Sumqayıtda qəza Yaralılar var
Icma.az, Unikal-ə istinadən bildirir Sumqayıtda qəza Yaralılar var.
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, Sahil küçəsində iki minnik vatomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Sumqayıt Tibb Mərkəzinə yerləşdiriliblər.
Mərkəzdən "Unikal"a verilən məlumata görə, yaralılar ambulator müalicə üçün evə buraxılıblar:
"11.02.2025-ci il tarixində saat 18:00 radələrində Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1987, 1988, 1997 -ci il təvəllüdlü 3 şəxs (kişi cinsli) və 1987-ci il təvəllüdlü 1 şəxs (qadın cinsli) hospitalizasiya olunublar. Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar".
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)