Icma.az
close
up
RU
Sülhün “ticarət yolu”

Sülhün “ticarət yolu”

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu, Azərbaycan–Ermənistan münasibətlərində gözlənilən yeni mərhələdir

“2026–2031-ci illər üçün Ermənistan hökumətinin proqramı” adlı sənəd layihəsində Azərbaycanla münasibətlərin normallaşdırılmasına və sülhün möhkəmləndirilməsinə xüsusi yer verilib. Sənəddə qeyd olunub ki, qarşıdakı 5 il ərzində İrəvan iki ölkə arasında iqtisadi əlaqələri və ikitərəfli ticarəti fəallaşdırmağı planlaşdırır.

Bununla yanaşı, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri, eləcə də biznes dairələri arasında əlaqələrin genişləndirilməsi də nəzərdə tutulub. Ermənistan hökuməti, həmçinin iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiya olunması istiqamətində işi davam etdirmək niyyətindədir. Proqram layihəsində Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin də davam etdiriləcəyi bildirilib.

Bu yanaşma Ermənistan–Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Uzun illər iki ölkə arasında əsas gündəm təhlükəsizlik, münaqişə və sərhəd məsələləri olub. İndi isə gündəmi iqtisadi əməkdaşlıq, nəqliyyat, telekommunikasiya və ticarət tutur. Yəni söhbət artıq yalnız siyasi razılaşmadan getmir. Məqsəd əldə olunan sülhü iqtisadi əlaqələrlə möhkəmləndirməkdir. Bu prosesin əsas siyasi dayaqlarından biri 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunan razılaşmadır. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişinin mətnini paraflayıblar. Ermənistan hökumətinin proqramında isə sazişin imzalanması və ratifikasiya olunması istiqamətində işlərin davam etdiriləcəyi xüsusi qeyd edilib. Bu da onu göstərir ki, İrəvan əldə olunan siyasi razılaşmanı dövlət siyasətinin bir hissəsinə çevirmək niyyətindədir.

Göründüyü kimi, sülh prosesində sərhəd məsələsi də mühüm yer tutur. 2026-cı ilin iyulunda iki ölkənin sərhədin təxminən 13 kilometrlik hissəsinin delimitasiyasını başa çatdırdığı bildirilib. Prosesin şimaldan cənuba doğru davam etdirilməsi planlaşdırılır. Eksklav kəndlərlə bağlı məsələlərin də bu çərçivədə həll olunması gözlənilir. Sərhədin müəyyənləşdirilməsi ilə iqtisadi əlaqələrin qurulması bir-birindən ayrı proseslər deyil. Əksinə, bunlar eyni normallaşma prosesinin tərkib hissələridir. Sərhəddə sabitlik və qarşılıqlı etimad artdıqca, nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi də asanlaşır. Artıq bunun ilk nümunələri də görünür. Konkret ticarət əməliyyatları da başlayıb. Vaşinqtonda əldə olunan razılaşmadan sonra Azərbaycan Ermənistana bu ilin 6 ayında 17,37 milyon dollardan çox dəyərində yanacaq məhsulları ixrac edib. Bundan başqa, Azərbaycan ərazisindən Ermənistana gedən yüklərə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığı bildirilir. Bu, kifayət qədər ciddi dəyişiklikdir. Çünki uzun illər bir-birinin bazarlarından uzaq olan iki ölkə arasında artıq real məhsul mübadiləsi başlayıb. Deməli, sülh prosesi təkcə siyasi görüşlər və bəyanatlardan ibarət deyil, iqtisadi sahədə də özünü göstərməyə başlayıb. İlkin hesablamalara görə, Azərbaycan və Ermənistan arasında 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatları aparmaq mümkündür. Bu imkanlar reallaşarsa, iki ölkə arasında illik ticarət dövriyyəsi, təxminən, 300 milyon dollara çata bilər. Söhbət ərzaq və kənd təsərrüfatı məhsullarından, müxtəlif sənaye mallarından və bəzi xammal məhsullarından gedir.

Düzdür, Ermənistan əhalisini və iqtisadiyyatının miqyasını nəzərə alsaq, bu ölkə Azərbaycan üçün böyük satış bazarı deyil. Lakin burada əsas məsələ bazarın ölçüsündən çox coğrafi yaxınlıq və logistika xərclərinin aşağı olmasıdır. Azərbaycan şirkətləri üçün yaxın bazara məhsul ixrac etmək uzaq bazarlara çıxışla müqayisədə daha az nəqliyyat xərci və daha qısa çatdırılma müddəti deməkdir. Buna görə Ermənistan bazarı Azərbaycan biznesi üçün əhəmiyyətlidir. Tərəflər arasında ticarət və biznes əlaqələrinin genişlənməsi isə qarşılıqlı maraqları artırır. Bu isə sülhün möhkəmlənməsi və uzunmüddətli əməkdaşlıq üçün əlavə zəmin yaradır.

Bu baxımdan 2026-cı ilin iyununda Ermənistanın Telecom Armenia şirkəti ilə Azərbaycanın AzerTelecom şirkətinin internet trafikinin iki ölkənin əraziləri üzərindən qarşılıqlı tranziti haqqında saziş imzalaması diqqət çəkir. Telekommunikasiya sahəsində belə bir mexanizmin yaradılması münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını göstərir, əlaqələrin qurulması üçün praktiki zəmin yaradır. Bu proses gələcəkdə nəqliyyat, enerji, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq üçün də yeni imkanlar açır.

* * *

Ermənistanın 2026–2031-ci illər üçün hazırladığı proqramda Azərbaycanla münasibətlər daha geniş regional siyasətin bir hissəsi kimi də nəzərdə tutulub. Sənəddə İrəvanın Azərbaycan, Türkiyə, Gürcüstan və İranla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilir. Türkiyə istiqamətində diplomatik münasibətlərin qurulması, sərhədin açılması və ən azı iki müasir sərhəd-keçid məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır. Bu yanaşma Ermənistanın uzunmüddətli regional siyasətində mühüm dəyişiklik yaradır. Ölkə uzun müddət kənarda qaldığı regional iqtisadi və nəqliyyat əlaqələrinə yenidən qoşulmağa çalışır. Bunun üçün qonşu ölkələrlə iqtisadi-siyasi əlaqələrinin genişləndirilməsinə maraq göstərir.

Ekspert Mahir Zeynalovun fikrincə, Ermənistan hökumətinin 2026–2031-ci illər üçün hazırladığı proqramda Azərbaycanla əlaqələrin genişləndirilməsinə xüsusi yer verilməsi iki ölkə arasında münasibətlərdə yeni mərhələnin formalaşdığını göstərir. M.Zeynalov hesab edir ki, iqtisadi əlaqələrin qurulması siyasi razılaşmaların davamlılığını da artırır. Onun sözlərinə görə, biznes əlaqələri və qarşılıqlı ticarət genişləndikcə tərəflərin iqtisadi-siyasi maraqları da bir-birinə daha çox bağlanacaq: “Ermənistan hökumətinin yeni proqramında sülh sazişinin imzalanması və ratifikasiya olunması istiqamətində işlərin davam etdiriləcəyinin xüsusi qeyd edilməsi də diqqət çəkir. Bu, İrəvanın əldə olunan siyasi razılaşmanı yalnız cari proses kimi deyil, uzunmüddətli dövlət siyasətinin bir hissəsi kimi gördüyünü göstərir”.

Ekspert hesab edir ki, bundan sonrakı mərhələdə əsas məsələ siyasi razılaşmaların praktiki nəticələrə çevrilməsidir. Sərhədin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası, ticarətin genişlənməsi və telekommunikasiya sahəsində əməkdaşlıq sülh prosesinin real məzmununu formalaşdıracaq: “Əgər bu istiqamətlər üzrə konkret layihələr həyata keçirilərsə, Azərbaycan və Ermənistan arasında münasibətlər tədricən qarşıdurma modelindən qarşılıqlı iqtisadi maraqlara əsaslanan əməkdaşlıq modelinə keçə bilər. Bu isə sülhün daha dayanıqlı olması üçün mühüm amildir”.

Beləliklə, Ermənistan hökumətinin yeni proqramında Azərbaycanla münasibətlərə yanaşma yalnız siyasi normallaşma ilə məhdudlaşmır. Sərhədin müəyyənləşdirilməsi, ticarətin genişləndirilməsi, biznes əlaqələrinin qurulması və telekommunikasiya sahəsində əməkdaşlıq sülh prosesinin iqtisadi-siyasi dayaqlarını formalaşdırır. Qarşıdakı illərdə əsas məsələ bu siyasi iradənin nə qədər sürətlə real iqtisadi layihələrə və davamlı əməkdaşlığa çevriləcəyidir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 01:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see385

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see357

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see345

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see268

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see263

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see259

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see249

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see200

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see185

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see181

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see180

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see176

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see170

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see167

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see159

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see158

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see149

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see149

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see148

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri