Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sumqayıtda oteldə insident törədən qadın həbs olunub.
Lent.az xəbər verir ki, hadisə Sahil küçəsində yerləşən “Everest” otelində qeydə alınıb.
23 yaşlı Minayə Abbasova (şərti adla) səhər saat 05:37-də oteldə sərxoş halda rəfiqəsi ilə birgə ucadan nalayiq ifadələr işlədib. Bu barədə daxil olan məlumat əsasında polis əməkdaşları sözügedən ünvana gediblər. Polislər Minayənin sərxoş halda uca səslə söyüşlər söydüyünə şahid olublar.
Ondan əməlini dayandırması tələb olunsa da, Minayə qanuni tələb məhəl qoymayıb. Nəticədə o saxlanılaraq, şöbəyə aparılıb. Burada onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
M. Abbasova bildirib ki, internetdə bir şəxslə tanış olub. Həmin şəxs onu içki içməyə çağırıb və o da rəfiqəsini də götürərək görüşə gedib. Əsəbdən müalicə alır. Görüş zamanı da xeyli içib sərxoş olub. Buna görə də olan hadisələri xatırlamır. Onun sözlərinə görə, oteldə olarkən oğlanlar tərəfindən başqa təkliflər aldığı üçün səs-küy salaraq, nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu deyərək, barəsində ən yüngül cəzanın verilməsini istəyib.
Məhkəmə onun barəsində 8 gün müddətinə inzibati həbs qərarı verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















