Sumqayıt Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu klub olub
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu klubun adına Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aydınlıq gəlib.
"Report" xəbər verir ki, 1/8 finalda üz-üzə gələn "Sumqayıt" və MOİK kollektivlərinin görüşündə meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.
"Gənclik şəhəri" təmsilçisinin qollarını Sertan Taşkın (30), Sənan Muradlı (98) və Rəhim Sadıxov (118) vurub. "Hərbiçilər"in heyətində isə İbrahim Əliyev (64) fərqlənib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" növbəti mərhələdə "Sabah"la qarşılaşacaq.

