Icma.az
close
up
RU
“Sumqayıt bələdiyyəsinin 74 şəhər bələdiyyəsi arasında birinci yeri tutması şəhər üçün böyük uğurdur” Zakir Fərəcov

“Sumqayıt bələdiyyəsinin 74 şəhər bələdiyyəsi arasında birinci yeri tutması şəhər üçün böyük uğurdur” Zakir Fərəcov

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt Bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2025-ci il Sumqayıt Bələdiyyəsi üçün təkcə görülən işlərin deyil, eyni zamanda yeni idarəetmə yanaşmasının və sistemli fəaliyyətin nəticələrinin aydın şəkildə göründüyü bir il olub.

Adil Xudatatovun sözlərinə görə, ötən il Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 3 milyon 750 min manat təşkil edib ki, bu da proqnoz tapşırığının 191 faizi deməkdir. 2024-cü illə müqayisədə büdcə gəlirləri 709 min manat artıb. Əmlakın icarəsi və özəlləşdirilməsindən, eləcə də torpaq və əmlak vergilərindən daxilolmalar proqnozu dəfələrlə üstələyib. Büdcə vəsaitlərinin əsas hissəsinin şəhərin sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldildiyi vurğulanıb. 

Məruzədə bildirilib ki, 2025-ci ildə şəhər üzrə 30 min kvadratmetrdən artıq ərazidə asfalt örtüyü salınıb, 21 iri infrastruktur layihəsi icra olunub, qaranlıq küçələr işıqlandırılıb, park və yaşıllıq sahələrində geniş abadlıq işləri aparılıb. İl ərzində minlərlə ağac və mövsümi gül əkilib, ekoloji layihələrə yüz minlərlə manat vəsait yönəldilib. Sədr sonda qeyd edib ki, bələdiyyə bu uğura icra hakimiyyətinin və kollektivin birgə səyi ilə imza atıb. 

Daha sonra tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edib. O, Sumqayıt Bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, əldə olunan nəticələr planlı, ardıcıl və məsuliyyətli idarəetmənin göstəricisidir. Zakir Fərəcov qeyd edib ki, bələdiyyə ilə icra hakimiyyəti arasında qurulan sağlam və koordinasiyalı əməkdaşlıq şəhərin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, Sumqayıtda həyata keçirilən abadlıq, yol infrastrukturu, işıqlandırma və yaşıllaşdırma layihələri şəhərin simasını dəyişir, sakinlərin həyat keyfiyyətini yüksəldir.

İcra başçısı xüsusilə vurğulayıb ki, torpaq və əmlak münasibətlərinin hüquqi tənzimlənməsi istiqamətində görülən işlər, inzibati ərazinin genişləndirilməsi, kadastr və inventarizasiya prosesləri Sumqayıtın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. O, bu proseslərin şəffaf və qanunvericiliyə uyğun aparıldığını bildirib.

Zakir Fərəcov Sumqayıt Bələdiyyəsinin 74 şəhər bələdiyyəsi arasında birinci yerə layiq görülməsini şəhər üçün böyük uğur adlandırıb və bu nəticənin kollektiv əməyin, düzgün qərarların və dövlət siyasətinə uyğun fəaliyyətin məntiqi nəticəsi olduğunu deyib.
Daha sonra tədbirdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, millət vəkilləri Hicran Hüseynova, Mehriban Vəliyeva və Tahir Mirkişili çıxış edərək Sumqayıt Bələdiyyəsinin fəaliyyətini müsbət dəyərləndiriblər, görülən işlərin davamlı olacağına əminlik ifadə ediblər.

Çıxış edənlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”, Sumqayıtın isə “Gənclər Paytaxtı” statusu daşımasının şəhərdə sosial layihələrin əhatəsini və keyfiyyətini daha da artırdığını vurğulayıblar.

Tədbirdə digər qonaqların da çıxışları dinlənilib. Sonda Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat iclasında iştirak edən qonaqlara təşəkkür edib və bildirib ki, qarşıdakı dövrdə də bələdiyyə şəhərin inkişafı, sakinlərin rifahı və sosial ehtiyacların qarşılanması istiqamətində fəaliyyətini davam etdirəcək.










Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri