Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Yol nəqliyyat hadisələrin sayı

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

Sumqayıt yeniləşmə və tərəqqi məkanı

Sumqayıt yeniləşmə və tərəqqi məkanı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün – noyabrın 22-də Sumqayıta şəhər statusu verilməsinin 76-cı ili tamam olur. Xəzərin sahilində, Abşeron yarımadasının şimalında qərarlaşan məkanın tikintisinə hələ 1938-ci ildə başlansa da, İkinci Dünya müharibəsinə görə işlər yarımçıq qalıb və faşizm üzərində qələbədən sonra davam etdirilib. Nəhayət, 1949-cu ildə xəritələrə Sumqayıt adlı yeni şəhərin adı düşüb. Əvvəllər sənaye zonası, tikintilər məkanı kimi təqdim olunan Sumqayıta ölkənin hər yerindən gənclərin axını başlayıb və “taleyi, arzusu nura boyanmış” bu zəhmət meydanı, hünər ünvanı “Gənclik şəhəri” kimi tanınıb.

Sumqayıtı burada doğulub boya-başa çatan və heç zaman ünvanını dəyişməyən bir sakini kimi, “könlümün paytaxtı” sayıram. Şəhəri bura ürəklərində, arzularında gətirmiş vətənsevərlər tədricən duyğu və düşüncələrini ev-ev, küçə-küçə boz çöllərə köçürüb və möhtəşəm bir quruculuq abidəsi ucaldıblar. İlbəil böyüyüb gözəlləşən Sumqayıt bu gün Cənubi Qafqazın önəmli şəhərləri sırasında layiqli yerini tutur.

Yeni əsrdə gənclik şəhərinin sürətli tərəqqisi ilk növbədə, dövlətimizin və möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə sıx bağlıdır. Dövlət səviyyəsində daimi diqqət sayəsində Sumqayıt vüsət və tərəqqi məkanına çevrilib. İnkişafı şərtləndirən amillər sırasında sakinlərin doğma şəhərə özəl və sırf təəssübkeş sevgisi də öncül mövqe tutur. Son dövrlərdə Sumqayıtın idarə edilməsinin məhz bu şəhərin yetirməsi olan kadrlara həvalə olunması özünü hərtərəfli doğruldub. Şəhərin durmadan gözəlləşdirilməsi, infrastrukturunun müasirləşdirilməsi bu “komanda”nın gündəlik zəruri qayğısıdır. Son illərdə Sumqayıtda möcüzəli park-bulvar yaradılıb, Heydər Əliyev Parkı tamamilə yenidən qurulub, şəhərdə yaşıllıqlar artırılıb, küçə və məhəllələrin ideal təmizliyi daimi nəzarətdə saxlanır. Qaynar mədəni mühitin bərqərar olması fərəh doğurur. Bu sıraya Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun müasirləşdirilməsini və ardıcıl olaraq beynəlxalq yarışların keçirilməsini, Nizami kinoteatrının açılmasını, gənclər üçün güzəştli mənzil layihələrinin tətbiqini, ayrıca Poeziya Evinin təşkilini və s.-ni də əlavə etsək, inamla deyə bilərik ki, Sumqayıt bu gün çoxları üçün əsl həsəd ünvanına çevrilib.

Şəhərin yüksəlişini öz əsərlərində ürəkdən vəsf edən ağsaqqal şair, Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü Əşrəf Veysəllinin dedikləri:

– Gənclik illərimdən könül verib sevdiyim Sumqayıt bir çoxları kimi, mənim də taleyimin şəhəridir. Daim Sumqayıtın tərəqqisindən ilham alaraq yazıb-yaratmışam. Şəhərimizin 70 illiyi ərəfəsində möhtərəm Prezidentimizin sərəncamı ilə fərdi təqaüdə layiq görülməyim bu ağsaqqal yaşımda məni daha da ruhlandırıb, həyat eşqimi gücləndirib. Heydər Əliyev Parkında möhtəşəm bir sarayın “Poeziya Evi” olaraq qələm sahiblərinin ixtiyarına verilməsi Zakir müəllimin sözü, sənəti necə yüksək dəyərləndirdiyini göstərir.

Xatırlayıram ki, bir neçə il əvvəl dünya şöhrətli yazıçı Oljas Süleymenov beynəlxalq ədəbi heyətlə Sumqayıta gələndə şəhər rəhbərliyi ilə bərabər bizim “Poeziya Evi”nə də təşrif buyurdu, yerli yazarlarla görüşdü, sonra isə Sumqayıt rəhbərliyinin təqdirəlayiq işini Bakıda rəsmi dairələrin nümayəndələri qarşısında rəsmi çıxışında xüsusi qeyd etdi. Bax, bütün bunlar, həm də sumqayıtlıların doğma şəhərə hədsiz sevgisi həqiqi məmnunluq və qürur yaradır. Sözə, nəğməyə, bayatıya, nağıla büküb əzizlədiyimiz Sumqayıta həsr etdiyim şeirdən bir bənd deyim:

Yaranışdan o mənim könlümə ilham verib,
Qoynu coşub daşmalı, çağlamalı şəhərdir.
Otuna sığal çəkib, gülünə salam verib,
Hər gün halını sorub, yoxlamalı şəhərdir.

Sumqayıtın 76 yaşı var. İnsan üçün böyük rəqəm olsa da, coğrafiyalar üçün az bir müddətdir. Buna görə də Sumqayıta elə “Gənclik şəhəri” deyirik. Axı, həm də ruhu cavandır bizim Sumqayıtın. Bu da məlumdur ki, Sumqayıt 2025-ci ildə Azərbaycanın “Gənclər paytaxtı” elan edilib. Fevral ayında bu layihənin təqdimatı olub. Gənclər və idman naziri Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edib. İl ərzində burada gənclik ruhlu bir çox maraqlı tədbir keçirilib.

“Gənclər paytaxtı”nda layihə üzrə düzənlənən tədbirlərin hamısı kütləviliyi, dinamikliyi ilə seçilib. Xalq şairlərinin də qonaq gəldiyi “Poeziya günü”, “Sumqayıt gənclik marafonu 2025”, Beynəlxalq Velosiped Günü münasibətilə peşəkar və həvəskarların qatıldığı “Gənclərlə veloyürüş”, “Gənclər paytaxtında birlikdə” inklüziv gənclik festivalı xüsusilə cəlbedici olub.

Sumqayıtı “Qəhrəmanlar şəhəri” adlandıranlar yanılmırlar. Bu ay 5 illiyi təntənə ilə qeyd edilən “Zəfər” bayramında da iftixarla xatırlandı ki, 100-dən çox Sumqayıt igidi ən ali məqam olan şəhadətə ucalıb. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülənlərin sırasında doğma torpaq uğrunda canını və qanını əsirgəməyən 6 nəfər Sumqayıt yetirməsi də var. Onlar Milli Qəhrəman olan general Polad Həşimovun ardıcılları Adil İbrahimli, Anar Şükürov, Ramiz Cəfərov, Sübhan Cəbrayılov, Camal İsmayılov və Mehrab Niftəliyevdir. Döyüşdə orden və medallar alanların sayı yüzlərcədir. Birinci Qarabağ müharibəsində isə bu şəhərdən Valeh Müslümov, Qorxmaz Eyvazov, Mətləb Quliyev, Cəlil Səfərov “Milli Qəhrəman” adını qazanıblar. Hərbi hissə komandıri, polkovnik-leytenant Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində bu ada layiq görülmüşdü, Vətən müharibəsində şəhid olandan sonra isə “Zəfər” ordeni ilə təltif olunub.

Zəfərin 5 illiyinə həsr edilmiş XXVIII “Şahin” hərbi-idman oyunlarının respublika final mərhələsində 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar. Sumqayıt komandası 1-ci yerə layiq görülüb. Mərasimdə nazir Fərid Qayıbov, şəhər rəhbəri Zakir Fərəcov və Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev qalibləri təbrik ediblər. Zəfər Günü həm də möhtəşəm hərbi yürüş, konsert, atəşfəşanlıq və ağacəkmə aksiyası (12 minə qədər ting) ilə yaddaşlara yazılıb.

Hümbət Quliyev, Şəhər İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri:

– Sumqayıt növbəti ad gününü də layiqincə qarşılayır. Bildiyimiz kimi, noyabrın 12-də möhtərəm Prezidentimiz İlham Əliyev yeni səlahiyyətli nümayəndə və icra hakimiyyəti başçıları ilə görüşündə onlara tapşırıq və tövsiyələr verərkən ətraf mühitə böyük diqqət göstərilməli olduğunu önə çəkib və deyib: “Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir”. Bir sumqayıtlı kimi bunu eşitmək mənim üçün çox xoşdur. Uzun müddətdir ki, bu şəhərlə sıx bağlıyam. Vaxtilə dünyanın ən çirkli 10 şəhəri sırasında olan Sumqayıtımızın bu gün parklar və xiyabanlar şəhəri elan edilməsindən hədsiz məmnunam.

Dünyada qəbul edilmiş normaya görə, insanın rahat yaşaması üçün adambaşına 20 kvadratmetr yaşıllıq düşməlidir. Bu gün Bakıda həmin rəqəm 5-7 arasındadır, 2040-cı ilədək 10-a çatdırmaq istəyirlər. Sumqayıtda isə bu rəqəm 27-dir. Deməli, Sumqayıt yaşıllaşdırma baxımından Azərbaycanın ən böyük şəhəridir. Gözəl bulvarımızda ucsuz-bucaqsız yaşıllıq zonası salınıb, 150 mindən çox ağac və kollar əkilib. Belə gözəl şəhər diqqətsiz qalmır. Üstün cəhətləri xarici investorları da cəlb edir. Artıq bir çox ölkənin, xüsusən də Çinin investorları Sumqayıtda iş görmək, yaşayış mərkəzləri tikmək istəyirlər. Sənaye zonamız da xarici sərmayəçilərin diqqətindədir. Bura gələn əcnəbilər yaşayış mühitinin də, uşaqlarının təhsilinin, ailələrinə göstərilən səhiyyə xidmətinin də yaxşı olmasını dəyərləndirirlər. Bir sözlə, Sumqayıt həm yaşamaq, həm də işləmək üçün çox gözəl bir məkandır.

Yeri gəlmişkən, Çinlə işgüzar əlaqələr haqqında. Bu “körpü” eninə və uzununa böyüməkdədir. Sentyabr ayında Sumqayıtda Çin Xalq Respublikasının 12 əyalətini təmsil edən 20 şirkətin nümayəndələri ilə görüş keçirilib. Sumqayıtla Çinin Sian, Mian və Çun Çin şəhərləri arasında qardaşlıq münasibətlərinin mövcudluğu qeyd edilib və bu əlaqələr çərçivəsində sənaye, təhsil və mədəniyyət sahələrində bir sıra birgə layihələr həyata keçirildiyi bildirilib. Çin Xarici İnkişaf Assosiasiyasının prezidenti He Çjenveyi Çin şirkətlərinin Azərbaycanda, xüsusilə də Sumqayıtda birgə layihələrə maraqlı olduqlarını vurğulayıb. Qeyd edilib ki, yaxın gələcəkdə şəhərdə Çin müəssisələrinin sayı daha da artacaq.

Ötən ay isə Sumqayıt şəhər rəhbərliyinin Çinə səfəri zamanı yerli iqtisadiyyatla tanışlıq və konkret planları olan görüşlər keçirilib. Sumqayıtın innovasiya potensialı, yüksək texnologiyalar sahəsində görülən işlər və sənaye klasterlərinin fəaliyyət prinsipi, eləcə də Çin təcrübəsinin bu prosesdə mühüm əhəmiyyət kəsb edə bilməsi barədə söhbətlər aparılıb.

Qeyd edək ki, artıq Sumqayıtda irihəcmli nəqliyyat vasitələri də istehsal olunur. Bu yaxınlarda şəhərdəki Sənaye Parkında “BYD” “Azerbaijan Energy Automotive Factory” MMC-nin istehsal etdiyi ilk elektrik avtobusu “BakuBus” MMC-yə təqdim olunub. Prezidentin 2023-cü ildə imzaladığı “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” sərəncama uyğun olaraq, ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalı və istifadəsi genişləndirilir. Bu, Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir.

Şəhərin gözəlliyi onun yaşıllığından, təmizliyindən, kommunal şəraitdən, xidmət sahələrinin fəaliyyətindən çox asılıdır. Heydər Əliyev Parkı, Dənizkənarı Bulvar, Nəsimi adına Mədəniyyət və İstirahət Parkı, Bələdiyyə parkı, Lüdvişafen Parkı buna misal ola bilər. Parklar şəhərdə gözəgəlimli mənzərələr yaradır. Dövlət başçısı Madrid və Parisdə keçirilən “Global Trade Leaders Club”un forumlarında “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülmüş Sumqayıt Bulvarında sakinlərlə görüşü zamanı deyib ki, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir. Bu yöndə də inamlı addımlar atılmaqdadır.

