Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cəlilabad rayonunda yol tikintisi zamanı qədim yaşayış məskəninə aid olduğu ehtimal edilən arxeoloji tapıntılar aşkarlanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, rayonun Ağdaş kəndi ərazisində yol çəkilişi işləri aparılarkən torpaq qatının altından saxsı qablar və müxtəlif küplər üzə çıxıb.
İlkin ehtimallara görə, tapılan küplər əsasən məişətdə istifadə olunan qablar olub.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, tapıntıların Son Tunc – İlk Dəmir dövrünə aid olması ehtimal edilir.
Aşkarlanan arxeoloji tapıntılar barədə artıq aidiyyəti qurumlara məlumat verilib. Ərazidə əlavə araşdırmaların aparılması və tapıntıların dəqiq tarixinin müəyyənləşdirilməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılıb
23 İyul 2026 15:47
Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı FOTO
24 İyul 2026 22:48
Cəlilabadda mərasim evinin tikintisi zamanı qəbirlər zədələnib
29 İyul 2025 22:39
Bukingem Sarayında təmir zamanı XIX əsrə aid əşyalar aşkarlanıb
14 Sentyabr 2026 13:10
Sumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb
12 May 2026 11:39
Baxış sayı:86
Bu xəbər 07 Sentyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















