Icma.az
close
up
RU
Sumağın bilmədiyimiz faydaları

Sumağın bilmədiyimiz faydaları

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətbəxlərin vazkeçilməz ədviyyatlarından biri olan sumaq özünəməxsus dadı ilə tanınır. Bu ədviyyatın insan sağlamlığına bir çox faydası var. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sumaq bir çox antioksidant birləşmələrlə zəngin ədviyyatdır. Bədəni oksidləşdirici zərərdən qoruyur, metabolik prosesləri dəstəkləyir.

Antiseptik kimi tanınan sumaq orqanizmin bakteriya və mikroblarla mübarizə aparmasına kömək edir. Sumaq həzmi asanlaşdırır, həzmsizliyi aradan qaldırır. Qan şəkərini də tarazlaşdırmağa kömək edən sumaq ürək sağlamlığını dəstəkləyir.

Güclü antioksidant təsiri sayəsində infarkt, insult kimi ürək-damar xəstəliklərinin qarşısını alır. Sumağın tərkibində lif, sağlam yağlar və yüksək miqdarda C vitamini var. Bu ədviyyat xərçəngdən qoruyur.

Xüsusilə qış mövsümündə orqanizmin qrip kimi xəstəliklərə qarşı müqavimətini artıraraq, qalxan rolunu oynayır. Sumaqda olan antioksidantlar iltihabı azaltmaqda və qarşısını almaqda təsirlidir.

Araşdırmalara görə, sumaq əzələ ağrılarını aradan qaldırır. Eyni zamanda, müxtəlif xəstəliklərin yaratdığı ağrıları azaltmaqda da çox təsirlidir.

Sumaq boğaz ağrısını aradan qaldırır, qızdırmanı azaldır. Sidikqaçırma problemlərinə yaxşı təsir göstərir. Diabet əleyhinə olan sumaq turş dadına görə orqanizmdə şəkərin miqdarını balanslı saxlayır.

Soyuqdəymənin müalicəsində istifadə olunur. Zəngin tərkibi ilə orqanizmi gümrah saxlayır və yorğunluq hissini azaldır.

Tədqiqatlara görə, ana südünün artmasına kömək edir. Lakin həkim nəzarəti altında istifadə etmək tövsiyə olunur.

Eləcə də sumaq istehlakı xolesterin səviyyəsini aşağı salır. Həmçinin sumaq ürəkbulanmanın qarşısını alır.

Arıqlamaq istəyən və pəhriz saxlayanlar üçün də sumaq faydalıdır. Sumağın tərkibində olan aktiv maddələr bədəndən toksinləri çıxarmağa kömək edir.

Antioksidan xüsusiyyətləri sayəsində sumaq müntəzəm olaraq istehlak edildikdə çox daha parlaq, təmiz dəriyə sahib olmanıza kömək edir. Yaşlanma əlamətlərini və dəridə qırışların əmələ gəlməsini minimuma endirir.

Bundan başqa, sumaq diş ətinə qulluq edir. Tərkibindəki antibakterial tərkibi sayəsində ağız yaraları üçün faydalıdır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see275

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see255

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see252

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see252

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see199

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see181

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see179

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see177

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see177

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see176

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see171

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see171

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see170

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see170

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see168

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see167

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see165

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see164

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see163

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri