Icma.az
close
up
RU
Sumqayıtda gecə saatlarında çimərlikdə qadın döyüldü Təfərrüat

Sumqayıtda gecə saatlarında çimərlikdə qadın döyüldü Təfərrüat

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhərində 23 yaşlı oğlan dəniz sahilində qeyri-rəsmi münasibətdə olduğu qıza xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər dənizinin Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisinə düşən hissəsində, dəniz sahilində baş verib.
2003-cü il təvəllüdlü Fərhad həmin yerdə gecə saatlarında qısqanclıq zəminində qeyri-rəsmi münasibətdə olduğu Turanə (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisə zamanı o, Turanənin başına, sifətinə və qollarına əl zərbələri endirərək ona müxtəlif xəsarətlər yetirib.
İş üzrə ifadə verən Fərhad bildirib ki, Turanə ilə 2026-cı ilin yanvar ayında tanış olub və aralarında sevgili münasibəti yaranıb:
“Son zamanlar Turanənin mənə xəyanət etdiyini öyrəndim və içimdə qısqanclıq hissi baş qaldırdı. Bu barədə Turanə ilə görüşərək məsələni aydınlaşdırmaq istəsəm də, o, mənimlə görüşmədi.”
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl, saat 23:40 radələrində idarə etdiyi avtomobillə Turanənin yaşadığı binanın qarşısına gəlib:
“Turanəyə zəng etsəm də, telefonuma cavab vermədi. Sonra ona mesaj yazaraq münasibətimizi normal qaydada bitirməyi təklif etdim və mədəni şəkildə danışacağımızı bildirərək məni aşağıda gözlədiyini, gəlməsini xahiş etdim. Bir qədər sonra Turanə gəldi. Ondan avtomobilə əyləşməsini və söhbət etməyimizi xahiş etdim. Turanə avtomobilə əyləşdi. Daha sonra avtomobili Sumqayıt şəhərində yerləşən 'Dörd qardaş' restoranının aşağı hissəsindəki dəniz sahilinə sürərək sakit bir yerdə saxladım. Biz avtomobildən düşərək söhbət etməyə başladıq. Ondan mənə niyə xəyanət etdiyini soruşdum. Turanə mənim ünvanıma nalayiq ifadələr işlətdi və məni əsəbiləşdirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Turanə mənə əl-qol atmağa başladığından əsəbiləşərək onun sifətinə şillə ilə güclü zərbə vurdum.”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Turanə ona hücum etmək istədiyi üçün onu sakitləşdirmək məqsədilə saçından tutub və başına bir dəfə əli ilə vurub:
“Həmçinin qollarından tutaraq sakit olmasını tələb etdim. Bir qədər belə mübahisə etdikdən sonra onu sakitləşdirdim. Sonra özümün də səhv etdiyimi anladım və yenidən avtomobilə minərək bir qədər şəhərdə gəzdikdən sonra onu yaşadığı binanın qarşısına gətirdim.”
Zərərçəkmiş Turanə isə ifadəsində bildirib ki, Fərhadla 2026-cı il yanvarın 15-də tanış olub və həmin vaxtdan qeyri-rəsmi münasibətdə olublar:
“Davranışlarımız və xasiyyətlərimiz uyğun gəlmədiyi üçün ondan ayrılmaq istədim. Bu barədə özünə də bildirdim. Fərhad məndən ayrıla bilməyəcəyini deyərək məni mütəmadi narahat edirdi. Hadisə günü evə gəldim. Evdə olduğum zaman Fərhad mənə mesaj yazaraq söhbət edib münasibətimizi mehribancasına bitirməyi təklif etdi. Məni həyətdə gözlədiyini bildirdi. Mən həyətə düşdüm və onunla söhbət edəcəyimi dedim. O, məni idarə etdiyi avtomobilə əyləşdirdi və Sumqayıt şəhərinin dənizkənarı ərazisinə apardı. Dəniz sahilində, qaranlıq yerdə hər ikimiz avtomobildən düşdük. Fərhad mənə köhnə sevgilimlə görüşdüyümü, ona xəyanət etdiyimi deyərək üstümə qışqırdı və məni təhqir etdi. Mən artıq bezdiyim üçün 'Əcəb etmişəm' deyərək cavab verdim. Bundan sonra Fərhad qəflətən sifətimə güclü zərbə vurdu, daha sonra isə yumruqla başımın arxa hissəsinə vurdu. Qollarımdan tutaraq sıxmağa başladı, həmçinin saçımdan yoldu. Mən ona fiziki müqavimət göstərdiyimdən bir qədər sakitləşdi. Həmin vaxt soyuqdan titrədiyim üçün yenidən avtomobilə əyləşdim və avtomobildə də mübahisəmiz davam etdi. Daha sonra məni yaşadığım binanın qarşısına gətirib düşürdü. Əvvəlcə şikayət etməyi düşünmədim. Lakin ertəsi gün Fərhad yenidən məni narahat etdiyindən hüquq-mühafizə orqanlarına müraciət edərək şikayət etdim.”
Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Fərhad barəsində olan cinayət təqibinə xitam verilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri