Icma.az
close
up
RU
Sultanların sevimli çiçəyi FOTO

Sultanların sevimli çiçəyi FOTO

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Belə bir çiçək vardır, adına zanbaq deyilir. Əzəli Vətəni bizim qonşu ölkə İran olub. Qaldı ki, qardaş Türkiyədə çox-çox qədim zamanlarda becərilib, indinin özündə isə lala kimi məşhurdur. Osmanlıda ləçəklərin zərifliyi, incəliyi ilə Sultanları özünə heyran qoyan zanbaq həmişə sarayların, malikanələrin bağçasını bəzəyib. Eyni zamanda hər bahar gələni çiçəklə bağlı möhtəşəm baram tədbirləri təşkil olunub. Osmanlı imperiyasının bir dövrü məhz onun adı ilə “Lalə dövrü” olaraq tarixin ən dərin qatlarında özünə yer edib.

Deyilənlərə görə, on altıncı əsrin ortalarında Avstriya imperatorunun elçisi Türkiyəyə gəlib. O, burada ölkənin gül bağçalarını gəzəndə tanımadığı bir çiçək onun qəlbinə daha çox yatıb. 1554-cü ildə çoxlu miqdarda toxum Vyanaya aparıb. Burada onu yetişdirəndən sonra zanbağın sorağı bütün Avropaya yayılıb. Eləcə çox keçmədən Avstriyada, Fransada, İngiltərədə, Almaniyada, Amerikada göz oxşayıb, ətrafına gözəllik saçmaqla başqa çiçəklərə meydan oxuyub.

Çiçək özünün ən böyük şöhrət tacını Niderlanda başına qoyub. Belə ki, 1634-cü ildə buraya ayaq açdığı gündən şəhər küçələrin, meydanların, evlərin ən gözəl çiçəyi olmaqla könül oxşayıb. Daha sonra hollandlar zanbağın sorağına düşüblər. Və qısa müddətə istəklərinə çatıb, çıçəyi dünyanın müxtəlif ölkələrdən gətirib, öz bağlarında əkiblər. Həm də onun müxtəlif növlərini yetişdiriblər.

İndinin özündə dünyada zanbağın 2500 növü məlumdur. Həmçinin neçə-neçə əsr bunda əvvəl əfsanə, nağıl, miflərdə xatırlanan zanbaqlar Yunanistanda ümid, Rusiyada sülh və təmizlik, Fransada mərhəmət, Almaniyada isə sədaqət simvolu sayılır.

Zanbaq çiçəyin xalq təbabətdə bəzi xəstəliklərin müalicəsində “həkimliyi” var. Yağının yanıq yerlərin sağalmasında əhəmiyyəti böyükdür. Qulaq ağrılarını kəsmək üçün istifadəsi olduqca səmərəlidir. Zanbaq gülündən çəkilmiş nektar zeytun yağında bir qədər saxlananda yara, eləcə də yanıqlara çəkilən zaman yaxşı effekt verir. İkinci tərəfdən ətriyyatda ən çox işlədilən çiçəkdir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri