Icma.az
close
up
RU
Sumqayıt sakinləri mənzillərinə mülkiyyət “kupça” ala bilmir Foto

Sumqayıt sakinləri mənzillərinə mülkiyyət “kupça” ala bilmir Foto

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşən 26 nömrəli binanın sakinləri uzun illərdir mənzillərinə mülkiyyət hüququnu təsdiq edən çıxarış (kupça) ala bilmir.

Bu bərədə Gununsesi.info-ya həmin binanin sakinləri müraciət edib.

Sakinlərin sözlərinə görə, bu vəziyyət onların mənzil alqı-satqısı, ipoteka və digər hüquqi əməliyyatlarını həyata keçirməsinə mane olur.

Binada bütün kommunal xidmətlər təmin olunsa da, aidiyyəti qurumların məsələni həll etməməsi onları narahat edir.

Onlar məsələ ilə bağlı Prezidentə də müraciət ediblər. Həmin müraciəti təqdim edirik:

“Hörmətli cənab,

Biz, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 125, 19-cu məhəllədə yerləşən “Rəndə” MTK-ya məxsus 26 nömrəli, 12 mərtəbəli binanın sakinləri, artıq 25 ildən çoxdur ki, yaşadığımız mənzillərə mülkiyyət hüququnu təsdiq edən çıxarış (kupça) ala bilmirik. Nəticədə, burada yaşayan sakinlər mənzillərində daimi qeydiyyata düşə bilmir, mülkiyyət hüquqlarından tam istifadə edə bilmirlər. Halbuki, binada elektrik enerjisi, su, qaz, lift təminatı mövcuddur və Fövqəladə Hallar Nazirliyinin də müvafiq rəyi alınmışdır.

Belə bir vəziyyətin, xüsusən də Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan bir ünvanda uzun illərdir davam etməsi və aidiyyəti qurumların məsələni hələ də həll etməməsi biz sakinlər üçün olduqca təəssüf doğurur. Bina Sumqayıt şəhərinin tam mərkəzində yerləşir.

Qeyd edək ki, kupçaların verilməməsi sakinlərin mülkiyyət hüquqlarını ciddi şəkildə məhdudlaşdırır, mənzillərin alqı-satqısı, ipoteka və digər hüquqi əməliyyatların aparılmasına mane olur. Biz bu məsələ ilə bağlı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişik, lakin indiyə qədər müsbət nəticə əldə olunmamışdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, sözügedən binanın hüquqi statusunun rəsmiləşdirilməsi və sakinlərə çıxarışların verilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmçinin görüləcək işlər barədə tərəfimizə rəsmi məlumat verilməsini Sizdən xahiş edirik. Biz inanırıq ki, problemimizə biganə yanaşılmayacaq və səsimizə səs verən, vəzifə borcunu vicdanla yerinə yetirən dövlət məmurları olacaqdır.

Əvvəlcədən təşəkkür edirik.
Hörmətlə,

Sumqayıt şəhəri, 19-cu məhəllə, 26 saylı binanın sakinləri

Məktubun surəti göndərilir:
• Azərbaycan Respublikası Prezident Administrasiyası
• Azərbaycan Respublikası Milli Məclisi
• Azərbaycan Respublikası Nazirlər Kabineti
• Azərbaycan Respublikası Baş Prokurorluğu
• Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
• Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
• Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Sentyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri