Sumqayıt Burundi yığmasının üzvünü yola salmaq istəyir
sport24.az saytına istinadən Icma.az xəbər verir.
Yaxın günlərdə "Sumqayıt"da daha bir ayrılıq yaşana bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın serbiyalı baş məşqçisi Saşa İliç legioner oyunçunun performansından narazıdır.
Söhbət Burundi millisinin də formasını geyinən Trezor Mossidən gedir. 2024-cü ilin qışında "gənclik şəhəri"nin təmsilçisi ilə 3 illik müqavilə bağlayan yarımmüdafiəçi etimadı doğrultmadığından İliç rəhbərlikdən onun yola salınmasını istəyib. Futbolçuya deyilib ki, özünə yeni klub tapsın.
Mənbəmizin sözlərinə əsasən, bu yay Mossiyə 2-3 xarici klubdan təklif gəlsə də, qəbul etməyib. Şərtlər futbolçunu və agentini qane etməyib.
Qeyd edək ki, Mossi cari mövsümdə "Sumqayıt"ın heyətində meydana çıxmayıb.
Bu mövzuda digər xəbərlər:Sumqayıt sabiq üzvünü qaytardı
11 Yanvar 2025 11:34
Sumqayıt Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır
10 İyul 2025 15:14
HansDiter Flik Almaniya yığmasının üzvünü komandasına gətirmək istəyir
26 Dekabr 2024 17:23
“Beşiktaş” Nigeriya yığmasının üzvünü transfer etdi
13 Avqust 2025 15:05
“Qalatasaray” milli üzvünü istəyir
28 Dekabr 2024 20:08
Baxış sayı:81
Bu xəbər 04 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















