Sumqayıtda zəncirvari qəza: 5 maşın toqquşdu
Sumqayıtda zəncirvari qəza baş verib.
Sfera.az Report-a istinadən məlumat verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius" əvvəlcə "Volvo" markalı minik avtomobilinə, sonra isə yolun kənarında dayanan daha 3 avtomobilə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:58
Mənbə:https://sfera.az