Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ÖLDÜ
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan, 1977-ci il təvəllüdlü Ramin Əliyev dünyasını dəyişib.
2007-ci il təvəllüdül Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

