Icma.az
close
up
RU
Sumanı necə saxlamayasan?!

Sumanı necə saxlamayasan?!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Görünən mənzərə belədi ki, “Zirə” Salifu Sumanı heyətdə saxlaya bilməyəcək. Bunun həm idman, həm də iqtisadi səbəbləri var.

Əlbəttə, Kiyev “Dinamo”su ilə “Zirə”ni tərəzinin eyni gözünə qoymaq olmaz. Həm bu iki klubun maliyyə durumu fərqlidi, həm də çıxış edəcəyi avrokubokun statusu. Odu ki, Konfrans Liqasının təsnifat mərhələsində oynayacaq “Zirə”nin qvineyalı vingerinin xoşbəxtliyi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Kiyev “Dinamo”sunda axtarması anlaşılandı. Anlaşılandı, ancaq ideal variant deyil! Bu gün Ukrayna ərazisində dağıdığı müharibə gedir, Rusiya 2022-ci ilin fevralından bəri bu ölkəni işğal etmək üçün dəridən-qabıqdan çıxır. Ukraynada futbol indi heç də ön sıralarda dayanmır. Son mövsümdə faktiki hər turda hansısa oyun dayanır, müəyyən fasilədən sonra bərpa olunurdu. Məhz döyüş əməliyyatları üzündən Ukrayna klublarından ayrılan legionerlərin sayı-hesabı yoxdu. Üstəlik Ukraynanın özündə belə “Dinamo”nun ÇL-in əsas mərhələsində oynayamaq şansı yüksək dəyərləndirilmir, ilk növbədə heyətinə görə. Bax, belə incə məqamları nəzərə alanda Sumanın Kiyev klubunun formasına can atması irəli yox, geri addım atmaqdı.
Sadəcə, futbolla yanaşı, arada pul söhbəti də var. Çox güman, Sumanın başını gicəlləndirən, ağlını qarışdıran da məhz bu məqamdı. Həm də “pul söhbəti” deyərkən mən yalnız adı çəkilən futbolçunun Kiyevdə Zirədəkindən daha çox qazanacağını nəzərdə tutmuram. “Qartallar”ın marağını da unutmayaq. Bir klub “Konyaspor”un 800 min avroluq təklifini rədd edirsə, deməli, gözü göylərdədi, daha yuxarı məbləğ umur, milyonu keçmək istəyir. Əlbəttə, pul şirin şeydi, onun qarşısında əyilməyən adam, klub tapmaq çətindi. Amma “Zirə” bir tərəfdən qazanacaqsa, o biri tərəfdən ciddi itkiyə məruz qalacaq. Bu gün komandanın “Hayduk”la duellərdəki tək-tük şanlarından biri də Sumadı. O biri Rəşad Sadıqov amilidi, bir başqası Xorvatiya klubunun maliyyə problemindən əziyyət çəkməsidi və s. və i.a. Sumanı, yəni son mövsümdəki ən dəyərli iki oyunçudan birini (o biri Davit Volkovdu) əldən vermək “Zirə” üçün özünü bilə-bilə oda atmaqdan başqa bir şey deyil. Sumanın varlığı İssa Cibrilanın da qol-qanad açması deməkdi, iki afrikalı meydanda bir-birini yaxşı anlayır. Qanadın birini kəsəndən sonra o biri nəyə lazımdı?!
Əlbəttə, məni “rəngləri tündləşdirməkdə”, durumu dramatikləşdirməkdə suçlayanlar da tapılacaq. Belələrinin əsas dəlili odu ki, komandaya Brahim Konate və Yeqor Boqomolski kimi yeni legionerlər dəvət olunub, Sadıqov onların potensialını aça, keyfiyyətcə yeni səviyyəyə qaldıra bilər. Bəlkə də “Zirə”nin baş məşqçisi Konatedə bizim görə bilmədiyimiz, fərqinə varmadığımız, hətta Sumanı da unutduracaq hansısa özəllik tapıb. Ya da “Neftçi”də itib-batan Boqomolskinin hansısa fövqəladi hücumçu keyfiyyətləri var. Ola bilər, istisna etmirəm. Amma sənin Suma kimi çoxplanlı oyunçun varsa, həmişə bir addım öndəsən. Qvineyalı əldən çıxsa da, “Zirə”nin “Hayduk” önündə onsuz da yüksək dəyərləndirilməyən şansı bir qədər də azalacaq.
“Qarabağ”ın təcrübəsi avrokuboklarda addım-addım irəliləmək, sonda müntəzəm qruplarda yer almaq baxımından ən parlaq nümunədi.
Çox güman, Rəşad Sadıqov da daha təcrübəli həmkarının – Qurban Qurbanovun yolu ilə getmək istəyir. Əslində onun ilk addımları yaxşıdı. Heyət, nəticələr ilə bağlı müəyyən sabitliyə nail olub. Məntiqlə komanda avrokuboklarda ən azı ötənilki nəticəsini təkrarlamağa çalışmalıdı. Bunun üçün isə Sumanın da heyətdə olması çox vacibdi. Rəqib zəif olsaydı, bəlkə də “qoy “qartallar” milyon qazansın, həmin pula güclü futbolçu ala bilərlər” demək olardı. Ancaq “Zirə”nin bəxtinə Xorvatiya nəhəngi düşüb. Belə məqamda qvineyalı ulduzu da itirmək kamikadzelikdi, məğlubiyyətlə bəribaşdan barışmaqdı.
Axı Sumanı necə saxlamayasan?!
ORXAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 İyul 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri