Icma.az
close
up
RU
Sumqayıt ın dominikanlı futbolçusu: Azərbaycan mənə görə soyuq ölkədir

Sumqayıt ın dominikanlı futbolçusu: Azərbaycan mənə görə soyuq ölkədir

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sumqayıt"ın yeni transferi, dominikanlı yarımmüdafiəçisi Ronaldo Vaskes AZƏRTAC-a danışıb. Sport24.az həmin müsahibəni təqdim edir.

- Əvvəlcə "Sumqayıt"a keçidiniz barədə fikirlərinizi bilmək maraqlı olar. Necə oldu ki, bu komandaya transferiniz baş tutdu?

- Agentim mənə Azərbaycandan təklif olduğunu söylədi. Əvvəlcə ailəmlə məsləhətləşdim. Qısa araşdırmadan sonra ölkəniz və çempionatla tanış oldum. Sonra isə menecerimə təklifi qəbul etmək istədiyimi bildirdim. Beləcə, transfer reallaşdı.

- Azərbaycana gələnədək ölkəmiz haqqında nə bilirdiniz?

- Təbii ki, Azərbaycan haqqında müəyyən məlumatım var idi. Daha çox ölkənizin gözəl mənzərəli yerləri haqqında eşitmişdim.

- Artıq 2 həftəyə yaxındır Azərbaycandasınız. Ölkəmiz və futbolumuz haqqında təəssüratlarınız necədir?

- Azərbaycana gəldiyim üçün peşman deyiləm. Burada inkişaf etmiş ölkə və Sumqayıt kimi gözəl şəhər gördüm. Ölkə futbolu haqqında da fikirlərim müsbətdir.

- Bəs yeni klubunuz "Sumqayıt" haqqında nə deyə bilərsiniz?

- "Sumqayıt" istedadlı və keyfiyyətli oyunçulardan təşkil olunmuş Mehriban kollektivdir. Komandamız daim inkişaf etməyə can atır və bunu hər oyunda göstərir.

- "Sumqayıt"ın heyətində artıq 2 oyunda meydana çıxmısınız. Tam hazır olmaq üçün sizə nə qədər vaxt lazımdır?

- Ümid edirəm ki, bunun üçün çox vaxt lazım olmayacaq. Yeni komandama və oyun üslubuna tam uyğunlaşmalıyam. Komanda yoldaşlarım da mənə bu işdə ən yaxşı şəkildə kömək edirlər.

- Dünyada sizinlə eyni adı daşıyan 2 məşhur futbolçu var. Biri karyerasını başa vurmuş braziliyalı Ronaldo, digəri isə portuqaliyalı Kriştianu Ronaldu. Ulduz futbolçularla eyni adı daşımaq necə hissdir?

- Bunun müsbət və mənfi tərəfləri var. Çünki Ronaldo kimi futbolçu ilə eyni adı daşımaq asan deyil. Amma çalışacağam ki, öz oyunumla azarkeşləri sevindirim.

- Dominikanlı Ronaldonu "Sumqayıt"da necə qarşıladılar?

- Çox yaxşı. Bəyəndiyim bir şəhərdəyəm və ümid edirəm ki, özümü ən yaxşı şəkildə göstərə bilmək üçün komandaya tez uyğunlaşacağam. Azərbaycan mənə görə soyuq ölkədir. Odur ki, buranın mədəniyyəti ilə yanaşı, havasına da adaptasiya olmalıyam. Amma bu yeni çağırış məni çox həyəcanlandırır.

- Premyer Liqanın son turunda səfərdə "Şamaxı"ya minimal hesabla uduzdunuz. Ümumiyyətlə, son 7 oyunda "Sumqayıt" nə qələbə qazana, nə də qol vura bilir. Sizcə, komandanızın yaxşı nəticələr əldə etməsinə nə mane olur?

- Futbolda belə hallar tez-tez baş verir. Hətta böyük klublar belə, analoji vəziyyətə düşə bilirlər. Odur ki, təslim olmaq lazım deyil. Əksinə, hazırkı durumdan çıxmaq üçün daha çox çalışmalıyıq. İnanıram ki, tezliklə müsbət nəticələr qazanacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://sport24.az
archiveBu xəbər 10 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri