Icma.az
close
up
RU
“Sumqayıt” FK dan hakimlə bağlı narazılıq: AFFA ya şikayət ediləcək Klubdan ə AÇIQLAMA + VİDEO

“Sumqayıt” FK dan hakimlə bağlı narazılıq: AFFA ya şikayət ediləcək Klubdan ə AÇIQLAMA + VİDEO

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gün Misli Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Sumqayıt” - “Qarabağ” qarşılaşmasında hakim qərarları ilə bağlı narazılıq yaranıb. “Sumqayıt” Futbol Klubu matç zamanı göstərilən sarı və qırmızı vərəqələrin əsassız olduğunu bildirərək məsələ ilə bağlı AFFA-ya rəsmi müraciət edəcəyini açıqlayıb.

İdman.Biz mövzu ilə bağlı klubun mətbuat katibi Zaur Xudiyevdən açıqlama alıb.

O, “Qarabağ”la keçirilən oyunda bəzi epizodların yenidən araşdırılmalı olduğunu bildirib:

Посмотреть эту публикацию в Instagram

Публикация от İdman və Biz (@idmanbiz)

“Sumqayıt” - “Qarabağ” oyunu yüksək tempdə və gözəl mübarizə şəraitində keçdi. Stadion tam dolu idi və böyük ehtimalla bu, mövsümün azarkeş rekordu olacaq. Təəssüf ki, bu gözəl atmosferə və oyuna bəzi hakim səhvləri kölgə saldı.

Bir neçə epizodda baş hakim Fərid Hacıyevin qərarları bizim üçün anlaşılmaz qaldı. Xüsusilə oyunun əvvəlində komandamız sürətli əks-hücuma çıxarkən Aleksandr Ramalinqomuya “Qarabağ”ın oyunçusu Emmanuel Addai müdaxilə etdi və bu, qırmızı vərəqə ilə qiymətləndirilməli idi. Lakin hakim bu epizoda yalnız sarı vərəqə verdi.

Bundan başqa, ikinci hissədə müdafiəçimiz Rayan Senhadjinin rəqib futbolçuya yüngül toxunuşu dərhal sarı vərəqə kimi dəyərləndirildi. Bu isə onun ikinci sarı vərəqəsi oldu və futbolçumuz meydandan kənarlaşdırıldı. Hər iki qərarın yanlış olduğunu düşünürük və bu səbəbdən AFFA-ya rəsmi şikayət göndərəcəyik”.

Klub təmsilçisi bir neçə oyundur ki, “Sumqayıt”ın matçlarında oxşar hallarla qarşılaşdıqlarını deyib:

“Biz klub olaraq çalışırıq ki, stadiona azarkeş cəlb edək, futbol bayramı atmosferi yaradaq. Lakin hakim səhvləri həm nəticəyə birbaşa təsir edir, həm də azarkeşlərin, sponsorların və futbol ictimaiyyətinin oyuna olan marağını azaldır. Ümid edirik ki, növbəti turlarda hakimlər daha diqqətli və ədalətli olacaqlar”.

Xatırladaq ki, ötən gün baş tutan “Sumqayıt” - “Qarabağ” qarşılaşmasından Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib ayrılıb.

Yusif Sadıqlı

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri