Sumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb.
Bu barədə BAKU.WS-ə adıçəkilən təhsil müəssisəsindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.
Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.
İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Lombarda qoyulan əşyalar sığortalanır?
07 May 2025 23:31
Mətbəxinizdəki ən təhlükəli ƏŞYALAR
04 Noyabr 2024 18:43
Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürüldü
12 May 2026 12:09
Sumqayıtda silah sursat aşkarlanıb
05 May 2025 09:01
Sumqayıtda dönərxanada nöqsanlar aşkarlanıb
05 May 2025 10:42
Baxış sayı:91
Bu xəbər 12 May 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