Təmizlik baxımından isə Sumqayıtda ideal şərait yaradıldığını desək, mübaliğə etmiş olmarıq. Xüsusilə son 10 ildə bu sahədə əsl dönüş yaranıb. Yaşıllaşdırma, asfaltlama, digər abadlıq tədbirləri – küçə səkilərinin qaydaya salınması, məhəllə və mikrorayonların daxili ərazilərinin görkəmi, yaşayış evlərinin fasadlarının, giriş bloklarının, pilləkən meydançalarının, dam örtüklərinin təmiri, zirzəmilərin qurudulması daimi xarakter daşıyır. Lift təsərrüfatı intellektual idarə olunur. Şəhər rəhbərliyinin ciddi nəzarəti sayəsində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi üzrə mütəmadi tədbirlər görülür. Sumqayıt şəhərində kommunal təsərrüfatının maddi-texniki bazası xeyli gücləndirilib, yeni və müasir texnikalarla təminat həyata keçirilib. Bu, xüsusilə qış aylarında özünü göstərərək, qar və buzla mübarizə tədbirlərinin operativ, effektiv icrasına imkan yaradıb.

Hüseyn Həsənov, Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi:

– Şəhərin təmizliyi gündəlik qayğımızdır. Dövlətin diqqəti bizi daha da ruhlandırır. Şəhərimizin növbəti ad gününü də layiqli göstəricilərlə qarşılayırıq. Bu gün Sumqayıt Qafqazın ən gözəl müasir şəhərlərindən biridir. Fəxr edirəm ki, şəhərimizin təkcə Azərbaycan miqyasında deyil, regionda da ən təmiz və abad məkan səviyyəsinə çatmasında mənzil-kommunalçıların da danılmaz zəhmət payı var.

Ötən illər ərzində Sumqayıt təkcə yeni binalar və obyektlərlə deyil, həm də şəhər sakinlərinin düşüncə və yaşam tərzindəki dəyişikliklərlə yenilənib. Biz sumqayıtlılar qazanılan nailiyyətlərlə kifayətlənmir, arxayınlaşmırıq. Qarşıda daha böyük hədəflər var: ağıllı şəhər (smart city) konsepsiyasının hərtərəfli reallaşdırılması, turizm infrastrukturunun inkişafı, ekoloji layihələrin davam etdirilməsi və sair.

Sumqayıtın ekologiyası yaxşılaşdıqca, perinatal sahədə də problemlər ən aşağı səviyyəyə enib. Bu barədə danışan Perinatal Mərkəzin rəhbəri, Əməkdar həkim Təranə Rəcəbli bildirdi:

– Mən özüm Sumqayıtda, indi rəhbəri olduğum bu doğum evində anadan olmuşam. Hazırda şəhərimizin ekoloji durumu o qədər yaxşıdır ki, bunu o gün mərkəzimizə gələn yaponiyalı qonaqlar da etiraf etdilər. Səhiyyə xidmətlərimiz də nümunəvidir. Bura hətta Azərbaycanın regionlarından patologiyalı xəstələr inamla gəlirlər və biz onlara fərqli xidmətlər göstəririk. Sumqayıt Perinatal Mərkəzində ambulator-poliklinika, cərrahiyyə, anesteziologiya və reanimasiya, ginekologiya, təcili tibbi yardım, doğum və hamiləliyin patologiyası, yarımçıq və xəstə yenidoğulmuşlar şöbələri fəaliyyət göstərir. Hamısı da yüksəkkeyfiyyətli avadanlıqla, eloktron idarə olunan stollar, narkoz aparatları ilə təchiz edilib. Reanimasiya şöbəsində xaricdən gətirilən süni tənəffüs aparatları quraşdırılıb. Tibb ocağında yenidoğulmuşların reanimasiya və intensiv terapiya bölməsi də yaradılıb. Ginekologiya şöbəsində isə doğuş zalı, cərrahiyyə otağı və müasir standartlara cavab verən neonataloji bölmə yeləşir.

Bir sumqayıtlı kimi fəxr edirəm ki, əhalisinin sayı artaraq 428 min nəfərə çatan şəhərimizdə ana və uşaqların sağlamlığına əlimizdən gələn qədər xidmət göstəririk.

Gənclik şəhərində sahibkarlar və iş adamları üçün əlverişli mühit mövcuddur. Onlar çalışdıqları sahələrdə uğur qazanmaqla bərabər, Sumqayıtın inkişafına da layiqincə xidmət göstərirlər. “Qartal” Tikinti Firmasının rəhbəri Şahin Məmmədov da bu sıradadır. Onun dedikləri:

– Tale uğurları Sumqayıtla bağlı olanlardan biriyəm. Özəl firma olaraq, Sumqayıtdakı qaçqın və məcburi köçkünlərə lazımi yardımlar göstərməyimizlə öyünə bilərik. Son 5 ildə qazilərə və şəhid ailələrinə, bərpaolunan Laçın rayonuna yardım və digər istiqamətlərdə xeyriyyəçilik fəaliyyətimiz daha da genişlənib. Bu müddət ərzində bütövlükdə 481 min manatlıqdan artıq vəsait sərf etmişik. Bütün bunlar yaşayıb-yaratdığımız Sumqayıtda özəl sektorun inkişafına münbit şərait yaradılması sayəsində mümkün olub.

Şəhərimizin gözəlliyinin daha da artırılması üzrə təşəbbüslərə ilk qoşulanlar sırasında bizim firmanın da adı çəkilir. Məsələn, Bulvar ərazisində sakinlərin və qonaqların önündə şəkil çəkdirdikləri “Balaca rəqqaslar” abidəsi bizim firmanın şəhərə hədiyyələrindən biridir. Hazırda Sahibkarlar Konfederasiyasının Sumqayıt şəhər şöbəsinin sədri kimi iş adamlarımızın fəaliyyətini əlaqələndirirəm. Gərək hər birimiz doğma şəhərimizin daha da tərəqqi edib şöhrətlənməsi üçün əlimizdən gələni edək.

Sumqayıta səfərlərinin birində Prezident İlham Əliyev deyib: “Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər”. Əlbəttə, bu fikirlər gənclik şəhərində hər kəsi sevindirməklə yanaşı, məsuliyyət hissini daha da artırır. Hamı Sumqayıtın tərəqqisinə töhfələr verməyi şərəf işi sayır.

                        Sumqayıt

Böyük arzusuydun böyük millətin,
Böyük talelərin şəhəri oldun.
Xəzərin qoynunda Azərbaycanın
Üzünə açılan səhəri oldun.

Həyatın özünə verdik imtahan,
Adınla gecəni gündüzə qatdıq.
Alın tərimizlə yoğruldu mayan,
Səni qarış-qarış qurub-yaratdıq.

Yaşıl bağlar saldıq, ağ məhəllələr,
Zülmət gecələri çıraqban etdik.
Gündüz fəhlən olduq, axşam tələbən,
Halal haqqın ilə murada yetdik.

Doğma ağuşunda sevdik, sevildik,
Sevgilər yaşadıq sulardan təmiz.
Qubalı, Qazaxlı, Qəbələliydik,
Sumqayıtlı oldu körpələrimiz.

Ürəkdən, könüldən bağlandıq sənə,
Döndün qəlbimizdə sevgili yurda.
İgidlik görküdü, “Can Vətən!” - deyib,
Şəhid düşənlərin məzarı burda.

Qan-qada da gördük, qələbəlik də,
Şanlı tarixini yazdıq kitaba.
Bağçada şəninə şeirlər deyən
Qızlar nənə oldu, oğlanlar baba.

Ağ günlər gözləyir səni qarşıda,
Ağ günlər eşqiylə yaranan şəhər.
Bu dünya durduqca yaşa, sən yaşa,
Ey başdan-ayağa gülüstan şəhər!

                                  İbrahim İLYASLI

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see223

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see219

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see213

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see196

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see187

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see163

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see153

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see151

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see151

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see142

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see139

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see136

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see136

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see133

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see132

Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Erməni revanşizminin SON AKKORDLARI

20 Noyabr 2025 16:03see129

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see128

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see126

Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı

20 Noyabr 2025 16:08see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri