Icma.az
close
up
RU
Sumqayıtda şəhid qızını xəstəxanaya təmizlikçi kimi işə götürüb qeydiyyatçı olaraq işlədirlər? RƏSMİ AÇIQLAMA

Sumqayıtda şəhid qızını xəstəxanaya təmizlikçi kimi işə götürüb qeydiyyatçı olaraq işlədirlər? RƏSMİ AÇIQLAMA

Icma.az, News24 portalına istinadən məlumat verir.

Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində qeydiyyatçı kimi çalışan Azadə Həşimova ona qarşı haqsızlıqdan gileylənib.

News24.az xəbər verir ki, bu barədə “Den.az”a özü məlumat verib.

Xanım iddia edir ki, illər öncə ailə təhsili olmadığı üçün ona xəstəxanaların birində texniki işçi (sanitar) ştatı üzrə iş təklif olunub. Uzun müddət bu sahədə çalışan qadın sonradan iş yerini dəyişmək qərarına gəlib. Ancaq ona ali təhsili olmadığı üçün başqa işlə təmin edilməyəcəyi bildirilib. Azadə Həşimova da ailəsinin razılığı əsasında gələcək arzularını həyata keçimək məqsədilə ali təhsil alıb. Bundan sonra Sumqayıt Tibb Mərkəzinə müraciət edib. Lakin sözügedən mərkəzin direktoru Elnur Azadxanovun xanıma verdiyi cavab heç də ürəkaçan olmayıb. Təkrar müraciətində isə onu ümumiyyətlə qəbul etməyib.

Bir müddət sonra Azadə Həşimovanı təmizlikçi (sanitar) ştatında qalmaq şərtilə 4 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində qeydiyyatçı kimi işlə təmin ediblər. Bu isə xanımın ürəyincə olmayıb. Elnur Azadxanovun təkrar qəbuluna düşmək isə heç cür mümkün olmayıb.

Çarəsiz qalan  xanım aidiyyəti orqanlara müraciət ünvanlayıb.

Təəccüblüsü odur ki, xanım hazırda təmizlikçi (sanitar) vəzifəsində olsa da, lakin qeydiyyatçı kimi fəaliyyət göstərir…

Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, “Həşimova Azadə Əzim qızı 05 aprel 2024-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində sanitar qadın vəzifəsinə işə qəbul edilib. A.Həşimovanın xəstə xidmətləri şöbəsinə işə qəbul olunması üçün ali təhsil tələb olunduğundan hazırkı təhsili buna imkan vermir. Ali təhsilli olması ilə bağlı qeyd olunanlar isə həqiqəti əks etdirmir. Azadə Həşimova dəfələrlə Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tərəfindən qəbul edilib və  mövcud durum ona izah olunub. Odur ki, onun direktor tərəfindən qəbul edilmədiyi ilə bağlı iddiaları əsassızdır.

Qeyd edək ki, Azadə Həşimova 1993-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Əzim Hacıyevin qızıdır.\\konkret.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Yanvar 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri