Icma.az
close
up
RU
Sumqayıtda iftar süfrəsi təşkil olunub

Sumqayıtda iftar süfrəsi təşkil olunub

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.

Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhid ailələrinin üzvləri, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İftar süfrəsi öncəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından, bu Zəfərin əldə edilməsində şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıqlardan bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən sosial proqramlar, mənzil təminatı, sosial müdafiə və digər dəstək tədbirləri şəhid ailələri və qazilər tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət və tolerantlıq mühiti mövcuddur və bu model beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.

Çıxışlarda vurğulanıb ki, insanları xeyirxahlığa, mərhəmətə, paylaşmağa və birlik ruhuna səsləyən müqəddəs Ramazan ayı islam dünyasında xüsusi mənəvi dəyərə malikdir.

Qeyd olunub ki, insanları xeyirxahlığa, həmrəyliyə və qarşılıqlı dəstəyə səsləyən müqəddəs Ramazan ayı dünya müsəlmanları üçün ən dəyərli və müqəddəs aylardan biridir. Ramazan günlərində iftar süfrələrinin təşkil edilməsi isə cəmiyyətimizdə birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət etməklə yanaşı, ölkəmizdə dövlətlə din arasında mövcud olan sağlam münasibətlərin və ortaq dəyərlər naminə formalaşmış sıx birliyin bariz nümunəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Mart 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri