlərin suallarını cavablandırarkən, bu məsələnin də üzərində ətraflı dayanıb: “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir”.

Bəli, Prezident İlham Əliyev həm də otuz ilə yaxın davam etmiş işğal səbəbindən bildirir ki, “bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”. Habelə, ortada olduqca sadə məntiq var. Nəzərə alınmalıdır ki, biz yox, Ermənistan bizə qarşı təcavüzkar siyasət yürüdüb. 1988-ci ildə “Miatsum” bağıran xalqımız deyil, erməni millətçiləri olublar. Danışıqlar adı ilə Azərbaycan torpaqlarının işğalının düşüncələrdə möhkəmlənməsinə çalışan, bunun üçün vaxt uzadıb Azərbaycanda nəsillərin dəyişilməsinə, Qarabağın gənclərimiz tərəfindən unudulacağına siyasi sərmayə yatıran da rəsmi İrəvan və havadarları idi. Belə olan halda, Bakı, əlbəttə ki, sülh müqaviləsini təminat altına almaqda tam haqlıdır.

Digər tərəfdən, Ermənistan silahlı qüvvələri ötən ayın ikinci ongünlüyündən başlayaraq şərti sərhəddə atəşkəsi pozmağa başlayıblar. Hesab edirik ki, Prezident İlham Əliyev İrəvanın sürətlə silahlanmasını, öldürücü silahlar əldə etməsini, Fransanın Ermənistanı yeni təxribatlara çəkməsini, eyni zamanda, bu səbəbdən vurğulayıb. Qarşı tərəfin həyasızlığında isə güllə səslərinə görə Azərbaycanı günahlandırmaq motivi yer alır. Fikirlərini diqqətə çatdırdığımız S.Xandanyan da, guya, Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi intensiv şəkildə pozmağa başladığına dair sualı cavablandırıb. “Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsində müsbət beynəlxalq ab-hava formalaşıb və ola bilsin ki, bu ab-havanı bir az korlamaq, problemlərin hələ də qaldığı təəssüratı yaratmaq məqsədi var”.

***

Sonda bir daha populzmə, daha doğrusu, Xandanyanın özünə ünvanlanmış “pupulist”in o qədər də pis söz olmadığını bildirməsinə qayıdaraq, bir məqamı vurğulayaq ki, İrəvan və havadarları hər zaman Azərbaycanla sülh müqaviləsinin yarımçıq şəkildə ərsəyə gəlməsinə çalışıblar. İstər baş nazir N.Paşinyanın, istərsə də digər erməni rəsmilərinin barış sazişi mətninin əvvəl 13, sonra 15 bəndinin razılaşdırıldıqdan sonra sənədi imzalamağa çağırış yüklü açıqlamaları, beynəlxalq ictimai rəyi çaşdırmağa, Ermənistanı “sülh göyərçini” kimi göstərməyə, müvafiq olaraq Azərbaycanı qeyri-konstruktiv tərəf qismində təqdim etməyə yönələn çoxsaylı açıqlamalarının mövcudluğu faktdır. Hazırda Xandanyanın dediklərinin qayəsini də təşkil edən məhz budur. Deməli, erməni komissiya sədri barədə işlədilmiş “populist” ona görə yerinə düşür ki, indiki durumda bu söz özündə bütövlükdə Ermənistan rəhbərliyinin spekulyativ və manipulyativ yanaşma tərzini ehtiva edir. Belə bir tərzin sülhdən uzaq zərərli mahiyyət daşıdığını anlamamaq isə fəlakətdir.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see332

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see143

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see134

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see128

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see127

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see122

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see122

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see116

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see115

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri